Uşaqlarda hərarətin yüksəlməsi zamanı nə etməli

1 yaşınadək olan uşaqlarda termorequlyasiya prosesi (bədəndə olan istiliyi ətraf mühitə vermək) yaxşı inkişaf etmədiyi üçün, onların temperaturu bəzi hallarda sadəcə olaraq, məsələn, onu havaya uyğun olmayaraq isti geyindirdikdə və ya axşam yatarkən həddindən artıq isti bürüdükdə qalxa bilər. Bu halda, temperaturu aşağı salmaq üçün uşağı, sadəcə olaraq, bir qədər yüngül geyindirmək lazımdır.
Bir qədər yuxarı yaşlarda olan uşaqlarda temperaturun yüksəlməsi, uşaq həddindən artıq hərəkətli olduqda — qaçdıqda, atılıb-düşdükdə, çox tərlədikdə baş verə bilər. Bu halda uşağı bir yerdə otuzduraraq ona istədiyi qədər su vermək və sakitləşdirmək lazımdır. Bir qədər keçdikdən sonra isə onun temperaturunu bir daha ölçün. Əgər hərarət enibsə, demək narahatçılıq üçün bir səbəb yoxdur.                                                                            
Davamı →

Qızdırmanı salmaq üçün bu üsuldan istifadə etməyin!

Yüksək temperaturu aşağı salmaq üçün uşaqları sirkə, aspirinli, buzlu və ya soyuq su ilə yuyundurmaq və ya dəriyə sürtmək çox zərərlidir. Bununla bağlı Türkiyənin Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Yaqub Aslan açıqlama verib.

Türkiyəli mütəxəssis yüksələn temperatura həssas yanaşılmasının vacib olduğunu bildirib. «Xüsusən də, temperatur 38 dərəcəni keçəndə valideynlər diqqətli olmalıdır. Qusma, ishal, ümumi vəziyyəti normal olan, qidalanmasında problem olmayan uşaqlarda 38 dərəcədən yüksək temperaturu endirmək üçün ilıq su kompresi edilə bilər.
Davamı →

Qızdırmanı salan təbii vasitələr

Qızdırma qalxdıqda dərhal kimyəvi preparatlara üz tutmayın. Hərarət çox yüksək deyilsə (38,5 C) təbii vasitələrdən istifadə edin. Sizə ən effektli təbii qızdırma salan vasitələri təqdim edirik.

1. Moruq
Moruq mürəbbəsi, təzə, dondurulmuş və ya qurudulmuş moruq, moruğun yarpaqları və qabığı çox effektli təbii qızdırma salan vasitədir. Moruğun tərkibində çoxlu miqdarda asetilsalisil turşusu (biz bu turşunu «aspirin» kimi tanıyırıq) var. Asetilsalisil turşusu ən güclü hərarətsalan maddələrdir biridir. Moruq mürəbbəsini çaya əlavə edin, meyvələrdən, yarpaqlardan və qabıqdan dəmləmə hazırlayın.

2. Cökə ağacının çiçəkləri
Çökə ağacı də qədim zamanlardan qızdırma salan, iltihabəleyhinə vasitə kimi istifadə olunur. 1 x.q. cökə ağacının çiçəklərini 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün, adi çay kimi için.
Davamı →

Körpənizin qızdırması varsa

Uşaqlarda yüksək qızdırma olanda valideynlər təşvişə düşür və müxtəlif yollarla temperaturu aşağı salmağa çalışırlar. Bu zaman qızdırmasını qətiyyən spirtli kompreslərlə endirmək, yaxud üstünü möhkəm örtmək və qalın geydirmək olmaz. Çünki belə etdikdə uşağın temperaturu daha da yüksəlir.
Qeyd edək ki, 37.4, 37.9 dərəcəli temperatur təhlükəli sayılmır, lakin 38.0, 39.9 dərəcəyə çatırsa, demək, bədəndə qızdırma var. Əgər temperatur 40.0 dərəcədən yuxarıdırsa, mütləq həkimə müraciət etmək lazımdır.

Qızdırmanı salmaq üçün nə etmək olar?
Körpəniz üçaylıqdan kiçikdirsə, həkimə müraciət edin. Lakin bu zaman körpənin üstünü açaraq gözləyin və15 dəqiqə sonra yenidən qızdırmasını ölçün. Qızdırma 39 dərəcə olduqda həkimlə məsləhətləşin. Həmin anda temperaturu salmaq üçün uşağa ilıq duş qəbul etdirin və ya islanmış dəsmalla kompress edin. İlıq duş qəbul etdirərkən onu 15-20 dəqiqə suyun içində oturdun, arxaya doğru uzanmasına icazə verməyin. Suyu uşağın başından aşağı tökməyin, süngəri isladaraq, bədəninin ətrafında gəzdirin.

Dərmanla müalicə
Parasetamol tərkibində aspirin olmayan aktiv maddədir. Aspirindən heç zaman qızdırmadüşürücü kimi istifadə etməyin. Parasetamol 4-6 saatdan bir verilməlidir. Əgər qızdırma parasetamolu verdikdən sonra 38.5 dərəcəyə enərsə, dərmanın vermə müddətini 4 saatdan 3 saata endirmək lazımdır.
Üç aylıqdan kiçik olan körpənin qızdırması varsa, mütləq həkimlə məsləhətləşin və özbaşına dərman verməyin. Qızdırma yüksəlirsə və artıq nəzarət də etmək mümkün deyilsə, uşağı təcili xəstəxanaya çatdırın.


Ardı →

Qızdırma

Qızdırma xəstəlik deyil, əksinə fərqli xəstəliklərin əlaməti kimi meydana çıxır. Bədən hərarətinin yüksəlməsi elə də qorxulu bir hal deyil. Əksinə temperaturun yüksəlməsi bədənin reaktivliyinin (yəni zərərli maddə və ya mikroorqanizmlərə qarşı reaksiya qabiliyyəti) güclü olmasını göstərir. ızdırma haqqında bədən temperaturunun 38°C-dən yüksək olması zamanı danışılır. Temperaturun ən düzgün təyin etmə üsulu onun düz bağırsaqda, qulaqda və ya ağız boşluğunda ölçülməsidir.
Ardı →