Roma imperiyasının yaranması və süqutu

Yuli Sezar və onun Romada hakimiyyəti zəbt etməsi. Spartak üsyanı yatırıldıqdan sonra Romada hakimiyyət uğrunda mübarizə gücləndi. Mübarizə, əsasən, sərkərdələr Krass, Pompey və Yuli Sezar arasında gedirdi. Konsulluq müddəti bitdikdən sonra Yuli Sezar Qalliya əyalətinə canişin təyin edildi. Qalların müqavimətini qıran Sezar bütün Qalliyanı tabe etdi. Bundan sonra o, həm də Romada hakimiyyəti ələ keçirmək fikrinə düşdü. E.ə. 49-cu ildə Sezarın qoşunları Roma üzərinə hərəkət etdi. Sezarı ya Roma üzərində hakimiyyət, ya da rüsvayçı qətl gözləyirdi. O, «Püşk atılmışdır!» deyib, irəlilədi. Sezara qarşı hərəkət edən senat qoşunlarına Pompey başçılıq edirdi. Sezar o qədər cəld hərəkət etdi ki, Pompey müdafiəni təşkil edə bilmədi. Sezarın qoşunları müqavimətə rast gəlmədən Romanı və bütün İtaliyanı tutdu.
Davamı →

Qədim Romanın inkişafının xarakterik cəhətləri

Qədim Roma rəvayətə əsaslanaraq b.e.ə.754\753 yaradılmışdı, sonralar Apennin yarmadasını b.e.ə. III əsrdə –  Aralıq dənizinin sahillərində dövlət və buə razı Qərb və şimali-şərq Avropanın bir hissəsi kiçik Asiya, Şimali Afrika sahilləri, Suriya, Fələstini əhatə etmişdi. Roma tarixi əsas etibarı ilə 3 mərhələyə bölünür:
  1. Çar dövrü (754\753-510-509 b.e.ə.)
  2. Respublika (510-509-30 b.e.ə.)
  3. İmperiya (30 b.e.ə  — 476.b.ə.) Bu mərhələdə üç əsas qism: prinsipat (30 – b.e.ə. – 193 b.e.) böhran (193- 284) və dominat (284-476).

İlk dövrdə əhalinin bir hissəsinin tam hüquqa malik olanlar patrisiyalılardır, əhalinin qalan hissəsi- plebey adlanırdılar. Patrisiyalılar və plebeylər arasında olan fərq və mülki və sosial qeyri- bərabərlik nəticəsində yeni forma sosial münasibətlərdə yaranmışdı – klientela. Xalq toplantıları (yıgıncaqlar) kuriya1 əsasında aparılırdı, və onlarda yalnız patrisiyalar iştirak edə bilərdilər. Rəvayətə görə ilk dəfə Romul tərəfindən senat yaradılmışdı.
Davamı →

Romanın respublika və imperiya dövrü diplomatiyası

İtaliyanın işğalı Romanı Aralıq dənizi regionunun qüdrətli dövlətinə çevirmişdi. Romanın beynəlxalq əlaqələrində Misir, Suriya, Parfiya və Karfagen mühüm yer tuturdu. Karfagen şəhəri ilə iqtisadi əlaqələr hələ e.ə. IV əsrdən başlamışdı. Siciliya, Sardiniya və Korsikanı tutduqdan sonra Karfagen tacirləri tez-tez Romaya gəlirdilər. Onların gəmiləri Romanın başqa ölkələrlə ticarətində də iştirak edir, Romaya Karfagen tacirləri xəz, gön, fil sümüyü, meyvə, şərab, ağac məmulatı, şüşə, güzgü, boya, əlvan parçalar və s. gətirir, Romadan isə mal­qara, taxıl, duz, yağ, zeytun yağı və s. aparırdılar. E.ə. 273-cü ildə Misir padşahı Ptolomey Romaya elçi göndərərək “İttifaq və dostluq” yaratmağı təklif etmiş, Roma da cavabında oraya nümayəndəlik göndərmişdi.
İtaliyanın işğalının başa çatması, Kapuya, Tarent, Neapol, Brundiziya və s. liman şəhərlərinin tutulması romalılarının dəniz ticarətinin genişləndirməsinə şərait yaratmışdı. Romalılar öz müttəfiqlərinə və tabe edilmiş şəhərlərə bilavasitə xarici ölkələrlə iqtisadi əlaqə saxlamağı qadağan etmişdilər. Xarici əlaqələrin saxlanılması Roma dövlətinə məxsus idi.


Ardı →

qədim İtaliya tarixi

Avropanın cənubunda Aralıq dənizinə doğru uzanan Appennin yarımadasını qədim dövrlərdən yunanlar İtaliya adladırmışlar ki, tərcümədə «Buzovlar ölkəsi» deməkdir. Yarımada İoniya, Tirren və Adriatik dənizləri iləəhatə olunur, Italiyaya Siciliya, Sardiniya və Korsika kimi böyük adalar da buraya daxil edilir. 
Romanın hərbi demokratiya və padşahlıq dövrü sinfi cəmiyyətə xas amillərin meydana gəlməsi ilə xarakterizə olunur. Bununla bərabər, nəsli quruluşun qalıqları da uzun müddət davam etmişdi ki, bu özünü xalq yığıncağı vasitəsilə idarəçilikdəəks etdiridi.  Romada 300 qədim nəslin olduğu məlumdur. Hər 10 nəsil bir kuriyada birləşirdi. 10 kuriya isə bir tribanı (tayfanı) təşkil edirdi. Beləliklə, Romada 3 triba olmuşdu ki, hər triba bir tayfanı təşkil edirdi. 300 qəbilə (üç tayfa ittifaqı) Roma xalqını (populus Romanus) təşkil edirdi. Romanın idarəçiliyi xalq yığıncağı (komissiyalar), senat və reks (padşah) tərəfindən həyata keçirilirdi ki, ən qədim Romada bu üç hakimiyyət orqanı mövcud idi. Romalılar hələ qədim dövrlərdən bütün mühüm işləri xalq yığıncaqlarında (comitia) həll edirdilər. Senatda əvvəlcədən baxılan məsələlər rəsmən xalq yığıncağında qəbul olunurdu.
Romada quldarlıq münasibətlərinin və dövlətin yaranması nəticəsində tədricən keçmiş qəbilə quruluşuna əsaslanan idarə sistemi də öz formasını dəyişərək dövlət hakimiyyətini idarə sisteminə çevrilmişdi.


Ardı →

Roma demokratiyasının dirçəlişi

Orta əsrlərdə Şimali İtaliyada yaranan şəhər-dövlətlərindən Venesiya daha çox Qədim Roma Respublikasını xatırladırdı. Qədim Roma Respublikası V əsrdə süquta uğradıqdan sonra antik demokratiya (öz vətəndaşlarının da iştirakını nəzərdə tutan dövlət idarəetmə sistemi) siyasi səhnədən yox edilsə də, tarix səhnəsində qalmaqda idi. Roma demokratiyasının ənənələri İtaliya ərazisindəki azsaylı tayfaların idarəetmə sistemi olaraq qalırdı. Təxminən 1100-cü illərdə Şimali İtaliyanın bir çox şəhərlərində xalq hakimiyyətləri yenidən ərsəyə gəlməyə başladı. Bu, Şimali İtaliyanın kiçik şəhər-dövlətlərində baş verirdi. Dünyaya «respublika» ixtirasını bəxş etmiş italiyalılar öz əlləri ilə boğduqları «xalq hökumətlərini» yenidən qururdular. Şimali İtaliyanın şəhər-dövlətləri qədim Ellada və Roma dünyasının siyasi ənənələrini yenidən həyata qaytarırdılar. Bu "şəhər-respublikalar" (Florensiya, Venesiya, Genuya, Piza və s.) arasında Venesiya özünəməxsus xüsusiyyətləri ilə bərabər daha çox Qədim Romanı xatırladırdı.
Ardı →

Qədim Roma dövləti

Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. 3 əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), İmperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Onun əsas qüvvəsi koqorta və manipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı.


Ardı →

Qədim Roma mədəniyyəti

Roma Qədim Yunanıstandan sonra antik dünyanın ən böyük quldar dövləti olmuşdur. E.ə. I əsrdə Balkan yarımadası və Kiçik Asiya ölkələri Roma imperiyasının tabeliyində olduğuna görə Roma mədəniyyətində yunan mədəniyyətinin güclü təsiri müşahidə olunur. E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu.
Göy cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun həmyerlisi Heron isə (e.ə. 1-ci əsr) tətbiqi mexanikaya, həndəsi optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur “Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat verdi.
Ardı →

Qədim Roma mədəniyyəti

Roma şəhəri eramızın ilk əsrlərində. Roma Aralıq dənizi sahillərində olan ən böyük şəhər idi. Onu «əbədi qızıl şəhər», ya da sadəcə, «şəhər» adlandırırdılar. Eramızın ilk əsrində burada bir milyon əhali yaşayırdı. Şəhər Tibr çayının hər iki sahilində yerləşirdi. Buraya dağ bulaqlarından 11 kəmərlə öz axarı ilə su gətirilirdi. Sezardan başlayaraq Roma forumu ətrafında abidələr ucaldılır, məbəd və saraylar tikilirdi. Roma imperatorlarının heykəli qoyulurdu. Trayan Dunay qələbələrinin şərəfinə Forumda 40 metr hündürlüyündə sütun ucaltmış, onun üstündə özünün heykəlini qoydurmuşdu.

Romanın ən əzəmətli və gözəl binalarından biri I əsrdə tikilmiş Kolizey (latınca «kolosseus» «böyük», «iri» demək idi) 50 min tamaşaçı tutur, burada qladiator döyüşləri keçirilir və tamaşalar göstərilirdi. Roma şəhərinin ən gözəl memarlıq abidələrindən biri Panteon (bütün allahların məbədi) indiyə kimi qalır. Məbəd kümbəz formasında tikilmişdi. Romada zəfər tağları (triumf) geniş yayılmışdı. Triumf zamanı imperatorlar bu tağların altından keçirdilər. Əvvəllər adi bazar olmuş Forum paytaxtın ən gözəl yerinə çevrilmişdi. Onun yaxınlığında Palatin təpəsi yerləşirdi. Burada imperatorların mərmərdən gözəl sarayları yerləşirdi. İmperatorların saraylarının yaxınlığında quldarların evləri var idi. Onların evlərinin divarları freskalarla bəzədilir, döşəmələri mozaika ilə örtülürdü. Otaqlarda bəzəkli mebellər, həyət və bağlarda gözəl heykəllər qoyulurdu. Varlı romalılara xidmət edən qullar içərisində savadlı həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi. Varlıların alaqapısında it yerinə qul zəncirlənirdi.


Ardı →