Şamanlardan bizə qalan adətlər

Körpənin göbək ciyəsini basdırmaq
Altay türkləri uşağın göbək ciyəsini ağac qabığına dolayıb evin/çadırın yaxınlığında basdırırdılar. Hazırda da davam edən bu adət Umay kultu ilə əlaqəli idi. Qədim türklərdə Umay uşaqları qoruyan tanrı hesab olunurdu. Bu, həm də göbək ciyəsinə verilən ad idi. Qazax və qırğız qadınlar toplu şəkildə göbək ciyəsini basdırır və ətrafında buxur yandırırdılar.

Davamı →

Duxa türkləri kimlərdir

Türk etnosunun ən qədim izlərini özündə barındıran, hal-hazırda dili və kültürü məhvolma təhlükəsi ilə üzləşən, “maral adamlar” deyə tanınan duxalar təxminən 500 nəfərdən ibarət  yarımköçəri türklərdir. Duxalar Monqolustanın şimalında Tuva Respublikası ilə həmsərhəd olan Xövsgöl əyalətinin Tsaaqan-Nuur bölgəsində yaşayırlar. Onların bir qismi Xövsgöl əyalətinin şimalında, bir qismi Tsaaqannur qəsəbəsində və bir qismi isə tayqalarla əhatələnmiş meşəlik bölgələrdə yaşayırlar.

Davamı →

Qədim türklərin tanrılar və dünya modeli barədə təsəvvürləri

Hər bir xalqın tarixi əfsanələrdən və onun tapındığı inanc sistemindən başlayır. Biz Şumer, Misir, Qədim yunan, Çin, Hindistan kimi sivilizasiyaların tarixini və mifologiyasını yaxşı bilirik. Bunları orta məktəb dərsliklərində, müxtəlif kitablarda oxumuşuq. İslam və xristian mifologiyası da bizim məişətimizin ayrılmaz hissəsidir. Əksər türk xalqları kimi, azərbaycanlılar da öz inanc sisteminə görə İslam dünyasına mənsubdur.
Davamı →

GÖYTÜRK XAQANLIĞI və onun varisləri

VI əsrdə türklərin tarixinə şanlı səhifələr yazan Göytürk xaqanlığı yarandı. Təxminən 500 il ərzində göytürklərin dövlətçilik ənənəsini UYĞUR DÖVLƏTİ, uyğurlardan sonra isə OĞUZ DÖVLƏTİ davam etdirdi. 
Böyük Hun imperatorluğunun dağılmasından sonra Şimali Çinin düzənliklərində türk tayfalarının yaratdığı Jujan dövləti mövcud idi. 552-ci ildə Jujan dövlətinin tabeliyində olan Bumın xaqan özünü «il xaqan», yəni elin hökmdarı elan etdi. O, jujanlara qalib gəlib Göytürk dövlətinin əsasını qoydu. Ötükən şəhəri paytaxt oldu. «Türk» sözünün mənası möhkəm, güclü deməkdir. Bumın xaqan qədim türklərin çox nüfuzlu Aşina qəbiləsindən idi.
Davamı →

Qədim Türklərin tarixi

Qədim türklərin ilk məskənləri. Türklərin yaşadıqları ərazilər şimalda Sibirdən cənubda Himalay dağlarına, şərqdə Xinqan dağlarından qərbdə Xəzər dənizinə və Ural dağlarına qədər olan torpaqları əhatə edir və Böyük Türküstan adlanır.
Türklərin ən qədim tarixi arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələri əsasında öyrənilmişdir. Özbəkistan və Türkmənistan respublikaları ərazisində Daş və Tunc dövrünə aid yaşayış məskənləri aşkar edilmişdir. Bunlardan biri Namazqan yaşayış yeridir. Burada möhrədən evlər, metaləritmə kürələri və qəliblər, tunc oraqlar, bıçaqlar, ox ucları, bəzək əşyaları, dən daşları, boyalı qablar, gil qadın fiqurları və s. tapılmışdır.
Davamı →

Bilgə xaqan

TÜRKƏ TÜRK OLDUĞUNU ANLADAN HÖKMDAR
Göytürk xaqanlığını quran Kutluk Kağanın böyük oğlu olan Bilgə xaqan atası öləndən sonra qardaşı Kül Təkinlə birgə əmisi Kapağan xaqanın yanında vəzir Tonyukukun himayəsi altında böyüdü. 14 yaşında ikən əmisi tərəfindən şah təyin edilən Bilgə xaqan vəzir Tonyukukun komandanlığı altında olan Göytürk dövlətinin Qərb orduları komandanlığına göndərildi. İnal xaqanla birgə Altayları aşaraq Qərbdəki bir çox əraziləri dövlətin ərazisinə qatan Bilgə xaqan bu səfərləri zamanı özünü ən bacarıqlı bir sərkərdə kimi göstərdi. Demək olar ki, bütün döyüş səfərlərində qardaşı Kül Təkin də onunla idi. Müsəlmanlığı qəbul etmiş türklər və digər Asiya xalqları ilə Bilgə xaqanın ilk görüşü isə 701-ci ildə baş verdi.
Davamı →

Qədim Türküstan

Türküstan qərbdə Ural və Xəzər dənizindən, sərqdə Altay və Çinə qədər, simalda Tomsk və Tobolskdan, cənubda Iran və Əfqamstana qədər olan ərazini əhatə edir.
Mərkəzi Asiyada (Türküstanda) yaşayan əhali akinçilik və maldarlıqla məşğul olurdular. e.ə. II minilliyin sonu — I minilliyin I yansında türk tayfalarının köçü və yerdəyişmələri baş verdi. Köçun məqsədləri:
► Yeni otlaq sahələri ələ keçirmək
► Yadelli işğallarını aradan qaldırmaq
► Iqtisadi çatinlikləri aradan qaldirmaq
e.ə. VI — IV əsrlərdə Mərkəzi Asiyada Baktriya, Parfiya, Margiana, Xarazm və Soqdiana kimi vaha dövlətlar mövcud olmusdur. Vahə dövlətlər haqqında Çin mənbələrinda və «Avesta» kitabında məlumat verilir. Mərkəzi Asiya e.ə. VI-V əsrlərdə Əhəmənilərin və e.ə. IV əsrin 30-cu il­lərində Makedoniyalı İskəndərin hücumuna məruz qalmısdır. Baktriya və Soqdianiya əhalisi Makedoniyalı İskəndərə qarşı Spitamenin rəhbərliyi ilə üsyan qaldırdı. Lakin xəyanət nəticəsində Spitamen məğlub oldu.
«Türk» sözünün mənası «güclii və qüvvətli» demekdir. Yunanlar türkləri «iskit», farslar «sak», assurlar ise «aşquz» adlandırmışlar. Arxeoloji tədqiqatlar nəticəsində qədim türklərə aid Deşikdaş, Namazqan, Pazırıq və Esik abidələri tədqiq edilmişdir. Deşikdaş abidəsində «neandertal adam» və daş alətlər tapılmışdır. Namazqanda isə:
► Möhrə evlər
► Boyalı qablar
► Gil qadın fiqurları
► Bəzək əşyaları
► Metaləritmə kürələri tapılmısdır
Esik kurqanında tapılmısdır:
► Qızıldan hazırlanmıs geyimlər
► Qızıldan bəzək əşyaları
► b.e-nın V əsrinə aid Orxon yazısı
Pazırıq kurqanlarında tapılmışdır:
► Ön Asiyada toxunmuş xalçalar
► Çində istehsal olunmuş ipək parçalar
► Xəz və dəri məmulatları
Mərkəzi Asiya və Türküstan mədəniyyətinə aiddir:
► Aromey alifbası
► Heykəltəraşlıq
► Zərdüştlüyə sitayiş
► Ritonlar
► Yunan allahlarına sitayiş
Davamı →

Orta Asiyadakı Türk Piramidaları

Çinin Xian şəhərinin 100 km cənub-qərbində yerləşən və «Ağ Piramida» olaraq bilinən 300 metr yüksəkliyindəki dünyanın ən böyük piramidasının ilk fotoşəkili, İkinci Dünya Müharibəsində 1945də çəkilmişdir. Fotoşəkili çəkilən və Ağ Piramida olaraq adlandırılan bu türk piramidası, daha sonra 1994-cü ildə Hartwig Hausdorf adında bir alman araşdırmacının, Şensi əyalətindəki qadağan bölgəni ziyarət etməsiylə təkrar gündəmə gəlmişdir.
Ardı →

Türk sözünun mənası və qədim türklər haqqında

Türk Adının mənası(Kökeni) Türk millətinin tarixi az qala insanlıq,bəşər tarixi qədər qədimdir. Türklər min illərdən bəri tarix səhnəsində yer almaqdadırlar. Bu vəziyyət, alimlərin diqqətini çəkmiş  və onlar  Türk sözünün tarixini və mənasını araşdırmışlar. Türk adının qaynağını tapmaq məqsədilə aparılmış araşdırmalarda müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi mütəxəssislərə görə, Türk adına ilk dəfə bizim eradan əvvəl 14-cü əsrdə «Tik» və ya «Tiklər» şəklinde rast gəlinmişdir. Bəzi mütəxəssislər isə bu adın b.ə 14-cü əsrdən öncə də var olduğunu söyləmişlər.
Davamı →