Üzdə qırışları yaradan əsl səbəbkar

İstər danışın, istər qaşqabaqlı, istərsə də gülərüz olun. Əgər mimikanızla hər hansısa bir hissi ifadə edirsinizsə, bu zaman üz əzələlərinin hərəkəti nəticəsində simanızda kiçik deformasiyalar yaranır. “Memorial Sloan Kettering Cancer Center”-də (Nyu Yorkda yerləşən xərçəng müalicəsi və tədqiqatı mərkəzi) dermatoloq olaraq fəaliyyət göstərən doktor Anthony Rossi (Antoni Rossi) bildirib ki, bu qırışlar dərinin altında yerləşən əzələnin hərəkətinə perpendikulyar yaranır. “Məsələn, alnımızdaki qırışlar üfüqidir, çünki altındakı əzələlər şaquli hərəkət edir.”
Davamı →

Göz ətrafı dəri və qırışlar

Göz dərisi incə və həssas olduğundan diqqət edilməsi vacib olan bölgələrdəndir.

Göz hərəkətlərindən aslı olan göz ətrafı dərisi hərəkət etdikcə nazik cizgilər meydana gətirir.  Bu xəttlər zamanla qırışıqlara səbəb olur.

Stressli həyat, təmizləmə laqeydliyi, səhv kosmetik məhsullardan istifadə və s. faktorlar göz dərisinə zərər verir.  Buna görə də göz ətrafına qulluq zamanı lazımi proseduralardan əlavə kosmetik məhsullara və doğru nəmləndiricilərə diqqət göstərmək lazımdır.

Göz ətrafına uyğun kremlər yaşlılıq xəttlərinin yaranmasının qarşısını alır. Bu problemin sadə həllərindən biri göz ətrafı üçün nəmləndirici kremlərdən istifadə etməkdir.

Göz ətrafı üçün kremlərin istifadə qaydası:
Göz ətrafı üçün kremləri (nəmləndiriciləri) axşam vaxtlarında üz dərisini makiyajdan təmizlədikdən sonra tətbiq edin. Bu xətlərin və qırışıqların qarşısını almaqda köməkçi olur.
Davamı →

Yaşla bağlı və vaxtsız yaranan qırışların həlli

                           

Vaxtından öncə və yaş artıqca onlarla bərabər sayda artan qırışları düzgün qidalanma və təbii vasitələrlə qırışları gecikdirmək olar.

Vitaminlərin antioksidant təsirləri, xüsusilə düzgün qidalanmaqla dərizinə xeyli yaxşı təsiredici gücü var. Vitaminlər dəri sağlamlığı, qırışların qarşısının alınması və ya əmələ gəlməsini əngəlləyən xassələrə malikdirlər.

A, C, D, E vitaminlərinin çatışmazlığı isə dərinin cansız, quru və ya həddindən artıq yağlı olmasına səbəb olur.


Ardı →

Qırışları artıran 10 səhv

Qırışları aradan qaldırmaq üçün əlimizdən gələni edirik. Bəs onların yaranması üçün nə edirik? 

1. Günəşin təsiri: Qırışların tez düşməsinin əsas səbəbi ultrabənövşəyi şüalardır. Qaralmış dərini çox bəyənə bilərsiniz lakin dəri rəngi ilə birlikdə dərinin də dəyişdiyini və qocaldığı unutmayın. 

2. Solyari: Solyari də istfadə edilən işıq günəş işığının bir parçası olan ultraviyole A –dır. Üstəlik utraviyole A, dərinin daha dərin təbəqələrinə də təsir edir. Bu zaman dərinin qırışması prosesi sürətlənir. 

3. Kiçik xətlər: Üzdəki kiçik xətlər bir müddət sonra qırışlara çevrilir. Kiçik qırışlar daha çox göz çevrəsi, dodaq ətrafında yaranır. Bunun qarşısını almaq üçün üzdə bəzi məşqlər etmək lazımdır. Nəmləndirici kremlə hər gün masaj etməyi də unutmayın. 

4. Yuxu rejimi: Üzüstə yatmaq da qırışların yaranmasını sürətləndirir. Xüsusən də 30 yaşdan sonra üzüstü yatmaq qırışların çoxalmasına səbəb olur. Çünki dəri nəfəs ala bilmir və üzdə xətlər əmələ gəlir. Neçə müddət eyni pozisiyada qalan dəri qırışmağa başlayır.  
Ardı →

Alın qırışlarından necə xilas olaq?

Yox etmək imkansızdı, lakin onların yaranmasını uzun müddət təxirə salmaq olar.
Ömür ötdükcə yaş öz təsirini göstərir və dəridə qırışlar yaranır. Hazırda üzdəki qırışların yox olması üçün ən geniş yayılmış üsul botoksdur. 

Daha gənc və daha gözəl üzə sahib olmaq hər kəsin arzuladığı bir şeydir. İstədiyinizi pulsuz yerinə yetirə bilmək üçün fədakarlıq etmək tələb olunur. 
20 yaşını keçən hər kəs vaxt keçdikcə üzündəki dəyişikliyi sezir. 
Ardı →

Qırış əlehinə 6 qızıl qayda

Qırışlar yaşlanmağın qaçılmaz bir hissəsi və bir neçə faktorun nəticəsidir. Gülən və qaşqabaqlı olan zaman, həmçinin soyuq havalarda qırışlar və kiçik xətlər yaranır.

Qırışlara qarşı mübarizə aparmaq üçün 6 qızıl qaydaya əməl edin. 

Soyuqdan qoruyun
Soyuq havalarda bayıra çıxmazdan əvvəl nəmləndirici kremlər çəkin. Dərisi quru olanlar isə tərkibində bitki yağı olan kremlər çəkməlidir. 

Günəşdən qoruyun
Dərini günəşli havada müdafiəsiz buraxmayın. Günəş şüaları dəridə erkən qırışların və ləkələrin yaranmasına səbəb olur. SPF qoruyucu olan günəş əleyhinə kremlər istifadə edin. 

Nəmləndirin
Yaş artdıqca dəri quruyur və nəmini itirir. Nəmin olmaması isə dəridə qırışların yaranmasının ilkin səbəbidir. Hər gün bol su qəbul edin.
Ardı →

Qırış əlehinə ən ideal üsullar

Düz  yatın 
Amerikanın Dermatoloji Akademiyası gecələr necə yatmağın dəriyə də təsir etdiyi açıqlayıb. Gecələr yatma formanızdan asılı olaraq üzünüzdə cizgilər yarana və səhər yuxudan qalxdıqdan sonra qırış yarana bilər. Yan yatmaq çənə və yanaqdakı qırışları artırır, üzüstə yatmaq isə üzdə qırış yaradır.  Qırışların yaranmaması üçün alimlər düz yatmağı məsləhət görür. 

Daha çox balıq, xüsusən də somon balığı yeyin 
Somon (və digər balıqlar) balığının tərkibində protein boldur. Dərinin sağlam və sıx qalmasını təmin etməklə yanaşı, Omega-3 kimi tanınan yağ turşuları ilə zəngindir. Mütəxəsisslər lazım olan yağ  turşularının dərini qidalandırdığını, dolğun və gənc göstəridiyini deyib. Qırışları da azaldır. 

Gözlərinizi yığmayın və eynək alın 
Gözlər yığaraq nəsə oxuyarkən üz əzələləri daha çox işləyir və dərinin altında boşluqlar əmələ gəlir. Gözləriniz zəif görürsə, mütləq eynək alın. Beləcə gözlərinizin ətrafı günəşdən və digər mənfi təsirlərdən qorunmuş olacaq. 

Alfa hidroksi turşularından bol istifadə edin
Təbii meyvə turşuları dərinin üstündəki ölü hüceyrə təbəqəsini qaldırır, göz ətrafındakı incə cizgi və qırışları azaldır. 

Ardı →

Qırışlar

Qırışlar nədir və necə yaranır? Sual ritorik səslənir, çünki gec-tez qırışlar bütün insanlarda dərinin təbii qocalması nəticəsində əmələ gəlir.
Alimlər əksər insanlarda 35 yaşından sonra aktivləşən  qocalıq genini kəşf etmişlər.
Dərinin əsas qatını lazımi səviyyədə saxlayan kolagenin (zülal lifləri) istehsalı tədricən azalır. Nəticədə, dəri öz elastikliyini itirərək, qırışların və sallanmanın yaranmasına səbəb olur.
Lakin qırışlar yalnız qoca qarılarda deyil,  cavan qızlarda da əmələ gələ bilər.
Ardı →

Erkən qırışların 10 səbəbi

Yaşlanmaq hamının qorxulu kabusudur. Bunun qarşısını almaq üçün müxtəlif kosmetik vasitələrdən, əməliyyatlardan istifadə edilir. Amma bütün bunlar müvəqqəti çarələrdir. Qırışların səbəbi başlıca olaraq yaşla bağlı olsa da, burada genlər, insanın həyat tərzi də böyük rol oynayır.

Günəş
Yaz aylarında insanların özlərini günəşə verməsi onlara həzz verə bilər. Amma nəzərə alın ki, bu, üzün qırışmasına səbəb olur. Bu aylarda Günəşlə bütün əlaqələri kəsmək də düzgün deyil. Küçəyə çıxanda keyfiyyətli günəş kremindən və papaqdan istifadə etmək kifayətdir.
Ardı →