Ruslan Mollayev "Çobanyastığı" qısa hekayə

          Dəqiq xatırlayıram: qatar tələsmədən kəndimizə yaxınlaşırdı. Arabir yol boyu şaxələnən ağacların kölgəsi üzümüzə düşürdü. Baxanda adama elə gəlirdi, sanki günəş üzümüzə düşən qara ləkələri silir. Bu dəfə pəncərədən sevinc hissi ilə baxırdıq, çünki müharibədən xilas olmuşduq! Əkin sahəsində ətəklərini qatlamış qızlar bizi görüb əl elədilər. Onların içində özümüzlə gətirə bilmədiyimiz əsgərlərin sevgililəri də vardı. Bunu başlarını qaldırmadan işlərinə davam etmələrindən bildik.
— Uşaqlar! — deyib, digər əsgərləri də çağıraraq bütün nəfəslikləri açdıq: şehlənmiş gül qoxusu, sərin külək qarışıq, vaqonlara doldu...

03.05.2020





Davamı →

Ruslan Mollayev “ Tədarük “

Yaşadıqlarından təngə gələn qadın, müdrik qocanın huzuruna gəlib soruşur:

-        ...heç kimə  pislik etmirəm axı, niyə  dualarım eşidilmir?

Müdrik soruşur:

-         Necə dua edirsən?

Əllərimi açıram göyə və deyirəm: Ey Uca Allahım, yeri, göyü səhmana saldığın kimi bizim də həyatımızı səhmana sal.  – deyə qadın bildirir.

Müdrik:

-         Diqqət etsən görərsən, Allah dualarını gerçəkləşdirir. Yaşamaq üçün tədarük gör, uyğunlaş: yer üzünün dörd fəsli var.

 

 

                                                                                                              


Davamı →

Ağrıkəsici | Səhər Əhməd

Aptekə girməyiylə çixmağı bir oldu. Sürücü maşına söykənib siqaret yandırırdı, onu görəndə duruxdu:
— Nə oldu?
— Burda növbədi, başqasına gedək.
— Bu gün rayonda bütün apteklər belə olacaq.
— Hardan bilirsiz?,- ironiyayla sürücüyə baxdı.
— Çünki bu gün pensiyalar gəlib.
Davamı →

Yola düşmək | Frans Kafka

Dərhal tövlədən atımı gətirmələrini əmr etdim. Xidmətçi əmrlərimi anlamadı. Buna görə tövləyə mən özüm getdim, yəhəri atın belinə qoydum və bağladım. Uzaqdan təbil səsi eşidilirdi, xidmətçidən bu səsin nə məna verdiyini soruşdum. Xidmətçi heç bir şey bilmirdi. Onsuz da qanmazın biriydi. Bağçanın qapısından çıxanda yolumu kəsdi və:

– Hara gedirsiniz, ağa? – deyə soruşdu.
– Bilmirəm, – dedim – Sadəcə buradan çölə çıxmaq istəyirəm, yalnız buradan çölə. Yetər ki, buradan çölə çıxım, məqsədimə çatmağımın tək yolu budur.

– Yəni, məqsədinizin nə olduğunu bilirsinizmi? – deyə soruşdu.
– Bəli, – deyə cavab verdim. İndicə dedim axı. Buradan çölə çıxmaq istəyirəm. Məqsədim budur.
Davamı →

Hiylə | Anton Çexov

Qədimdə İngiltərədə ölüm cəzasına məhkum olunan cinayətkarların özlərini təcrübə məqsədi ilə anatomlara və fizioloqlara satmaq hüququ vardı. Bu yolla əldə edilən pulu bəziləri içkiyə xərcləyir, bəziləri ailəsinə verərmiş.

Qorxunc bir cinayətə görə ölümə məhkum edilən cinayətkarlardan biri bir həkimə xəbər göndərir, uzun və bezdirici bazarlıqdan sonra özünü iki peniyə satmağı bacarır. Amma həkimdən pulu alar-almaz qəhqəhə çəkib gülür.

– Niyə gülürsünüz?
– Həkim təəccüblə soruşur.
Cinayətkar deyir:
– Siz məni asılacaq bir məhbus olaraq almısınız. Amma mən sizi aldatmışam! Məni yandıraraq edam edəcəklər. Ha, ha, ha!
Davamı →

Maraqlı dialoq - Sevgilinizin qədrini bilin

  • Sevgi
Qız: Sevgilin olub?
Oğlan: Həəə..
Qız: Öpüşmüsüz heç?
Oğlan: Yoox))
Qız: Bəs necə sevgili idiz ki?
Oğlan: Mən onu həmişə xəyal edirdim… Deyirdim yəqin o qız mənimlə tanış olmaz..
Qız: Bir dəqiqə gözdə. .Siqaretinnən birdənə ver..!
Oğlan: Götür..
Qız: Məndə Kent-4 çəkirəm)) hə söhbət elə…
Ardı →