Qırmızı

Biz əcdadlarımız on min illərlə bundan əvvəl ilk dəfə əllərinə təbii rəngləri alıb öz bədənlərinin şəklini çəkəndə onların beyinlərindən keçənləri bəlkə də heç vaxt bilməyəcəyik. Lakin bəlkə də ən əhəmiyyətlisi budur ki, onlar qanımızın rəngi, həyat və ölümün canlı yaddaşı olan qırmızı oxranı – qırmızı rəngi seçiblər.
Bu gün Britaniya kraliçasının şahanə əlbisələrindən tutmuş Amsterdamın gur qırmızı fənərli məhəlləsinədək, qırmızının çalarları bir qayda olaraq qüdrət, təcavüz və seksi simvolizə edir.
Elmin yeni sahəsi olan “rəng psixologiyası” aşkar edib ki, qırmızı rəng bizim əhvalımıza, düşüncə və hərəkətlərimizə güclü təsir göstərir. Qırmızı paltar geyinmək hətta sizin psixologiyanızı, hormonlarınızın balansını, futbol matçındakı oyununuzu təsirləndirə bilər. Elə isə qırmızının çalarları olan yaqut rəngini, al qırmızını belə təsirli edən nədir?
Davamı →

Qırmızı rəng

Dünyanın tanınmış modelyerləri hər il hansı rəngin dəbdə olmasına baxmayaraq, öz kolleksiyalarında hər zaman qırmızı rəngə önəmli yer verirlər. Rəng mütəxəssislərinin fikrincə, qırmızı – səmimiyyət, güc, ehtiras, şəhvət və eşq rəmzidir. Onlara görə, bu rəng insanı hadisələri aydınlaşdırmaqda daha sürətli qərarlar verməyə yönəldir. Heç təsadüfi deyil ki, xanımların əksəriyyəti gecə-mərasim libaslarını seçərkən onda qırmızı rəngin olmasına müsbət yanaşırlar. Çünki bu rəng diqqəti daha tez özünə cəlb edir. Hər halda, danılmaz reallıqdır ki, modelyerlər öz müştərilərinin rəyinə əsaslanaraq, qətiyyən qırmızı rəngdən imtina etmir, əksinə, ona böyük həvəslə yanaşırlar. Onlar belə hesab edir ki, qırmızı həm də unudulmazlığı ifadə edir. Maraqlıdır ki, 1940-50-ci illəri yenidən gözdən keçirdən “Prado” və “Dior” qırmızı rəngdə olan ətək və pencəklərə üstünlük verdikləri halda, yeni nəsil modelyerlər bu rəngin qarışıq modellərdə istifadəsini əsas götürürlər.


Ardı →

Qırmızı rəng.

“Qoy güclü yaşasın!” –Bu, qırmızı rəngin şüarıdır.


Qırmızı aqressiv rəng hesab edilir. Qırmızı rəng orqanizmdə adrenalini qaldırır; bədənin hərarətinə təsir edir (yüksəldir); əzələləri elastikləşdirir, oynaqları isə hərəkətə gətirir. Bu rəng seksual əlaqələri də yönləndirir, bu sahədə çox güclü təsirə malikdir. Müsbət olaraq ehtirasa, mənfi olaraq isə hədsiz pozğunluğa işarədir.


Qan, hirs, ocaq, hiss, müharibə, ölüm, hədə, ehtiras, uğur, güc və sağlamlığın rəmzi sayılır. Maraqlıdır bu xüsusiyyətləri bir yerdə necə toplamaq olar?! Kimyadan, psixologiyadan başqa, bəlkə də rəng çalarlarının və hər bir ölkənin inamının, əfsaənələrinin nəticəsi olsa gərək — hər yerin özünəməxsus inam, əfsanə və rəmzləri var deyə belə fərqli və bəzən də bir-birinə əks xüsusiyyətlər meydana çıxır.


Ardı →