Qırmızı Damla - (Qorxulu Əhvalatlar silsiləsindən) - 3-cü fəsil

I I I

ARZUOLUNMAZ QONAQ

2020- Yer Planetinin orbiti, Azərsat-1

Azersat-1 kosmik stansiyasına Qazaxıstan seqmenti olan “Bakıt” –ın qoşulmasından artıq 1 həftə ötürdü.  Baş və törəmə modulun lehimlənməsindən sonra, çəkisizlik şəraitində əsas girişdən yuxarı doğru üzən,  Bakıtın yeganə ekipaj üzvü Müslüm Kaibov, ilk baxışdan,  idarəetmə otağında səbirsizliklə gözləyən heyətdə, komik, duzlu-məzəli bir astronavt təəssüratı yaratmışdı. Heç 2 gün çəkmədi ki, orta boylu, çatma qaşlı, əsgər saç düzümlü bu astranavtın sözün əsl mənasında zəhər tuluğu olduğunu anlasınlar, Belarusdan  olan Andrey Kazanov,  Gürcüstandan olan Nado Gelaşvili, Rusiyadan olan  Yeqor Mironov, ABŞ-dan olan Keyt Blək və heyət lideri olan Azərbaycanlı  Etibar Dadaşov,  Qazaxstanlı həmkarlarının belə soyuqqanlı olmasından çaşqınlıq içində idi. Adətən ağırlıq qüvvəsindən sonra çəkisizlik mühitinə düşəndə və əksinə transformasiyalar zamanı kosmonavtlar çox xoşagəlməz hallar keçirir, bir növ revmatizmin ən sərt formasını özlərində yaşamalı olurdular. Bədənə təsir edən cazibə qüvvəsi qaib olduğundan, bədəndə sümüklərin nisbətən ləng yeyilməsi, əzələlərin boşalması prosesi işə düşür. Bu baxımda, kosmonavtlar 3 aydan sonra Yerə “qayğanaq” formasında qayıtmamaq üçün yeməkdən çox müntəzəm idmanla məşğul olmağa məcbur idi. Kaibovun belə uyğunlaşma keçirdiyi gümanı ilə, onu ilk əvvəl elə ən unikal idman alətləri ilə təchiz olunmuş  məşq şöbəsinə yolladılar.


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - 4-cü fəsil

IV

BİZİM QALAKTİKADAN KƏNARDA

Günəş şüaları sınmış bucaqlarda üzünü oxşadığından, hələ gözlərini tam aça bilmirdi. Çox qəribə aparırdı özünü günəş, sarımtıl-narıncı işıq təkcə qarşısından  yox, elə bil sağından da hücum çəkirdi.  Gözlərini  bir təhər açıb,  şüadan qorunmaq üçün əlini işığaqarşı “sipərə”çevirdi.  Seymur müəmmalı şəkildə yoxa çıxmış həmin çimərlikdə idi, əgər  dənizin olmadığı yeri artıq çimərlik adlandırmaq olardısa. Açılan ucsuz-bucaqsız səhra, Şimali Afrikanın yaşxı mənadə ən “divanə” guşələrini xatırladırdı.   Huşunu itirib üzərində yatdığı qayaya əli ilə, toxundu. Dəniz qayalarına xas olan nəmlikdən, əsər əlamət yoxdu, quruluşu bir qədər fərqlənirdi. Gözləri  işıqlığa tam alışdıqdan sonra  səmaya ötəri nəzər saldı.  Səma  həmişəkindən fərqli mavi yox, yaşıla  bənzər bir çalara bürünmüşdü. Günəş və ya günəşə bənzəyən bu ulduz nəydisə, “səkkiz fomrasındaydı və çox yaxından ötürürdü şüaları, nərdivan qoyub toxuna biləcək məsafə təxəyyülü yaranırdı. İstisi də insana  tuhaf  bir rahatlıq gətirirdi.  Seymur özünü dərhal toxtadıb,  sahil yaxındakı maşına tərəf qaçdı. 


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - 5-ci fəsil

V

TƏFSİLATLAR

Bakı Kosmik İdarəetmə Mərkəzi

-         “Bilirsən Allah hər şeyi qədərində verib,  insan yaranandan ölənə kimi  özünə müəyyən çərçivə seçməlidir, çərçivəsiz  həyat tərzi, hüdudları aşan şımarığlıq… bunlar hamsı bəni adəmin öz ziyanına işləyir.  Tanrı istəsəydi qarışqalar bizdən daha irəli gedib dünyanı öz nəzarətlərinə keçirərdilər. Qarışqanın yeraltı dünyası ideal bir cəmiyyətdir,  həm göbələk əkən əkinçisi var, həm yaşıl bit sağan maldarı, həm hüdudları canı bahasına qoruyan əsgəri, həm qan-tər töküb, kraliçaya sadiq olan fəhləsi. Klifford Saymak əsərlərin birində belə bir fikir ortaya atıb, ki, onu xatırladmasam qəbahət olar. Saymakın təbirincə desək, qarışqaların davamlı inkişafını əngəlləyən onların qış yuxusuna getməsidir, yəni qışda bütün işləri yekunlaşdırıb yuvalarına çəkilməsidir. Əsərin protoqonistlərindən biri süni üsullarla qarışqaların yuvasını isidir. Nəticədə yüz illər sonra qarışqalar özlərinə göydələn hündürlüyündə yuvalar tikməyə, sürətlə çoxalmağa, müasir texnologiyalar icad etməyə başlayırlar.

Bakı   Kosmik İdarəetmə Mərkəzində gərginlik ən yüksək həddə çatmışdı.  Onillərin əziyyətli, çoxmilyardlıq birgə layihəsi bir anda puç ola bilərdi. Bütün şəxsi heyət, Mərkəzin ali rəsmiləri,  prezident administrasiyasından nümayəndələri, Rusiyadan yollanmış nümayəndə heyəti,  yüksək çinli hərbi zabitlər, və ən əsası kosmonavtika sahəsinin aparıcı mütəxəssisləri  Azərsat-ın əlaqə yaratmasını gözləyirdi.  Günəşdə baş verən güclü termopartlayışdan sonra yüksək dalğalar rabitədədə ciddi problemlər yarada bilərdi.  Layihə rəhbəri Sənanov Fərman, piylənmədən “pırtlamış” yekə qarnı və ətrafları ilə bir tövr özünü  superkompüter operatorunun yanındakı yığcam taburetə yerləşdirə bilmişdi.


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - 6-ci fəsil

VI

YARIMÇIQ QALMIŞ MƏZUNİYYƏT

Ozon qatı...Təki problemərin əsası, bu mif şəklində onilliklər ərzində insanların beyinlərinə yeridilmiş planetar böhran xurafatı olaydı. Monreal Protokolu ilə  stratosferik ozon təbəqəsini məhv edən xlorin və bromin tərkibli maddələrin istehsalı və zavod-fabriklərdəki emissiyaları  beynəlxalq nəzarətə götürüldü. Məqsəd qütblərdə iqlimin kəskin şəkildə dəyişməsinə yol açana “ultrabənövşə” bombardmanın qarşını almaq idi.  2014-cü ildə ozon təbəqəsinin tədricən bərpa olunması xəbərini dünya ictimaiyyəti bir müştərək qələbə kimi car çəkdi. Axı problemlər bununla bitmir, sadəcə bir-birini müəyyən vaxtdan sonra əvəz edir, ozon qatı yerinə gəldi,  bir neçə il sonra turşu yağışlar başladı,  ozon bərpa oldu, Qolfstrim cərəyanı dayandı, ozon qayıtdı mussonlar cənub-şərqi Asiyanın xəritəsini əməlli başlı cızma-qara etdi.


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - 7-ci fəsil

VII

PORTALIN YAN TƏSİRLƏRİ

Sərasər on beş il olarda ki, Seymur hələ bir qayıdış yolu tapa bilmədiyi yad planetə, təkcə qoxusu üçün burnunun ucu göynədiyi doğma dünyasından yeni əşyalar, avadanlıqlar, tikililər, təbiət landşaftı fraqmentləri və bəzən təsadüfi insanlar gəlməyə davam edirdi. Dırnaqarası aborigenlərin  “Ron-Qon-Don” adlandırdığı planetdə, “Yerlilərin” kontingenti bu illər ərzində böyüyərək,  Seymur və Russo ilə birlikdə 7 nəfər çatmışdı.  Özünə məlum olmayan səbəbə bu planetə portasiya edilmiş ikinci insan olduğunu nəzərə alsaq, ondan sonra peyda olan təsadüfi yerlilərin çoxu, peşə baxımından balıqçılar, dənizçilər idi. Üstəlik artıq onların heç biri nə Seymur kimi Azərbaycanlı, nə də Russo kimi Fransız deyildi. Cənubi Amerika və Afrikadan olan vətəndaşlardı. Üstəlik  iki il əvvəl  3 dost balıqçı  artıq planetin karantin zonasında yox, tam başqa- Seymur və Russoya məlum olmayan sahələrindən gətirilmişdi. Hər yeni “dünya sakini” planetdə peyda olanda, onlar toplantı keçirir, “qonağı” sual-cavaba tutur, onun həyəcanlanmaması üçün planet haqqında zəruri bilgilərlə məlumatlandırır və özləri üçün  nəyin-nə yerdə olduğunu aydınlaşdırmağa çalışırdı. Artıq özləri üçün bu müəmmalı fenomenin prinsiplərini müəyyən çərçivəyə təsbit etmişdilər:


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - F.Məmmədov - 8-ci fəsil

VIII

BƏRPA OLUNMUŞ RABİTƏ

Birinci dəfəydi ki, Kaibova  üzbəüz  belə yaxından, diqqətlə baxırdı. Cizgiləri, yuxarıya doğru qalxmış  qara qaşları, başının məzəli yumru forması, yarıqıvrım,  əsgər düzümlü saçları – Dadaşov and içə bilərdi ki, ....

-         Məni Qazax niyə adlandırırsan?

Dadaşovun rəngi üzündən götürüldü. Ürəyini oxumuşdu bu müəmmalı insan. Özünü toxtamağa çalışdı:

-              Nə bilim elə əvvəldən öz aramızda hamı səni Qazax deyə çağırır. Həmkarlarım sənin adını soyadını çəkməkdə çətinlik çəkirdi, ona görə.

-              Sizə axı kim deyib ki, mən qazaxam....Qazaxıstana ümumiyyətlə aidiyyatım yoxdur.  Məni Seymur çağır, adım Seymurdu...  Mən də Azərbaycandanam...Nədi inanmağın gəlmir.  Mənim Qazaxstanlı olmağım beynivə yeritdiyin bir illüziyadır.

Yuxudan oyanın, gözlərinizi açın və qaranlıqda  sahili görünməyən bir dənizin ortasında, təkbaşına dərin suda olduğunuzu düşünün,  bu vahimə, bu dəhşət nə qədər aşırıdırsa, bax, Dadaşov da özünü belə tam aciz və dərin çaşqınlıq keçirən biri kimi hiss edirdi. 

Düzdür  “andıra qalmış” müqaviləyə imza atan vaxt, Qazaxstandan Azərsat stansiyasına hər hansı seqmentin birləşəcəyi barədə ona bir məlumat verməsələrdə, 2 ay əvvəl Bakı ilə əlaqə yaradan zaman, Sənanov, dəniz qonşusu olan ölkədən  Müslüm Kaibov adlı birinin ekipaja əlavə olunacağını nəzərinə çatdırmışdı. Sənanovun   yalandan Qazax deyə, Azərbaycanlı bir kosmonavtı, kim bilir bəlkədə başqa bir peşənin sahibini stansiyaya göndərməkdə məqsədi nə ola bilərdi axı?  Heç bir məntiqə sığmırdı.


Ardı →

Qırmızı Damla - (Qorxulu Əhvalatlar silsiləsindən) - 9-cu fəsil

IX

İBRA  HÜNDÜRLÜKLƏRİ

Təcrid olunmuş portal sahəsininin sərhədində ucaldılmış təxminən 2 metr hündürlüklü çəpəri adlamaq,  hər biri üçün son dərəcə vahiməli gəlmişdi. Yeni yerlilər bir yana,  pul hərisliyi ucbatından adada təsadüfən teleportasiya zonasına düşmüş və son 20 ili bu yad planetdə keçirmiş Russo üçün, doğmalaşmış sahəni tərk etmək, vətənə qayıdış üçün bir ümid qığılcımı yaratsa da, onu son dərəcə həyəcanlandırmışdı. Bitkiyə bənzər möhkəm materialdan toxunmuş çəpəri,  sonuncu dırmaşan da elə Russo oldu. Nədənsə ona elə gəlirdi ki, təcrid zonası onu geri çəkirdi, ürəyinə nəisə dammışdı.  Təlaş etməkdən özünü saxlaya bilmirdi.

  Ətrafa göz gəzdirdikdən sonra, qarşılarında açılan üfüqdə  iki çox hündür dağa bənzər bir quruluş gördülər. Uzaqdan baxana da məlum  olurdu ki,  həmin quruluş heç də Yer planetinin dağları ilə eyni cinsdən deyil.  Tam simmetrik, çoxsaylı bucaqları olan bir  göydələn tikiliyə bənzəyirdi.   Təxminən yer məsafəsi ilə beş kilometr uzaqlıqda olan həmin nəhəng dağa irəliləmə başlamışdılar, ki,  yamacın orta hissəsindən qırmızı bir işıltı gözə dəydi. Hər birinin gözləri qamaşdı. Əlləri ilə gözlərini ovuşdurdular.

-         Russo bu nəydi belə, gözlərimi yandırır?

-          Nə olmağını bilmirəm, bircə onu bilirəm ki, bizim burda olmağımızdan xəbərləri var, budur bax.

Eyni mənbədən çıxan qırmızı işıq bu dəfə uzanan lövhə şəklində onlara tərəf irəliləməyə başladı,  hər halda işıq şüası olmadığına əmin oldular, çünki işıq sürəti üçün həmin məsafəni qət etmək bir göz qırpımından dəfələrlə az vaxt tələb edirdi.


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - 10-cu fəsil

X

SONUNCU RİSK

Sonuncu dəfə Stansiyanın bu seqmentinə nə vaxt  “ayaq basdığı” yadına gəlmirdi. Təqribi bilirdi ki, 2-3 ay əvvəl  Yerdən göndərilən su birələri üçün  həmin seqmentdə süni olaraq su ekosistemi yaratmışdılar. Əvvəl sınaq uğurlu alınsa da, sonradan     — özü də bilmir — çəkisizlik şəraitinə görəmi, yoxsa  açıq kosmosda  qurduqları su hövzəsinin ətrafla əlaqəda olmamasına görəmi – həşəratlar bir-bir ölməyə başladı.  Külli miqdarda vəsaitin ayrıldığı, böyük bir elmi-tədqiqat institutunun beyinməhsulu olan bu layihənin iflasına nəyin səbəb olduğu aydınlaşmadığından Yerə təkrar olaraq sınaqlar üçün su birələri göndərməyi tapşırmışdı. Sonradan bu məsələ nədənsə unuduldu, heçə Bakı da ona bu istiqamətdə planları barədə bir məlumat vermədi.   İndi  akvariuma bənzər su saxlancında olan  çöküntü vermiş mayeyə baxır və həmin sınaq günləri bircə-bircə yadına düşürdü.  Sınağın uğursuzluğundan sonra ta bu seqmentə bir dəfə olsun girməmişdi. Ehtiyac da yox idi azından. Çünki bu seqmentdə yalnız su canlıları ilə bağlı bio-tibbi eskperimentlər aparıla bilərdi. Ondan savayı heç nəyə yaramırdı.  İndi isə özünü illüziya adlandıran Seymurla bu seqmentdən son istinadgah kimi istifadə edirdi.  Seymur başına gələnləri, yadplanetə necə düşdüyünü,  hələ ki, məğzini tam bilmədiyi sınaqlar nəticəsində kosmik portalların açılmasını və onları kainatda yaratdığı fəsadları ətraflı şəkildə  kapitana başa saldı.  Seymurun dediklərində axır ki, cüzi də olsa bir məntiqi əlaqə  gördü. Məlum oldu ki, teleportasiyaların açılmasında əsas vasitəçi məhz onun hazırda yerləşdiyi  kosmik stansiya idi, ta bilmirdi, ondan  ulduz keçidlərinin yaranması üçün enerji mənbəyi qismində istifadə edirdilər, yoxsa ötürücü kimi. Bunlar hamısı nə qədər fantastik səslənsə də, Dadaşova bir xəfif inandırıcı gəlmişdi. Lakin burda oturub,  bu saat, elə indi  mövcud olmayan bir illüziya, beynində canlanan Seymurun proyeksiyası ilə, — əslində isə özü-özüylə danışmasına heç cür inana bilmirdi. Çox absurd bir vəziyyət idi.


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - Epiloq

EPİLOQ

Kapsul yerin orbitini keçdikdən sonra illüminatordan seyr edən Dadaşovun gözləri aşağıda getdikcə yaxınlaşan Qobustan çöllüyünə zillənsədə, fikirləri hələ də gözünün qarşısında məhv olan kosmik stansiyada idi. İndi Bakıda nələr baş verirdi, nələr!? Təkcə Bakı deyil, dünya mediasının da gündəmini zəbt edəcək, BBC, CNN, AL-Jazeera, daha dünyanın ən azbüdcəli xəbər agentliklərin bir həftə ərzində maraq dairəsində olacaqdı. Stansiyada qəza niyə baş verdi? Onun partladılmasında 2—ci dövlətin əli ola bilərmi?  Uğursuz kapitan bu haqda nə deyə bilər? Stansiyanın dağıntılarının  yaşayış sahələrini düşmə ehtimalı nədərəcədə yüksəkdir? Və sayır bu kimi tamaşaçını diqqəni cəlb etməyə yönəlmiş suiqəsd nəzəriyyələri, “şok” açıqlamalar. Hər halda kapitan olaraq stansiyanı sonuncu tərk etmişdi. Ancaq bu özünə təsəlli verən yazılmamış qayda hər halda yeganə ekipaj üzvü olan kapitana şamil oluna bilməzdi.  Özünün həbs olunacağına artıq yüz faiz əmin idi, bu barədə heç bir şübhə ola bilməz. Affidavit və müqavilədə açıq aydın qeyd olunurdu ki, hər hansı etinadzıslığa görə birbaşa kapitan Etibar Dadaşov məsuliyyət daşıyacaq.  Ancaq ölkəsi üçün belə bir vacib layihəni, iflasa uğratması, soyadına bir neçə nəsillik qara ləkə salacaqdı. Ən yaxşı halda ailəsi təqib olunacaq, vəzifədə olan qohumlara məcburi olaraq istefa ərizəsi yazmalı olacaqdılar. Bunun heç cür qarşısını almaq olmazdı.


Ardı →