"Yaşıl yol"un real qəhrəmanı

George Stinney Jr.George Stinney Jr. ABŞ-da 20-ci əsrdə ölümə məhkum edilən ən gənc insandı. Elektrik stuluna bağlanıb edam edildiyində cəmi 14 yaşı varıydı.

Məhkəmə vaxtı, öldürüləcəyi günə qədər günahsız olduğunu deyib həmişə əlində bir İncil daşıdı. 11 yaşlı Betty və 7 yaşlı Mary adlı qızları öldürməkdə günahlandırılırdı. Səbəb isə sadəcə onların öldürüldüyü evin yaxınlığında tapılmasıydı.

Məhkəməsindəki bütün jürilər ağdəriliydi. Məhkəmə cəmi 2 saat çəkdi və cəza cəmi 10 dəqiqə sonra verildi. Heç bir tərəddüd edilmədən. Öldürülməzdən öncə George hələ cəmi 14 yaşındaykən valideynlərini görmədən 81 gün keçirtdi. Ailəsiylə təmas qurması qadağan olunmuşdu.
Davamı →

XX əsrin ən qəddar adamları

Ginnesin rekordlar kitabında «XX əsrin ən amansız» canisi 1949-cu ildə anadan olan Pedro Alonso Lopes hesab edilir. Ekvadorda, Kolumbiyada, Peruda 300 azyaşlı (10 yaşdan az) qız uşağını öldürdüyünü boynuna alan bu cinayətkar, öz əməllərini 1973-cü ildən 1980-ci ilin mart ayınacan törətmişdir. Onun etirafından son­ra meyitlərin yalnız 53-nü tapmaq mümkün olub.

Həmin dövr üçün ən qorxulu canilərdən biri də (Ginnesin rekordlar kitabına gö­rə) alman seksual manyakı, 1909-cu il təvəllüdlü Bruno Lyudkedir. Lyudke etiraf edib ki, 1928-ci ildən 1943-cü il yanvarın 29-na qədər 85 qadın öldürüb. Lyudke 1944-cü il aprelin 8-də Vyanada edam olunub.


Ardı →

Oğraşlıq nümunəsi

Qapını döyən şəxs həyəcanla: “Həkim, qardaşım ağır xəstədir, dərhal həkim müdaxiləsinə ehtiyac var.“
“Həkim, həkim“, — deyə bir səs eşidildi. Gecənin səssizliyini pozan bu səsdəki həyəcan və qorxu açıq-aydın hiss olunurdu. Qapının zəngini çalan şəxsə bir nəfər söykənmişdi, xəstə və ya yaralı olduğu bəlli idi. Qapının zəngini dəfələrlə çaldı. Bir tərəfdən də xəstəni başqa bir həkimin yanına aparmaq məqsədi ilə yoldan taksi keçib-keçmədiyinə baxırdı. Bu vaxt dəmir qapı açıldı. Qapıda dayanan adam gözlərini ovuşduraraq, gözlüklərini taxdı:
Davamı →