Biz niyə yazmalıyıq?!

“Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma! Çağrılmadan gəlməzsə – ürəyindən, düşüncəndən, ağzından və canından, -yazma. Söz axtararaq, saatlarla oturub gözünü komputerin ekranına zilləməlisənsə, yazma. Pul və ya şöhrət üçün yazırsansa, yazma. Yatağında qadınlar istədiyindən yazırsansa, yazma. Yazmaq ağlından keçirəndə belə ağır gəlirsə, yazma. Əyləşib təkrar-təkrar, yenidən yazmalısansa, yazma. Başqa birisi kimi yazmağa çalışırsansa, unut bunu. İçindən gurultuyla çıxmasını gözləməlisənsə, o halda səbrlə gözlə. O, heç vaxt gurultuyla çıxmazsa, başqa işlə məşğul ol. Onu ilk öncə həyat yoldaşına, qız dostuna, oğlan dostuna, valideynlərinə və yaxud ümumiyyətlə, kiməsə oxumalısansa, sən hazır deyilsən.
Davamı →

Gəncliyə xitab

  • Esse
Ey Gənclik! Səndən əvvəlki nəsil yoxdan bir bayraq yaratdı. İndi sənin qarşında yoxdan bir bayraq yaratmaqdan heç də az əhəmiyyətli olmayan daha vacib bir vəzifə var. Sən mədəni cəhətdən daha inkişaf etmiş xalqların qızları ilə izdivac qurub övladlarının təlim və tərbiyəsini onların öhdəsinə buraxmalısan. İndi sənin millətçi, vətənpərvər vaxtındır. Yəqin ki, yuxarıda yazılan sözlər bir millətçi, bir vətənpərvər kimi sənin izzəti-şərifinə toxunur. Vaxt gələcək sən nə dediyimi anlayacaqsan və yuxarıda yazılanlara əməl etməsən, o zaman dəhşətli dərəcədə peşmanlıq hissi keçirəcəksən. Lakin bu peşmanlıq hissinin heç bir əhəmiyyəti olmayacaq. Çünki artıq gec olacaq.

Biz ayrı-ayrı yazılarda bu mövzuya bir neçə dəfə toxunmuşuq. Zooparkda bizim anaların və müəllimlərin, onların tərbiyə etdiyi uşaqların davranışlarını gördükdə ayrıca bir yazı yazıb öz tərəfimdən sizə daha bir yaxşılıq etmək qərarına gəldim. Qardaş qardaşa bu dərəcədə böyük miqyasda yaxşılıq etməz. Əməl etsən qazanarsan, etməzsən nə demək istədiyimi zaman özü sənə başa salar.
Davamı →

Fuad Poladovla Qiyas İbrahimovun etirazına sözardı - Vahid Qazi

Razılaşmamaq da bir haqqdır! Məni razılaşmağa vadar etməyə sənin ixtiyarın yoxdur! Ailədə böyüklüyün, icmada ağsaqqal-avtoritetin, sosial statusun, ictimai çəkin, dövləti vəzifən məni zorən sənlə razılaşdıra bilməz. Uzaqbaşı kompromisə gedərəm. Güc gələrsən, etiraz edərəm!
 
Başqa toplumlarla işim yoxdu. Yaşadığım İsveçdə neçə ilin müşahidələrindən bu qənaətə gəldim ki, isveçli yuxarıda təxmini cızdığım bu həyat düsturuyla böyüyür, yaşayır. Mənsub olduğu cəmiyyət, dövlət bunu uşaqlıqdan ona aşılayır.
 
İnkişaf etmiş toplumların gəlişmə səbəblərini arasanız, şübhəniz olmasın, etirazı kültürəl dəyərlərdən biri kimi görəcəksiniz.
 
“Ozon adamlar” yazısında belə yazmışdım bir vaxt: “Etiraz azadlığın birinci şərtidir! Etiraz eləmədən azad olmaq, azad olmadan da ləyaqətli ömür yaşamaq mümkün deyil!”
 
Bizim nəsil azadlıq mücadiləsindən qorxmadı! Tank qarşısına da çıxdı, güllə qabağına da. Yaralandı, əlil oldu, öldü də.
 
Amma bizim nəsil azad cəmiyyət qura bilmədi! Üstəlik müstəqilliyin şirin tamından çatdırıb doyunca dadmadı. İndi angedonik (zövq ala bilməmə) ömür sürür.
 
Niyə?
Davamı →

Alternativsiz həyat

Ola bilsin, bu maraq çox adamda var: hərdən qarşımıza elə insanlar çıxır ki, onların həyat yolunun necə olacağı bizi az, ya da çox dərəcədə maraqlandırmağa başlayır. Sən görürsən ki, o, hamı kimi deyil, onu başqalarından fərqləndirən hansısa bir müstəsna özəllik var. Bu, güclü istedad da ola bilər, böyük ağıl da, hiper həssaslıq da, hərtərəfli tərbiyə də, zərif mədəniyyət də. Sən belə insanla rastlaşanda, istər-istəməz düşünürsən, görəsən, o, əlindəki bu xəzinəylə haracan gedib çıxacaq? Həyat yarışında qarşısına çıxan maneələri aşa biləcək, yoxsa hansısa bir məqamda məğlub olub digərləri kimi adi bir orqanizmə çevriləcək? Yaradan, fəaliyyətdə olan biri olacaq, yoxsa təsəlli dalınca qaçacaq, mehr salan birinə çevriləcək?
 
Mən inanıram ki, müstəsna bir varlığı görəndə, bir çoxlarımızın ağlından dumanlı da olsa, belə fikirlər gəlib keçib. Çünki biz insanıq, maraqlanmağı sevən məxluqlarıq. 
 
Bugünlərdə çoxdan görmədiyim bir tanışımla təsadüfən rastlaşdım. Təqribən on il olardı ki, ümumiyyətlə üz-üzə gəlməmişdik. Bir vaxtlar “görəsən, bunun axırı necə olacaq?” kateqoriyasına aid etdiyim  tiplərdəndi. Təbii olaraq, zaman ərzində dəyişmiş, yetkinləşmiş, başqa bir insana çevrilmişdi. Sanki beynimdən keçənlərdən duyuq düşübmüş kimi, mənə suallar verdi. Məhdud söz ehtiyatı, dolanbac yollarla verilmiş sualları təxminən bu səpkidəydi: “Sən necə elədin, yolunu tapa bildinmi?”, “Allaha inanırsanmı?”, “Gələcəyi necə görürsən?” və s. 
Davamı →

Bəzən...

Bəzən insanlar bütün həyatları boyu axtarırlar, bəzən isə bir günün içində tapırlar...
Bəzən biz gözləyirik, gözləyirik, gözləyirik, bəzən isə kimisə bizi gözləməyə vadar edirik...
Bəzən gülməkdən ağlayırıq, son zamanlar isə ağlamamaq üçün gülürük...
Bəzən qollarımızı geniş açıb küləyə doğru addımlayırıq, bəzən də paltomuza bürünüb şarfımızı bərk-bərk bağlayırıq...
Bəzən üzümüzü günəşin isti şüalarına doğru tutub ona gülümsəyirik, bəzən isə iri eynəklər taxıb nədənsə gizlənməyə və ya nəyisə gizlətməyə çalışırıq…
Ardı →