Qarımışın monoloqu | Şiringül Musayeva

Deyirlər ki,qarımışlar o biri qızlara nisbətən daha çox ailəyə,evə bağlı qızlar olurlar.Onların işi-peşəsi hər şeyi saf-çürük etmək,başqalarının qayğısına qalmaq,problemini həll etməkdir.Özgələrin problemin həll etmək də həmişə xeyir gətirmir.Bu barədə atalarımızın gözəl bir məsəli də var:el üçün ağlayan gözsüz qalar.
 Atalarımızın belə bir məsəli də var:sonalayan sona düşər.
 Mən indi sona düşmüşəm.Amma bu barədə gərək sona düşməmişdən fikirləşəydim.Sonrakı peşmançılıq fayda verməz,yaxud müsəlmanın sonrakı ağlı.Bu müsəlmanın sonrakı ağlı da toydan sonra dınqıltı misalındadır,çünki mənim kimi bir qarımış sonradan nə qədər ağıllansa da əvvəlki gözəlliyini,təravətini,cazibəsini bir də geri qaytara bilmir.
Davamı →

Qadın nə istəyir?

                           
Bu sual əsrlərdir hər kəsi düşündürür. Qadın həqiqətən nə istəyir?

Qadınlar kişilərin bir az xırdaçı olmasını, həyatında qadının təbiətinə xas yer ayırmağını istəyir.

Onları aldatmayın.

Onlara yalan deməyin.

Şəfqətli olun.

Bədənlərində gözəl olmayan yerləri tez-tez xatırlatmayın. Onlar haralarının gözəl və ya pis olduğunu yaxşı bilir.


Ardı →

Qadınların əsas fərqləri

Qadınların yaddaşları kişilərdən daha qüvvətlidir. Qadınlar illər əvvəlki detalları belə xatırlaya bilərlər. Ad günü evlilik il dönümü kimi şeyləri kişilərin xatırlamasını gözləməyin.

Qadınlar daha yaxşı ünsiyyət qurarlar. Çünki romantik zəkaları kişilərdən daha çox inkişaf etmişdir.
 
Məsuliyyət duyğusu qadınlarda daha çoxdur. Həm ev həyatında həm də iş həyatında bu müzakirəsiz belədir.
 
Sevə bilmə qabiliyyəti üçün qadınların ən üstün qabiliyyəti deyə bilərik. Bir qadın qədər içdən hansı kişi sevə bilər ki?
 
Qadınlar daha səbirli və xoşgörüşlüdürlər.

Qadınların ortalama həyat müddəti kişilərdən 15 il daha çoxdur. Kişilərin ömürləri qadınlara nəzərən qısadır, çünki futbol kimi boş işlərdə istehlak edərlər.
 
Qadınlar alış-satış işlərini kişilərdən daha yaxşı edərlər. Qadınlar olmasaydı iqtisadiyyat canlanmaz ticarət edilə bilməzdi.
   
Qadınlar kişilərə nəzərən daha enerjili və çalışqandırlar. Kişilər tez yorulub bəs edərlər.
 
Qadınlar kişilərə nəzərən daha sirrli və sirr doludurlar. Kişilər bəzi səhvlərinin gizli qalması üçün xüsusi səy sərf etsələr də Qadınların aydın olmamaq üçün bir səy sərf etmələrinə ehtiyac yoxdur.

Qadınlar sözləri və cümlələri kişilərdən daha yaxşı istifadə edərlər. Deyilənlərdən dərin mənalar çıxara bilmə qabiliyyətinə sahibdirlər. Kişini şair və ədəbiyyatçı edən ilham yenə qadınlar sayəsində ortaya çıxar.

 


Davamı →

Ana sözləri

Dur, saat 12 olduAnalar eyni sözləri deməkdən bezmirlər. Biz bu sözlərə o qədər öyrəşirik ki, deyiləni etmirik. Sadəcə deyilməli olan sözlər kimi qəbul edir qulağımız. 

“Söndür də tay o kompüteri”, “Az otur kompüterin qabağında”
Analar üçün bütün dərdlərin mənbəyi kompüterdir. Ana, qrip olmuşam, söyləsən, deyəcək ki, hamısı o kompüterin işləridir.

“Yemək yemisən?”
Bir insan ac olsa, bunu deməzmi? Deyər. O zaman dəfələrlə “yemək yemisənmi?” soruşmaq ancaq anaların işi ola bilər.

“Betonun üstündə oturma”
Bir bildikləri vardır hər halda.

“Tikəni saxlama, bunu da ye”
O qədər belə dedilər ki, indi hamımız artıq çəkidən əziyyət çəkirik. Əslində isə son tikəni saxlamaq lazım imiş.

“Qaçma, tərləyərsən”
Qaç, tərlə, arıqla. Müasir analar belə deməlidir əslində.


Ardı →