Qırmızı

Biz əcdadlarımız on min illərlə bundan əvvəl ilk dəfə əllərinə təbii rəngləri alıb öz bədənlərinin şəklini çəkəndə onların beyinlərindən keçənləri bəlkə də heç vaxt bilməyəcəyik. Lakin bəlkə də ən əhəmiyyətlisi budur ki, onlar qanımızın rəngi, həyat və ölümün canlı yaddaşı olan qırmızı oxranı – qırmızı rəngi seçiblər.
Bu gün Britaniya kraliçasının şahanə əlbisələrindən tutmuş Amsterdamın gur qırmızı fənərli məhəlləsinədək, qırmızının çalarları bir qayda olaraq qüdrət, təcavüz və seksi simvolizə edir.
Elmin yeni sahəsi olan “rəng psixologiyası” aşkar edib ki, qırmızı rəng bizim əhvalımıza, düşüncə və hərəkətlərimizə güclü təsir göstərir. Qırmızı paltar geyinmək hətta sizin psixologiyanızı, hormonlarınızın balansını, futbol matçındakı oyununuzu təsirləndirə bilər. Elə isə qırmızının çalarları olan yaqut rəngini, al qırmızını belə təsirli edən nədir?
Davamı →

Danışan dodaqlar

Dodaq boyası qadının ən güclü silahlarından biridir. Al qırmızı, canlı çəhrayı, parıltılı boyalar… Bütün rənglərin bir mənası var. Bəs siz hansı rəngdə dodaq boyasından istifadə edirsiniz və rəngin mənasını bilirsiniz? Dodaq boyalarının rənglərinin mənası ilə tanış edirik.  

Klassik qırmızı 

Qırmızı “məni gör" deməkdir. Bu boyanı istifadə edənlər diqqət mərkəzində olmağı, hamının nəzərini cəlb etməyi istəyirlər. 


Ardı →

Qırmızı qab arıqladır

Qırmızı rəngli qablarda qidalanmaq arıqlamağa səbəb olur.Medvesti.com saytının verdiyi məlumata görə, alman və isveçrə alimlərinin araşdırmaları bu qənaətə gəlməyə əsas verib. Alimlər hesab edir ki, qırmızı rəngli qablarda qidalanan insanlar 40% az qida qəbul edir.
Ardı →

Qırmızı rəng

Dünyanın tanınmış modelyerləri hər il hansı rəngin dəbdə olmasına baxmayaraq, öz kolleksiyalarında hər zaman qırmızı rəngə önəmli yer verirlər. Rəng mütəxəssislərinin fikrincə, qırmızı – səmimiyyət, güc, ehtiras, şəhvət və eşq rəmzidir. Onlara görə, bu rəng insanı hadisələri aydınlaşdırmaqda daha sürətli qərarlar verməyə yönəldir. Heç təsadüfi deyil ki, xanımların əksəriyyəti gecə-mərasim libaslarını seçərkən onda qırmızı rəngin olmasına müsbət yanaşırlar. Çünki bu rəng diqqəti daha tez özünə cəlb edir. Hər halda, danılmaz reallıqdır ki, modelyerlər öz müştərilərinin rəyinə əsaslanaraq, qətiyyən qırmızı rəngdən imtina etmir, əksinə, ona böyük həvəslə yanaşırlar. Onlar belə hesab edir ki, qırmızı həm də unudulmazlığı ifadə edir. Maraqlıdır ki, 1940-50-ci illəri yenidən gözdən keçirdən “Prado” və “Dior” qırmızı rəngdə olan ətək və pencəklərə üstünlük verdikləri halda, yeni nəsil modelyerlər bu rəngin qarışıq modellərdə istifadəsini əsas götürürlər.


Ardı →