Elxanın monoloqu

Aqşin. Elxan, əziz qardaşım, təslim ol! Sizin üzərinizə yanlız Ərəbistan ərəbləri deyil, başlıca olaraq, ana Türküstanın göy monqolları yürüyürlər.

Bütün silahdaşların təslim oldu.

Sənin qüvvətindən istifadə ilə baş qaldırmış Şirvan şəhriyarlığı da, artıq xəlifənin hakimiyyətini təsdiq edib boyun əydi. Bax, iyirmi ildən bəri dinsizlik yuvası olan üsyan mərkəzi Xürrəm amansız odların bağrında quru çubuqlar kimi yanır.

Sənin ayaqlar altında tapdanmış, qırılmış bayrağın, budur, mənim əlimdədir. Artıq hər şey bitmişdir. Yetər, qardaşım, əl çək dinsizlikdən.

Davamı →