Əzələ qıcolması

Orqanizmdə təxminən 640 əzələ var və onlar gün ərzində dəfələrlə yığılıb açılır. Əzələ qıcolması güclü ağrı ilə müşayiət olunan əzələ və ya əzələ qrupunun qeyri-iradi yığılmasıdır. Qıcolmalar, adətən, hərəkətinə iki oynağın cəlb olunduğu əzələlərdə baş verir. Problemə baldır və budun arxa, ön qrup, xüsusən də budun dördbaşlı əzələlərində daha çox rast gəlinir.

Həkim-endokrinoloq Gülay Məmmədova azərtac-a müsahibədə bu barədə deyib: “Əl və ayaq pəncəsi, qarın, döş qəfəsi əzələləri də qıcolmaya məruz qalır. Əzələlərdə qıcolmalar qaçış, tennis, üzgüçülük və ya digər fiziki məşqlər zamanı daha çox yaranır. Qıcolma kompüter arxasında oturanda, gəzinti zamanı və ya yuxulayanda da meydana çıxa bilər.
Davamı →

Gecə qıcolmaları

Gecə qıcolmaları çox yayılmış simptomdur.
Qıcolmalar çox ağrılı ola bilər, insanın yuxusunu poza bilər. Həkimlər tez-tez belə şikayətlər eşidir. Bəzən bu simptom orqanizmdə olan hər hansı pozulmanın əlaməti ola bilər.

Əgər belə qıcolmalar sizi uzun müddət ərzində narahat edirsə, mütləq həkimə müraciət edin. Gecə saatlarında qıcolmalar əsasən ayaqlarda olur. Qıcolma əvvəl baldırlarda başlayır və sonra bütün ayağı boyu yayılır.

Əgər insan gün ərzində əllərlə çox işləyirsə (yazır, kompüterdə işləyir, paltar tikir və s.), bu zaman gecə saatlarında qıcolmalar əllərdə ola bilər.
Davamı →

Epilepsiya tutması keçirən şəxsə yardım

Əhali arasında daha çox ”Dil qatlanması”, “Qıcolma” kimi tanınan epilepsiya əksər hallarda cəngolma tutmaları və düşüncənin itməsi ilə müşahidə olunan xəstəlikdir.

Tutma zamanı şəxsin hərəkətləri qeyri – iradi olduğundan ətrafındakı əşyalara toxunma riski artır. Xəstəni hərəkət etdirmədən ətrafdakı əşyaları götürmək və araya yumşaq paltarlar qoyaraq yaralanmasının qarşısını almaq lazımdır.

Tutma zamanı tez-tez təkrarlanan səhvlərdən biri də xəstənin ağzını açmaq və dilinin geri qatlanmasının qarşısını almağa çalışmaqdır. Belə ki, xəstənin ağzına qaşıq və bu kimi bənzər əşyaları salmaq qətiyyən olmaz. Bu gərəksiz davranışdır və tutmanın keçməsinə heç bir köməyi yoxdur.
Ardı →

Qıcolmalar zamanı ilk yardım

Qıcolmalar – bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Bəs, qıcolma tutması hansı şəkildə baş verir?

Belə ki, bu zaman insan birdən-birə bir neçə saniyə ərzində sanki donub qalır, sonra göz qapaqları bağlanır və o yıxılır, daha sonra isə ətraf əzələləri yığılmağa başlayır. Bəzi hallarda isə əksinə olaraq insanın bədəni mil kimi dartılaraq gərginləşir. Adətən xəstənin ağzından xeyli köpük xaric olur, bəzən isə qusma da baş verir. Qıcolma tutmasının sonunda qeyri-ixtiyari sidik ifrazı da ola bilər. Qıcolma tutması xəstənin yuxuya getməsi ilə başa çatır. Yuxu bir neçə dəqiqədən bir günə qədər davam edə bilir. Bəzən xəstə özünə gəldikdən sonra özünü qeyri-adi aparır – buna da hazır olmaq lazımdır!

Kiçik uşaqlarda qıcolma tutmasının formalarından biri — huşun itirilməsi, bayılma, kəskin şəkildə əzginlik kimi əlamətlərlə meydana çıxır ki, bu zaman uşaq birdən-birə yumşalır və ətrafdakı hadisələrə heç bir reaksiya vermir.

Qıcolmaların ən böyük təhlükəsi ondan ibarətdir ki, bu zaman dilin qatlanması və ya qusuntu kütləsinin tənəffüs yoluna düşməsi tənəffüsün dayanmasına səbəb ola bilər. Tənəffüsün dayanmasının profilaktikası üçün, xəstəni sadəcə olaraq böyür üstə uzatmaq lazımdır. Zərərçəkənin ağzından onun dilini zorla çıxarmağa cəht etməyin!

Qıcolmalar həm böyüklərdə həm də uşaqlarda təsadüf edilə bilər.
Ardı →