Orqanizminizi qışa hazırlayın

Yatın
Yuxunun nə qədər əhəiyyətli olduğunu dəfələrlə eşitmisiniz. Ancaq çox vaxt yuxuya lazımi qədər ciddi yanaşmırıq. Əgər gündə tövsiyə edildiyi kimi 7-9 saat yatmırsınızsa, özünüzü fikirləşdiyinizdən daha çox və uzun müddət kefsiz hiss edə bilərsiniz. Yuxu nizamı həyatınızda ön planda olmalıdır.

C vitamini 
C vitamini fiziki bir antioksidandır və immunitet sistemi hüceyrələrinin funksiyasını dəstəkləyir. Bibər, narıncı meyvələr, brokoli, kələm kimi qidalar zəngin C vitamini mənbəyidir. Hər gün bu qidalardan ən az birini yeməyə diqqət edin.


Davamı →

Qışda dərinin qurumasının qarşını alan ərzaqlar

Nar
Narın tərkibindəki maddələr dərinin günəşdən zərər görməsinin qarşısını alır və qan axşını artırır. Dərinin qurumasının qarşısını alır. Dəriyə elastiklik verir.

Şirin kartof
Şirin kartof zəngin A vitamini mənbəyidir. Xüsusilə, dəri üçün vacib olan şirin kartof, dərinin qışda qurumasının qarşısını alır və nəmləndirir.


Davamı →

Qışda başıaçıq gəzmək doğrudurmu?

Fəsillər dəyişdikcə, geyimlərimiz də dəyişir. Hər fəslin öz geyim tərzi var. Yayda daha rahat, yüngül geyimlərə üstünlük veririk, qışda isə əksinə, daha qalın geyinirik.

Amma nədənsə, qış geyimlərini bəzi insanlar sevmir. Həmin geyimlərin onları narahat etdiyini və buna görə də imtina etdiklərini deyirlər.

"İnsanların ilk imtina etdikləri qış geyimi papaqdır" desək, yanılmarıq. Bədənlərinə nə qədər qalın geyinsələr də, bir çox gənclər papaq taxmaq istəmir. Kimisi başını narahat etdiyini, kimisi yaxşı görünmədiyini, yaraşmadığını, kimisi də saçlarına ziyan etdiyini bildirir.
Davamı →