Adsız insanlar .

...
Balaca bir qəbir var məzarlıqda:
Nə bir yazısı var, nə də bir şəkil.
Qəbir indi olar otuz yaşında,
Torpaqaltdakında olmaz bircə il.
Hamilə görürtək soraq məzardan
Görən qarnındakı oğlandı ya qız?
Heç kəsə sormadan köçüb dünyadan
Hansı bir ananı qoyubdur yalnız?
Görən bilirdimi o, öz adını? 
Nə qədər sevirdi ananı görən?
Hiss etdi həyatda tək süd dadını
Dünyanın dərdini dadmadan köçən.
...
Bir cəsəd tapılıb sübh erkən çağı
Hansısa bir evsiz ölübdür dünən.
Üfunət qoxusu alıb hər yanı:
Yoxsulluq qarışıb meyit iyiylə.
Bir məzar qazdılar nə təhər gəldi.
Tez-bazar qoydular adsız baş daşı.
Onun ölməyi də heç fərq etmədi:
Nə namaz, nə hüzür, nə ehsan aşı.
...
İki adsız məzar var məzarlıqda.
İki daş yığını «bəlkə»ylə dolu.
Sualsız cavablar torpaq altında.
Cavabla dolaraq, yer qozbel olur.
Bəlkə istəmirlə həyatı bütün?
Bəlkə xoşbəxtlərmiş həyatda onlar?
Bəlkə ad günüdü onların bugün? 
— Ad günün mübarək adsız insanlar.

Cavidan Hacıyev

Davamı →

Qəbirdə yaşayan adam


O, artıq 15 ildir ki, qəbristanlıqda yaşayır. Məzarlar məkanı doğma yeri, həmin qəbirlərdən biri isə evidir.Vaxtilə inşaatçı işləmiş 43 yaşlı Bratislav Stoyanoviç evsiz qalandan sonra qəbristanlığa köçüb.

Ardı →

Məzarı açmaq

Məsələ 648: Müsəlmanın qəbrini açmaq, uşaq və ya dəli olsa belə, haramdır. Amma bədəni çürümüş və torpaq olmuşdursa, eybi yoxdur.
Məsələ 649: İmamzadələrin, şəhidlərin, alimlərin və salehlərin qəbrini xarab etmək, illər keçmiş olsa və bədənləri aradan getmiş olsa da, hörmətsizlik sayılsa belə, haramdır.


Ardı →

Qəbirdə bizi qoruyacaq əməllər

Abu Hureyra (r.a)-dən rəvayət olunurki, peyğəmbər (s.a.v) demişdir:
“Həqiqətən cənazəni torpaqa basdırdıqdan sonra, o onu tərk edib gedən insanların ayaq səslərini eşidəcəkdir. Əgər o mömin olubsa, onun namazı onun başı üzərində yerləşəcək, onun orucu ondan sağda yerləçəcək, zəkatı onun sol tərəfində yerləşəcək, və onun sədəqə, nafilə namazı, xeyrxahlıqı və insanlarla gözəl rəftar etmə kimi saleh əməlləri onun ayaq tərəfində yerləşəcək.

Ardı →