Qız bürcü haqqında

Qız bürcü altında doğulan insanlar təmənnasız olub imkanları və gücləri çatan dərəcədə başqalarına kömək edirlər. Qızlar çalışqan və hörmətlidirlər; oniar adətən daha təmizkar, səliqəlidirlər və başqa insanlara nisbətən daha sağlam həyat tərzi keçirirlər, çox səbirlidirlər. Bununla belə, Qızlar Zodiak bürcləri arasında ən pis ad (reputasiya) qazanıblar. Demək olar ki, hər bir insanın zəhləsi getdiyi bir öz Qızı var. Nəyə görə?. Qızın bütün xarakter əlamətləri Merkuri planeti ilə şərtlənib. Merkuri böyük deyil, cəld və ağıllıdır, lakin çəkisinə və həcminə görə o qədər də əhəmiyyət kəsb etmir, emosional baxımdan qurudur. Merkurinin bütün adamlarına, o cümlədən Qızlara eyni xüsusiyyətlər xasdır. Onlar həmişə ən xırda təfərrüatları görürlər, cəldlik və ağıl sayəsində müşahidəçi və nüfuzedici olurlar. Qızlar əşyaların quruluşunu, onlarla rəftan öyrənməyə can atırlar. Sonra. onlar bir işi ən yaxşı tərzdə görmək üçün zəruri olan vərdişlərə yiyələnmək naminə təcrübə keçirlər., Hər şeyi yaxşı yerinə yetirmək üçün səbir lazımdır, Qızlarda isə səbir və dözüm kifayət qədərdir.
Davamı →

Qız bürcünün xarakteri

Ulduzlar sistemində 6-cı yeri tutan Qız bürcü təxminən avqustun 24-dən sentyabrın 23-nə qədər (30 gün) olan dövrü əhatə edir. Bu zodiak işarəsi Göy qübbəsində 1290 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 95 ulduz daxildir. Hətta səmada ən parlaq obyektlərdən hesab olunan Spisk ulduzu da məhz Qız bürcündədir. Hərarəti təxminən 20 min dərəcə olan bu ulduzun kütləsi Günəşinkindən 15 dəfə çox, işıqlılığı isə 740 dəfə güclüdür.
Qız bürcünə himayədarlıq edən Merkuri astronomik hesabla birinci planet sayılır. Onu qədim Roma Allahı Merkurinin şərəfinə belə adlandırıblar. Bu planet ticarət və alış-veriş işlərinə böyük təsir göstərir, eləcə də idmanın inkişafında əhəmiyyətli rol oynayır. Qədim dövrlərdə Merkurini ölmüş insanların ruhu, yeraltı aləmin hakimi hesab edirdilər. Onun radiusu 2440 km, elementi torpaq, tərkibi quraqlıq, xarakteri isə soyuqluqdur.
Davamı →

Qız bürcü

Bu bürcdə doğulan şəxslər ciddi və ləyaqətlidirlər. Təvazökarlıq onların xarakterinin ən gözəl xüsusiyyətidir. Qızın çox gözəl davranış qaydaları vardır. Onlar özlərini məclislərdə, cəmiyyət qarşısında əsl xanım və ya cənab kimi aparırlar.


Ardı →

Qız (24 avqust-23 sentyabr)

Yer işarəsidir. İşgüzar zəkaya, dərin xarakterə malikdir. QIZ işarəsi reallıq, məntiq, aydınlıq, şəffaflıq işarəsidir. Bu işarə altında dünyaya gələnlər hər şeydə aydın davranış xətti. Dəqiqlik olmasını tələb edirlər. Nadir hallarda ehtirasa qapılırlar. Qayda-qanuna, səliqə-sahmana məhəbbət bəzən onlarda eybəcər şəkil alır. Demək olar həmişə aydın, analitik zəkaya malikdirlər,yaxşı işçidirlər. Siyasət, iqtisadiyyat və elm ilə məşğul olmağa qabildirlər. Biliklərini daim dərinləşdirməyə və genişləndirməyə çalışırlar. Adətən uzun ömür sürürlər. Hörmət qazanırlar, lakin vasvası və xırdaçı olduqlarından adamlarla tez-tez savaşırlar.
Ardı →

Qız bürcü

Bu dövr məhsul yığımı vaxtına təsadüf etdiyinə görə misirlilər QIZ bürcünü əlində dərz tutmuş gözəl qız şəklində təsvir edirdilər. Naqada tayfasının (Şərqi İndoneziya) miflərində QIZ baş ilahələrdən biri idi. Rəvayətə görə, hər il torpaq ilahəsi Nitanı yağışla isladırmış. Nepalda da QIZA sitayiş edirlər. Orada «qızı ucaltmaq» mərasimi vardır. Mərasim avqustun axırlarında Katmandu yaxınlığındakı məbəddə keçirilir. Xüsusi düzəldilmiş meydanda qırmızı çadır qurur, şeypurların və barabanların sədaları altında rahiblərin müşayiəti ilə 10-12 yaşlı qız uşağı gətirirlər. Bu andan o, baş ilahə, saflıq və bakirəlik mücəmməsəsi sayılır. Bir il ona səcdə edilir, ehtiram göstərilir, adamlar yanına gəlib tövbə edir, qurbanlar verirlər. Bir ildən sonra yenisi seçilir. QIZIN gücünə və qüdrətinə inam, onunla bağlı mərasimlər və ayinlər Tibetin və Hindistan yarımadasının bir çox xalqlarına xasdır. Onlar əmin idilər ki, bakirəlik QIZA bəsirət və gələcəyi görmək qabiliyyəti bəxş edir.


Ardı →