Qıcqırma əleyhinə təbii əlac

Mədə yanması bütün yaş dövründə olan insanların ümümi xəstəliyidir, lakin bu xəstəlik əlbəttə ki, nisbətən yaşlı nəslin nümayəndələrini daha çox və tez – tez narahat edir.

Bu problemin həlli yolunda sizi maraqlı və ən əsası təbii yolla müalicə yolu ilə tanış edəcəyik. Bu problemdən qurtulmağın 3 təbii qurtulma vasitəsi mövcuddur.

Bu ənənəvi üsulun köməyilə mədə şirəsinin turşuluğu azalacaq və mədənin şirəli divarları qıcıqlandırıcılara qarşı cavab reaksiyası daha da möhkəmlənəcək.
Davamı →

Mədə qıcqırması

Adətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır. Yanaşı olaraq mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır.

Döş sümüyü arxasında yanmaya səbəb mədə möhtəviyyatının qida borusuna atılmasıdır. Aqressiv mədə şirəsi qida borusunun divarlarını qıcıqlandırır və dözülməz yanma hissi yaradır. Mədə qıcqırması daha çox qidalanmanın pozulması, xüsusən də quru qidaların ayaqüstü yeyilməsi, qəhvə və tünd çaydan həddən artıq istifadə nəticəsində əmələ gəlir. Bir sıra hallarda qarındaxili təzyiqin artması da eyni klinik mənzərə yaradır. Daha çox hamiləlik, kəmərin çox sıx bağlanması və ağır əşyaların mütəmadi qaldırılması zamanı belə hallar baş verir. Mədə qıcqırması diafraqma yırtığı zamanı da aparıcı əlamətlərdən biri olur.
Davamı →

Qıcqırmanın profilaktikası

Qıcqırma — bir çox xəstəliklərin, eyni zamanda, xroniki mədə bağırsaq sistemi xəstəliklərinin “sadiq” yolçusu olduğu üçün, onu tam şəkildə müalicə etmək mümkün deyil. Lakin onun tez-tez baş verməməsinə nail olmaq tamamilə mümükündür. Bunun üçün aşağıdakı bir sıra qaydalara əməl etmək lazımdır ki:

1. Həddindən artıq yemək yeməyin! Mədə həddindən artıq dolduqda və dartıldıqda, sfinkter zəiflədiyi üçün mədə şirəsi qida borusuna atıla bilər. Mədənizi nə qədər çox doldursanız qida borusuna atılan turşunun miqdarı da çoxalmış olacaq. Ona görə də, hər dəfə az midarda qida qəbul etməklə, gün ərzində 5-6 dəfə yemək daha məqsədəuyğun hesab olunur. Yeməyi yavaş-yavaş yeyin, yaxşı çeynənilmiş qida mədəni də qorumuş olur – qəbul edilmiş qidanın həzm edilməsi üçün ona daha az mədə şirəsi və ifraz etmək və daha az vaxt sərf etmək lazım gəlir.


Ardı →

Qida borusu xəstəlikləri

Qida borusu insanın həzm sisteminin bir hissəsidir. Yarıməzələvi borucuqdan ibarət olub, udlaqdan qəbul edilmiş qidanın mədəyə ötürülməsini yerinə yetirir. Qida borusu xəstəlikləri zamanı ən əsas və diqqət yetirilməli əlamətləri üç hissəyə ayırmaq olar. 1) udqunmanın pozulması. 2)qıcqırma. 3) udqunma zamanı ağrı və s.
Qida borusunun axalaziyasıqida borusu peristaltikasının pozğunluğu və qida borusunun aşağı sfinkterinin boşalması (zəifləməsi) başa düşülür. Axalaziya, adətən 20-40 yaşlarında başlayır və disfagiya (udmanın pozulması), döş qəfəsində ağrı, requrgitasiya (qidanın geri qayıtması) və gecə öskürəyi əlamətləri ilə özünü göstərir.
 
Diaqnoz rentgenoqrafiyanın göstəriciləri, qida borusu manometriyası, ezofaqoskopiya, müayinələrinin əsasında qoyulur. Müalicə zamanıilk növbədə qida borusunun dilatasiyası aparılır,  müalicə effekt vermədikdə isə cərrahi əməliyyat həyata keçirilir.
Qida borusu-mədə reflüksü
Bu xəstəlik mədə möhtəviyyatının qida borusuna atılması ilə xarakterizə olunub, ən çox nəzərəçarpan əlaməti isə requrgitasiya ilə birlikdə qıcqırmadır. Qida borusu reflüksünün ağırlaşmalarından stenoz, ezofagit, qida borusu xorası, Berret meteplaziyasını göstərmək olar. Diaqnoz anamnez, rentenoqrafiya, endoskopiya, qida borusu manometriyası və digər müalicələr əsasında qoyulur. Müalicə konservativ və cərrahi əməliyyatla aparılır.
Qida borusu dəliyinin yırtıqları
Bu xəstəlik  mədənin diafraqma üzərində əyilməsi olub, ya anadangəlmə və ya da travmadan sonra meydana çıxır. Sürüşən yırtıqlar zamanı  qida borusu-mədə birləşməsi  və mədənin bir hissəsi diafraqma üzərində yerləşir. Rentgenoloji müayinə zamanı əhalinin 40%-də rast gəlinir. Paraezofageal yırtıqlar zamanı qida borusu-mədə birləşməsi normal yerləşir, lakin mədənin bir hissəsi  qida borusuna  aid olur və bu  yırtıq kiçilməyə meylliliyi ilə  səciyyələnir. Rentgenoloji müayinənin diaqnostikada  böyük rolu var. Müalicə demək olar ki, həmişə cərrahi yolladır. Qida borusu xəstəlikləri həyatımızı zəhərləyir. Bununla barışmaq və özbaşına sağalacağını gözləmək olmaz!
Qida borusu haqda ingilis dilində məqalə
Davamı →