Lila

  • Kino
Hər insan öz həyatının rəssamıdır. Hansı rənglərdən daha çox istifadə edərsə həyatı da o rənglərə bürünər. Monoton həyat, sosial çətinliklər, şəxsi problemlər insan həyatını boz rəngə çevirir. İnsan özü də həyatında başqa bir rəngin olmadığına inanmağa başlayır. Ətrafındakı gözəllikləri; yaz yarpaqlarının yaşılını, payız xəzanının al-əlvan rənglərini, günəşin parlaq sarısını, göy qurşağının 7 möcüzəsini görmür və ya görmək istəmir. Günəşli gündüzlər onlara bozumtul, cansız görünür və beləcə günlər, aylar, illər ötür.

İnsanın real həyatını həbsə salmış internet və texnologiyanın da bu rəngsizlikdə rolu var. Sanki o, əlində pozan vasitəsilə insan həyatının al-əlvan rənglərini silib sadəcə boz rəngi pay saxlayır. Təbii ki, bunu hər kəsə aid etmək olmaz. Amma real aləmdən uzaqlaşmış, həyatını yalnız virtuala bağlayan insanlar da az deyil. Onlar üçün real həyat boz, virtual həyat isə rəngarəngdir. Səmalarda uçan çərpələnglər yox olub, məhəllələrdə futbol, voleybol, ortadaqaldı oynayan uşaqlar elə bil azalıb.
Davamı →

Zəncirlənmiş adam

  • Kino
Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə ağ insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar.
                                                                                                                    (Qızıldərili atalar sözü)

“Zəncirlənmiş adam” qısametrajlı bədii televiziya filminin adını oxuyanda hansısa cinayətə görə cəzalandırılmış və buna görə də zəncirlənmiş insan gözümün qabağına gəldi. Filmin gedişində yanıldığımı anladım, hətta sarsıldım. Ac qalmamaq, həyat yoldaşını və gələcək övladının həyatını təmin etmək üçün iş axtaran Alvardo sonunda Nikandro adlı varlı sahibkarın evində işləməyə razı olur. İşin nədən ibarət olduğunu bildiyimdə dəhşətə gəldim. İnsan it olacaqdı.

“Necə it olacaq?” sualı yəqin ki, hər kəsdə yarandı. Alvardo Nikandrodan ona iş verilməsini xahiş edir, pula ehtiyacı olduğunu söyləyir. Nikandro Alvardo üçün işin olmadığını dəfələrlə təkrarlayır. Bu zaman onun evini qoruyan Alfa adlı itin yerində olmadığını, öldüyünü öyrənən Nikandro Alvardonun yalvarışına “Məndə iş yoxdur. Bax it də ölüb. İstəyirsən onun əvəzinə səni işə götürüm. Hürə bilirsən?” deyə cavab verir. Burada pulun insanların həyatında paradoksallıq yaratdığının, insanın pula da öz əli ilə hazırladığı bütlər kimi sitayiş etdiyinin şahidi olursan.
Davamı →

10 ən maraqlı qısametrajlı film

  • Kino

Bəzən bir cümlə ilə fikrini izah etmək böyük bir roman yazmaqdan daha çətin olur. İstedadlı insanlar hər zaman konkret danışmağı sevir. Bəlkə də məhz bu səbəbdən son zamanlar qısametrajlı filmlər daha çox sevilir və ən böyük mükafatlara layiq görülür.

«Həqiqət»
Tom Tikverin ssenarisi əsasında çəkilmiş 7 dəqiqəlik kiçik süjet ilk dəqiqədən izləyicinin diqqətini çəkir. Kiçik hissə «Paris, mən səni sevirəm!» filmindən götürülüb. Film gənc aktrisanın telefonda sevgilisinə «Yazımız gözəl idi, amma yayımız geridə qaldı!» deməsi ilə başlayır. Filmdə kor fransız və gənc aktrisanın reallıqla dolu, çılğın sevgisinə şahid oluruq. «Mən səni görürəm!», — deyir kor aşiq. İzlədikcə: «Korlar da görə bilərmi?», — deyə bir sual yaranır. Həqiqət isə budur ki, biz sevdiyimiz insanları hər zaman görürük.


Ardı →

Özündən 91 sm uzaqda

  • Kino
91 smÖzümüzdən nə qədər uzağıq? Hansı özümüzük, hansı başqası? Biz kimik və nə qədər özümüzük?- bütün bu suallar sadəcə qısametrajlı bir filmdən sonra yarandı.

13 dəqiqəlik, ilk 5 dəqiqəsində darıxdırıcı təsir bağışlayan qısametrajlı film, sonda bir yığın sualla baş-başa qoyur insanı.
Özündən 91 sm uzaqlıqda yaşamağa çalışan bir şizofrenin həyatla mübarizəsi. Və bu «mübarizənin» bizə xatırlatmağa çalışdıqları. 

Bir gün oyansaq və özümüzü görməsək, özümüz olmaq üçün etmədiyimiz hər şey üzləşmək istəsə bizimlə cavabımız nə olar? Günahkar yenə zaman və başqalarıdırmı?

Hər gün nə qədər uzaqlaşırıq özümüzdən? Bəs biz nə qədər uzağıq özümüzdən?!
İzlədikdən sonra sual burulganına düşəcəyiniz qısametrajı bir film…
Ardı →