Dadlı kartof qızartması üçün 5 məsləhət

Kartof qızartması çox asan hazırlanan yemək növüdür. Amma nədənsə hər kəsdə dadlı alınmır, istədiyimiz kimi qızarmır və xırt-xırt olmur. Bəs katrofun dadlı olmasını üçün nə etmək laızmdır?

Kartof seçimi
İlk növbədə seçdiyiniz kartofların keyfiyyətli olmasına diqqət edin. Yaşıl olmayan, yumşalmamış və qızıl rəngində olan kartofları seçməyə çalışın.

Soyuq və sirkəli su
Kartofları suda saxlayanda içərisindəki nişasta yavaş-yavaş tökülür və tərəvəz yumşalır. Bu, kartofların yaxşı qızarmasına mane olan başlıca amildir. Odur ki, kartofları buz kimi suyun içinə atın və bir-iki damcı sirkə əlavə edin.

Soda əlavəsi
Sodanın kartof qızartmasını daha dadlı etdiyini bilirdiniz? Bunun üçün soda və duzu suya töküb qarışdırın. İçinə kartofları da atıb 30 dəqiqə gözləyin. 30 dəqiqədən sonra sonra süzüb qızartmağa başlayın.
Davamı →