Əhməd bəy Ağaoğlu kimdir?

Azərbaycanda türkçülük hərəkatı ideoloqlarından biri. Görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim Əsilzadə ailəsində anadan olmuşdur valideynləri Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almışdır. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olmuş, lakin təhsilini yarımçıq qoymuş, Parisə gedərək, hüquq məktəbini və Sorbonna Universitetini bitirmişdir. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirmişdir. Bunun ardınca müxtəlif məcmuələrdə digər yazıları da dərc olunmuşdur. Əhməd bəy Ağayev 1892-ci ildə, 23 yaşında Londonda keçirilən Beynəlxalq şərqşünaslıq konqresində "Şiə məzhəbinin mənbələri" mövzusunda məruzə etmiş, məruzə konqresin qərarı və Kembric Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərində dərc olunmuşdur.

Davamı →

Qafur Rəşad Mirzəzadə

Qafur Ələkbər oğlu Mirzəzadə (Qafur Rəşad) 1884-cü il may ayının 6-da İsmayıllı rayonunda dünyaya göz açıb. İbtidai təhsilini başa vurduqdan sonra 1894-1901-ci illərdə Şamaxı şəhər realnı məktəbində oxuyur. Sonra Bakıya gələn Qafur III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verir, Azərbaycan dili müəllimi arayış-vəsiqəsini alır. 1902-ci ildə Şamaxı qəzasının Lahıc kənd ibtidai məktəbinə müəllim təyin olunur, beş il burada böyük sevgi ilə uşaqların biliklərə yiyələnməsinə çalışır.

1907-ci ildə Bakıya köçür və “Nəşri-maarif” cəmiyyətinin müəllim hazırlığı kursunda müəllimlik edir. Sonra “Rus-tatar” məktəbinə dəyişilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918) Xalq məktəbləri direktorunun əmri ilə milli fənləri tədris etmək üçün 2-ci realnı məktəbinə təyinat alır. Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU), Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Sənaye Akademiyasında, Sənaye İnstitutunda, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda çalışır.
Davamı →

Ömrünü türkçülüyə həsr edən ziyalı - Yusuf Akçuralı

XIX yüzilliyin sonlarından etibarən sütunları zəifləyən Osmanlı dövlətində türkçülüyün yaşadılması üçün ziyalı və mütəfəkkirlər geniş mübarizə aparırdılar. Bu prosesdə fəal iştirak edənlərdən biri də tatar türkü, görkəmli publisist və naşir Yusuf Akçuralı idi.

Yusuf Həsən bəy oğlu Akçuralı 1876-cı ildə Rusiyanın Simbirsk şəhərində dünyaya göz açır. İki yaşında atası vəfat edir. Bu itkindən sonra anası Bibi Qəmər Banu da ağır xəstələnir. Onun müalicəsi üçün ailə 1883-cü ildə İstanbula köçür. Bir müddət sonra Bibi Qəmər Banu dağıstanlı Osman bəylə ailə qurur. Osman bəy Yusufa doğma övladı kimi baxır, təlim-tərbiyəsi ilə yaxından məşğul olur.

Yusuf 1892-ci ildə orta təhsilini başa vurur, 1896-cı ilədək İstanbul Hərbiyyə Məktəbində oxuyur. Burada təhsil aldığı müddətdə yeni-yeni formalaşan türkçülük hərəkatları ilə maraqlanır, dövrün ideoloqlarının əsərlərini oxuyur. Onun ən çox təsirləndiyi isə tez-tez evlərində qonaq olduğu, əmisi qızı Zöhrənin həyat yoldaşı, Türk dünyasının məşhur şəxsiyyətlərindən İsmayıl bəy Qaspralı olur.
Davamı →

Təbrizdən Parisədək ömür və sənət yolu - Qulamhüseyn Saidi

XX əsrin ikinci yarısında İran ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən müəlliflər arasında Qulamhüseyn Saidi də var. O, İran Yazıçılar Cəmiyyətinin yaradılmasında yaxından iştirak edib.

Qulamhüseyn Əliəsgər oğlu Saidi 4 yanvar 1936-cı ildə Təbriz şəhərində anadan olub. 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli Hökumət qurulur. Soydaşlarımızın ana dilində danışmaq qadağası aradan qaldırılır. Məktəblərdə dərslər Azərbaycan türkcəsində keçilir, qəzetlər ana dilində nəşr edilir. Lakin bu sevincli günlərin ömrü çox az olur. İmperialist güclərin təsiri ilə şah rejimi Milli Hökuməti devirir... 
Davamı →

“Yaşıl qələm”dən keçən qara tale

Azərbaycan Xalq Cümhuriyyəti qurulandan bir il sonra, 1919-cu ilin 26 avqust tarixində yazıçı, tənqidçi Seyid Hüseynin (Sadiq) rəhbərliyi ilə 35 nəfər ədib və naşirin iştirakı ilə “Yaşıl qələm” cəmiyyəti təsis olunur. Fəaliyyəti dövründə 80-dən çox qələm sahibini ətrafında birləşdirən birlik dövrün ədəbi prosesini yaxından izləmək, şərh etməklə yanaşı, klassik Azərbaycan və dünya ədəbiyyatının seçkin nümunələrini təbliğ etməyi də qarşıya məqsəd qoymuşdu. Cəmiyyətin üzvlərindən biri də ixtisasca hüquqşünas olan publisist, nasir və dramaturq Mustafa bəy Əlibəyov idi. 

Mustafa bəy Cabbar bəy oğlu Əlibəyov 1872-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub. Atası dövrünün tanınmış ziyalısı, Şəki xanları sarayının mirzəsi idi. Mustafa ilk təhsilini mədrəsədə alır, ərəb-fars dillərini öyrənir. Sonra təhsilini şəhərdəki rus-tatar məktəbində davam etdirir. O, Bakıda və Tiflisdə təhsil alır, rus və fransız dillərini də dərindən öyrənir. Bakı Şəhər Məhkəməsində tərcüməçi işinə düzəlir.
Davamı →

Hüseyn Minasazov

XIX əsrin sonu – XX əsrin əvvəlində Qori Müəllimlər Seminariyasının məzunu olmuş soydaşlarımız Azərbaycanda elmin, təhsilin, mədəniyyət və ədəbiyyatın inkişafında xüsusi rol oynayıblar. Seminariyanın məşhur məzunlarından biri də görkəmli maarif xadimi, publisist, naşir və tərcüməçi Hüseyn Minasazovdur.

Hüseyn Baxşəli oğlu Minasazov 1881-ci ildə Borçalı mahalının Sarvan kəndində dünyaya göz açır. İbtidai məktəbi bitirir və 1889-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olur. 1894-cü ildə təhsilini başa vuraraq Cavad qəzasının (indiki Salyan rayonu) Xıllı kəndində və Bakıda ikisinifli Sabunçu məktəbində rus dili müəllimi işləyir.

Araşdırmalarda qeyd olunur ki, Hüseyn Minasazov bir müddət sonra doğma kəndi Sarvana qayıdır, pedaqoji fəaliyyətlə məşğul olur. Eynizamanda elmi-publisistik yazılarla mətbuatda çıxış edir. 1902-ci ildə “Kaspi” qəzetində korrektorişinə düzəlir.
Davamı →