Suxari yemək arıqladır, ya yox?
Pəhriz saxladıqda imtina edilən ilk qida çörəkdir. Lakin çörəkdən tamamilə imtina etmək bəzən çoxlarına çətin olur. Bu halda isə onlar suxariyə müraciət edirlər. Suxari sevməyənlər isə lavaş və ya qara çörəyə üz tuturlar. Bəs onların kökəltmədiyi doğrudurmu? Ümumiyyətlə, çörək qrupuna qarşı fikirlər birmənalı deyil. Mütəxəssis çörəkdən imtina edərək suxari, lavaş, qara çörəklə qidalananların məqsədinin əslində nisbətən az kalorili çörək məhsulları qəbul etmək olduğunu bildirir. Lakin bu halda çörəyə alternativ kimi suxari yemək uğurlu seçim sayılmır:
“İnsanların məqsədi hər hansı bir formada ağır karbohidratdan imtina etməkdir. Amma rasional qidalanma mexanizmi ilə müqayisə etsək, burada çox ciddi yanlışlıqlar var. İlk növbədə “suxari kökəltmir” fikrinə aydınlıq gətirək. Əgər suxari yenə də ağ undan bişirilmiş çörək növündəndirsə, onun sadəcə qurudulması nəticəsində tərkibi quruyur və bir az kalorisi azalır. Amma orqanizmə ötürülən tərkibi mürəkkəb karbohidrat olaraq qalır. Bu halda isə orqanizmin arzu etdiyi çörək məhsulu olmur”.
Davamı →