Qaşlarınızın əsl gözəlliyini üzə çıxarmaq üçün nə etməli

Düzgün formalı qaşlar əsl gözəlliyinizi üzə çıxarır. Əgər qaşlarınız səhv götürülürsə, özünüzdən yaşca böyük görünəcəksiniz və üz cizgiləriniz yaxşı görünməyəcək.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ortası çox qapalı olan qaşlar sizi qaşqabaqlı və ya başqa cür göstərə bilər. İki qaş arasını çox açsanız, burun quruluşunuz xüsusi vurğulanacaq. Qaşlarınızı tamamilə dəyişdirməyə çalışmayın. Qaşlar öz əyriliklərini qorumaqla düzəldilməli və öz istiqamətlərinə aparılmalıdır. Əks təqdirdə, köklərdə yumru bir görünüş olacaq.

Davamı →

Qaşların korreksiyası

Qaşların korreksiyası kifayət qədər çətin işdir. Qaşlar müəyyən nöqtələrdən başlamalı və müəyyən noqtələrdə sona çatmalıdır .
Bu nöqtələr sadə təcrübə nəticəsində tapılır. Qaşın başlanğıc nöqtəsini tapmaq üçün sifətə, burunun pərindən gözün daxili küncünə qədər olan düz xətt boyunca uzun bir əşya (məsələn, karandaş) qoyulur. Bu xətti (şəkildə 1-ci xətt) qaşa qədər uzatmaqla qaşın başlanğıcını müəyyən etmək olar.

Davamı →

Qaşlar nə üçündür?

Qaşlarımızın bizə nə üçün verildiyi ilə bağlı çox az düşünürük. Məsələn, burnumuzun, gözlərimizin funksiyaları bizə məlumdur. Bəs qaşlarımız?

Qaşlarımızın estetik və fizioloji funksiyaları var. İnsana estetik gözəllik verən qaşların əsas fizioloji funksiyası gözlərimizi alnımızdan axan tər, yağış damlalarından qorumaqdır. 

Fərqli dövrlərdə müxtəlif ölkələrdə qaşa olan münasibət də dəyişib.
Məsələn, renessans dövründə qaşın olması heç gözəl sayılmırdı və insanlar qaşlarını tamamilə alırdılar.
Qədim Misirdə də qaşlar tamamilə alınırdı, yerinəsə gicgaha qədər çatan süni qaş çəkilirdi.
Davamı →

Üzünüzə ən uyğun qaş

Bir çox qadınlar qaş alma prosesində bir o qədər də diqqətli olmurlar. Lakin qüsursuz görünüşün sirrlərindən biri də üz tipinə uyğun qaşların seçilməsidir.

Mütəxəssislər deyirlər ki, qaşlar qadının özünə əminliyinin göstəricisidir. O, üzün ifadəsini göstərir. Qaş forması və rəngi bir xanımın necə görünmək istədiyini izah edir. “Qaş” deyib keçmək lazım deyil. Çünki qaş dəbi formalaşandan bəri belə fikir var ki, o üzü işıqlandırır və sahibini cavanlaşdırır.
Davamı →

Qaşları gücləndirən 4 təbii üsul

Daha güclü qaşlara sahib olmaq istəyirsinizsə bu təkliflərə qulaq verin ...

Artıq qalın qaşlar çox moda! Bir çox qadınlar dövründə moda deyə incəltdiyi qaşları indi təkrar çıxartma dərdində… İncə qaşların süniliyinin yanında qalın qaşların xarakteristik və təbii duruşu bütün qadınları cəzb etdi. Buna baxmayaraq, bəzi qadınların qaşları çox seyrək, ya da çox gücsüzdür. Baxmayaraq ki, qaşlar üçün də bir çox kosmetik vəsaitlər var, amma bu vasitələr o qədər də sehrli deyil ki, qaşlarınızı yenidən çıxarsın. Bu səbəblə də bir çox qadınlar qaşları çıxardacaq təbii vasitələrə ehtiyac duyur. Yaxşı bunlar nə ola bilər?


Budur qaşlarınızı gücləndirmək üçün tətbiq edə biləcəyininz ən sadə üsullar:

Vazelin

Bir neçə həftə içərisində qaşlarınızda fərq edə biləcəyiniz bir dəyişiklik görmək istəyirsinizsə qaşlarınıza gündə bir neçə dəfə vazelin tətbiq edin. Vazelini diş fırçasıyla qaşlarınıza rahatlıqla tətbiq edə bilərsiniz.

Hind yağı

Hind yağı qıl kökləri üzərində inanılmaz güclü bir təsirə malikdir. Siz də bu təsirdən qaşlarınız üçün faydalanmaq istəsənizsə hind yağını gündə bir dəfə qaşlarınıza tətbiq edin və ardından qaşlarınıza bir neçə dəqiqə ərzində masaj edin. Hind yağını yumadan ən az yarım saat gözləyin.


Ardı →