Lift qəzası zamanı nə etməli?

Lift qəzalarının çoxu əslində ipin qırılması səbəbindən meydana gəlir. Yerə düşərkən insanlar döşəməyə çırpılır və xəsarət alır. Bu halda sümüklər zədələnməsə belə, orqanlar xəsarət ala bilər.

Xüsusən, daxili orqanlara dəyən zərəri azaltmaq üçün duruş formasını düzgün seçməliyik.
Bunun üçün ən doğru variant ayaqda durmaq deyil, yerə çırpılmadan əvvəl önə tullanmaqdır.

Lift düşəndə döl formasında yatmaq lazımdır. Mümkün qədər daha az yer tutacaq forma alın.

Bu zaman orqanların nizamlı düzülüşü vacibdir. Əlləriniz başınızda qollarını bədəninizə sıxılmış formada olmalıdır. Bu sizin “həcminizi” daha da azaldacaq.
Davamı →

“Cek, tək bir oglum qalıb..."

Cek sürəti azaltmazdan öncə spidometrə baxdı: sürət həddinin əlli olduğu yerdə yetmiş üçlə gedirdi və son dörd ay ərzində dördüncü dəfə polis tərəfindən dayandırılırdı. Bir insan, axı necə bu qədər bəxtsiz ola bilərdi?

Cek avtomobilini sağa çəkdi. «Insallah, bu an yanımızdan daha sürətli bir avtomobil keçər» deyə düşündü.

Polis əlində qalın bir qeyd dəftəri avtomobildən düşdü. “Bob? Bu polis kilsəyə gələn Bob deyilmi?..” – Cek öz-özünə dedi və avtomobilinin kreslosuna sindi. Bu vəziyyət hər hansı bir cəzadan daha pis idi. Kilsədən tanıdığı bu polis, dost olduğuna baxmadan onu saxlayırdı. Həm də sürətli hərəkətlə yol hərəkəti qaydalarını pozduğu üçün.

— Salam Bob. Bir — birimizi yenidən görməyimiz çox xoşdur!

— Salam, Cek! — Bob gülümsəmədən dilləndi.

— Məni, arvadımı və uşaqlarımı görmək üçün evə gedərkən saxladın.

 -Bəli, elədir, — Bob kədərli görünürdü.

— Son gunlər evə çox gec gedirəm. Uşaqlarım məni çoxdandır heç görmürlər. Diana da mənə bu axşam kartof və bifşteks yeyəcəyimizi söyləyib. Nə demək istədiyimi anlayırsanmı?

— Bəli, nə demək istədiyini anlayıram. Yol hərəkəti qaydalarını pozduğunu da bilirəm, — deyə cavablandırdı Bob.
“Eyvah! Bu taktika heç işə yaramadı, deyəsən. Taktikanı dəyişdirmək lazımdır" — deyə düşündü Cek.

— Məni, hansı sürətlə gedərkən saxladın?

— Yetmiş. Zəhmət olmasa, avtomobilinə əyləşərsənmi? — dedi Bob.
Davamı →

Qara Qutu-Black Box

Təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Qara qutunun ilk prototipi David Varren tərəfindən yaradılmışdır. Bu ixtiranın əsas yaranış səbəbi isə Davidin atasını 1934-cü ildə baş vermiş Bass Strait təyyarə qəzasında itirməsi olmuşdur.

Qara qutu bu qədər möhkəmdirsə, niyə təyyarənin bütün hissələri bu materiallardan hazırlanmır? Təyyarənin havada rahat uça bilməsi, uzaq məsafələrə az yanacaqla gedə bilməsi mümkün olduqca yüngül materialdan hazırlanması ilə əlaqədardır. Bu materiallar daha çox aluminium və plastikdir.

Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6-7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir.


Ardı →

Hardan hara


Kaliforniya Yanğınsöndürmə İdarəsi yanğından sonra meşədə yanmış bir dalğıc cəsədi tapdı. Üstəlik, bu cəsəd dalğıc paltarı, dalğıc üzgəci, dalğıc maskası və dalğıc  balonu ilə  “tam təchizatlı”  bir dalğıc cəsədi idi. Əlbəttə ki, belə bir cəsədin meşə yanğınında tapılması çox təəccüblü idi. Ancaq polis hadisəni araşdırdıqdan sonra bütün sirlər ortaya çıxdı.

  Əslində hadisə belə baş verib. Dalğıc o gün meşədən 20 km məsafə uzaq olan dənizə girmişdi. Meşədə yanğın baş verəndə yanğınsöndürən vertolyotları su götürmək üçün o dənizə getmişdilər. Və su çənlərini dənizə salaraq, oradan yanğını söndürmək üçün su çəkmişdilər. Bu vertolyotlardan biri körfəzdən su çəkərkən dalğıcı da su ilə birlikdə “çəkmişdi”. Sonra da yanğın yerinə apararaq, orada (üstəlik neçə metr yüksəklikdən) yanğının içinə atmışdı.  Nəticədə dalğıc yanaraq ölmüşdü.


Davamı →

Qəza və yuxu

Tarix: 1994-cü il. Yer: Moldovanın Çadır-Lunqa şəhəri. Paytaxt Kişinyovdan Çadır-Lunqa şəhərinə doğru yola çıxmış «Jeep» markalı maşın havanın qaralmağa başladığı bir vaxtda qaqauz türklərinin yaşadığı bu əyalət şəhərinə çatmaq üzrədir. Maşında dörd nəfər var: öndə sürücü ilə birlikdə şəhərin maarif müdiri, arxa oturacaqda isə Çadır-Lunqa Qaqauz-Türk Kollecində işləyən iki müəllim...

Ardı →