Qaşların korreksiyası
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Üzünüzün və gözlərinizin gözəl görünməsi qaşınızdan çox asılıdır. Qaşlar qadının gənc və yaşlı görünməsinə təsir edirmiş.
Qaşlarınızın sizi gənc göstərməsi ücün düzgün korreksiya təlimatları:
1. Ən böyük düşmən azalan qaşlar
Tökülən saçlar kimi, qaşlarınız da tökülərək sizi daha yaşlı göstərir. Tökülən qaşların boşluqlarını doldurmaq üçün qaş qələmindən istifadə edib qaşlarınızın daha gur görünməsini təmin edə bilərsiniz.
Qaşlar üzümüzü gözəl göstərən ən əhəmiyyətli faktordur. Ən riskli şeylərdən biri səhv alınmış qaşlardır. Bir anda üzünün ifadəsi dəyişə bilər, xalq arasında «qaşım küsdü» kimi ifadə edilən fəlakət baş verər və alınan yerdən qaş çıxmaz!
Ona görə qaşlarınızı mütləq mütəxəssis olan birinə aldırmalısınız. «yox, mən alacağam» deyirsinizsə, əvvəl bu 8 qayda ilə tanış olun.
1. Qaşlarınızı bir fırça köməyi ilə düzəldin və yuxarı doğru darayın. Əgər qaşlarınız düzsə aşağıya doğru darayın. Kiçik bir qayçı ilə normal uzunluğa çatana qədər qısaldın. Beləcə, gerçək qaş şəkliniz ortaya çıxacaq.
2. Qaşınızın tam ortasını qələm köməyi ilə seçin. Qələmi burnunuzun yanında və dik bir şəkildə yapışdırın. Qələmin xaricində qalan hissə burnunuzun geniş görünməsinə səbəb olar.
3. Qələmi göz qapağınızın qarşısında saxlayın. Qələmin ucunun göstərdiyi nöqtə, qaşınızın qövslü olması lazım olan yerdir.
4. Qələmi bir ucunu burnunuzun kənarına, digər ucunu gözünüzün kənarına tərəf tutun. Qələmin ucunun göstərdiyi nöqtə qaşınızın bitməsi lazım olduğu nöqtədir.