Çəqanə | Musiqi alətləri

Kamanla çalınan dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir.

Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur.

Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır. Dayaq rolunu oynayan uzun dəmir şiş çanağın alt hissəsindən keçərək qol ilə çanağı birləşdirir.
Davamı →

Səntur | Musiqi alətləri

Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır.

Əfsanəyə görə, Davud peyğəmbər bir sıra musiqi alətlərinin, o cümlədən sənturun yaradıcısı olmuşdur.

Səntur haqqında R.Yektabəy yazır:«Bu çalğı aləti çox qədim olub, „Tövrat“da „psanterin“ adlandırılır. Səntur kəlməsi bunun başqa bir şəklidir».
Davamı →

Çoğur | Musiqi alətləri

ChoğurTarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir.

Ehtimal ki, çoğur «haqqı, allahı çağırmaq üçün istifadə edilən musiqi aləti» mənasını verir. Bu sözün dilimizdə işlənən "çalçağır" ifadəsindən törənməsini və sonralar "çoğur" kimi formalaşmasını da güman etmək olar. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən «Cahanarayi Şah İsmayıl Səfəvi» salnaməsində bu barədə deyilir. "...

Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türküvarsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Əli Rza Yalçının «Cənubda türkmən çağları» əsərində çoğurun 9 teli, 15 pərdəsi və gözəl səs tembri olmasından söz açılır. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Ancaq çoğurun başqa növləri Qafqazda, eləcə də İraq türkmanları arasında dövrümüzə qədər gəlib çatmışdır.
Davamı →

Rud | Musiqi alətləri

RudQədim simli çalğı alətidir. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur:

Müğənni, çal rudu, gəl dadıma çat,
Məni bu amansız yuxudan oyat.
Bəlkə, rudun səsi axar çay kimi
Dincəltsin susamış yanar qəlbimi

Əbdülqadir Marağai risaləsində rud barədə yazır:
«Rud xani: onun səthinin yarısına kimi dəri çəkilir, qoluna pərdələr bağlanılır. 4 simli olur. İstifadə qaydası qədim uddakı kimidir».

Əsasən, saray çalğı aləti sayılan rud XVI-XVII əsrlərə kimi Azərbaycan ərazisində istifadə olunub. Araşdırmalardan məlum olur ki, rudun ilk nümunələrinin çanağı balqabaqdan, simləri isə ipək sapdan və yaxud bağırsaqdan hazırlanıb.
Davamı →