Tarixdə qadın imzası

  • Qadın

15. ENIAC
Kay McNulty, Marlyn Wescoff, Fran Bilas, Ruth Lichterman, Adele Goldstinedən (və Betty Snyder) ibarət olan bu qrup, Moore School of Engineeringdə ENIAC (Elektron nömrə inteqralı hesablayıcısı) üzərində çalışırdı. Bu gördüyünüz qadınlar, atəş etmə və bombalama orbitlərini hesablamaqdan məsul idilər.


Davamı →

Xurşidbanu Natəvan

Xurşidbanu Natəvan parlaq istedada və qabağcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında böyük və əhəmiyyətli izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin, zənnimcə, bir neçə əsas səbəbi vardır. Bunlardan biri şairin soy köküdür.

Yəni, Natəvanda iki böyük nəslin Cavanşirlərin və Ziyad-oğlu Qacarların qanı vardır. Ad çəkdüiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət-xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar) maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gənçəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar).


Davamı →

Məhsəti Gəncəvi

XII əsrdə Azərbaycanda hakim ədəbiyyat saray ədəbiyyatı idi. Saray şairləri Şirvanda və Təbrizdə Şirvanşahların və eyni zamanda da Eldəgizlərin sarayında yaşayır, onların hörmət və nüfuzunu artırmağa xidmət edirdilər. Lakin şəhər sənətkarlarının, şəhər yoxsullarının mənafeyini müdafiə edən şairlər saraydan kənarda yaşayır və bu iki ədəbi cərəyan arasında ciddi mübarizə gedirdi. Bu dövrdə şəhər sənətkarlarının, şəhər və kənd yoxsullarının tələb və arzularını geniş bir miqyasda ifadə edən dahi şair Nizami Gəncəvi idi. Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan, şəhər sənətkarlarının əhval-ruhiyyəsini ifadə edən şairlərdən biri də Məhsəti Gəncəvi idi.

Davamı →

Leyla Məmmədbəyova

«…Əgər fırtına zamanı aeroport üzərində U-2 görünürsə — "çox güman ki, bu, Leyla xanımdır"»

1933-cü il martın 17-də, o zaman 24 yaşında olan Leyla Məmmədbəyova ilk dəfə paraşüt ilə tullanaraq Nina Kamnevadan sonra Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdu. Bundan iki il əvvəl, iyul ayında o, şəxsən özü təyyarəni göyə qaldıraraq, həm Azərbaycanda, həm Qafqazda, hətta Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi olacaq. Müsabiqələr, qalibiyyətlər, mükafatlar, çox sayda şagirdlər — onun hekayəsində ən çox bəhs etməli olduğumuz məqam hansıdır?


Davamı →

Maarifçi qadın: Şəfiqə Əfəndizadə

XX əsrin əvvəllərində azərbaycanlı qadınlar arasında təhsilin, maarifçiliyin yayılması çətin, kəşməkəşli bir yol keçib. Bu işdə yeniliklərdən tərəddüd edən və geri çəkilənlər də çox idi. Ancaq təşəbbüs göstərən, bu işə dəstək verən maarifçi qadınlar da vardı. Həmin maarifpərvər qadınlardan biri də Şəfiqə Əfəndizadə idi.

O, 1882-ci ildə Gürcüstanın tarixən türklərin (Ahıska) yaşadığı Cavaxetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və


Davamı →

Kişilərin heyran olduğu qadınlar

Şirin qızlar: Həmişə pozitiv düşünən, şən görünən qızlar şirin və ağıllı olur. Hər zaman xoşbəxt göründüyü üçün kişilər onlarla ciddi gələcək haqqında düşünməyə başlayır. Adətən gözəl olmasalar da, şirinlikləri ilə baş döndürürlər. 

Bərabərhüquqlu: Bu qadınlar əsl feministdilər. Bu qadınlar kişilərlə eyni hüquqa malikik və eyni maaşı alırıq lakin hesabı hər zaman mütləq kişilər ödəməlidir deyə düşünür.  Bu qadınlar kişilərlə eyni cərgədə durmaq üçün heç bir fürsəti əldən vermir və ağılları ilə kişiləri özünə cəzb edir. Münasibətlərdə məsuliyyətin 50 fazinin öz üzərinə düşdüyünü fikirləşirlər. 
Davamı →

Həyatınız seçdiyiniz qadındır!

Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
 -Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir,  qurtar kəlləni.- deyir.
  General  bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadugərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır…
Ardı →

Elm adamları və qadınlar

  • Qadın
Fizik:
Qadının dili F=ma düsturu kimi hər şeyə əvəzdir. Onun ürəyi 30.000 volt gərginlikli cərəyan mənbəyidir. Əlləri ifratkeçiriciliyə malik xassəylə bu cərəyanı toxunduğuna keçirir.
Ufoloq (astronom)
Onlara yaxınlaşmaq lazım deyil. Onlar özləri səni cəzb edib öz peyklərinə çevirəcəklər. Zərif bildiyimiz bu məxluqlar «Qara dəlik » (nəhəng qalaktikaları udan burulğan) kimi istədiklərini udmağa qadirdirlər.
Kimyaçı
Qadınlar qliserindir(şirin və güclü zəhərli maddə). Onlar natrium silikat kimi adama yapışır, sonra isə sulfat turşusu kimi onu kömürləşdirirlər. 
Davamı →

Dünən gecə (Bütün Qadınlar Üçün)

  • Qadın
Adamın biri xəstələnir. O gün canı işə getmək istəmir. İçindən Allaha belə bir dua edəcəyi tutur:
— «Allahım, hər gün işə gedib 8 uzun saat boyunca evim və yoldaşımın rahatı üçün çalışıram, yoldaşım isə yalnız oturur. Nə olar, bir gün mənim yerimə keçib, nə qədər çətin bir həyat yaşadığımı görməsini təmin et.»
Birdən-birə adamın diləyi yerinə gəlir. Ertəsi səhər, arvadının bədənində oyanır. Dərhal yataqdan atılır, yoldaşının yeməyini hazırlayır, uşaqlarını oyandırır. Paltarlarını hazırlayır, onların da yeməyini yedizdirir. Bəslənmə çantalarını hazırlayır, uşaqları məktəbə aparır.
Ardı →

Hər qadın bunu bacarmalıdır

1. Güzgüsüz pomada çəkmək
Formalı çəkməyə çalışmadan pomada ilə dodaqlarının üzərindən apar. Sonra bir neçə saniyəlik dodaqlarını bir-birinə bərk sıx — pomada özü dodaqlarına bərabər çəkilmiş olacaq.

2. Kompliment qəbul etmək
Sakit və əlavə emosiyalarsız. Çalış ki, kompliment söyləyən adama təşəkkürlər yağdırmaya və «Sadəcə, burada işıq yaxşı düşüb» tipli cümlələrlə təvazökarlığını nümayiş etdirməyəsən.

3. İşin çox olduğu bir vaxtda şefinə xəstələndiyini xəbər vermək
Vicdan əzabını unut — sən doğrudan da özünü çox pis hiss edir və işə çıxa bilmirsən. Sənə nə olduğunu şefə başa sal və həkimin nə vaxta səni ayaqüstə qoyacağını bildir. Xatırlat ki, nə məsləhət lazım olsa, sənə istənilən vaxt zəng edə bilərlər.


Ardı →