Qadın hüquqları

İş belə gətirib ki, dünya yaranandan cinslərin savaşı gedir. Min illərdir ki, cəmiyyət və təbiət bu gender savaşından qurtula bilmir. Hətta ən vacib mədəni abidələrdə də bu savaşın izləri var. Bu qarşıdurma bütün insanların həyatına müdaxilə edib. Mənfi- müsbət, anod- katod kimi enerji potensialı daşıyaraq iş, siyasət, müharibələr, sosial əsarət və inqilablar hamısı kişi və qadın qarşıdurmasından qidalanır. Demək olar ki, bəşəri proseslər Kişi və Qadın adlanan «yanacağın» enerjisiylə işləyir. Anlamaq çətin deyil ki, bu məsələdə kişilər özünü müsbət və həmişə verən tərəf sayır, qadınlarsa öz növbəsində tam əmindir ki, özünü qurban verən tərəf məhz odur. Ona görə də bəzən bu məsələyə gender çərçivəsindən çıxıb insanilik baxımıqdan baxmaq çətin olur.


Ardı →

Qadınlar və ali təhsil

Ali təhsil alanlar arasında qızlar oğlanlardan çox olsa da, bu üstünlük sonradan görünmür. Əksinə, iş yerlərində yüksək vəzifə tutanlar arasında kişilər üstünlük təşkil edir.

Böyük Britaniyada ötən həftə qeyri-bərabərlik haqqında hesabat açıqlanıb. Həmin hesabatda göstərilir ki, orta məktəbdə qızlar oğlanlardan daha yaxşı oxuyurlar, ali məktəblərə qızlar daha çox qəbul olunur və burda da daha yaxşı nəticə göstərirlər. 44 yaşına qədər bütün yaş qruplarında hazırda ali təhsilli qadınlar ali təhsilli kişilərdən çoxdur.
Ardı →

Antik dünyada kişi və qadının statusu - Ellinizm dövründə qadın emansipasiyası

Qədim Yunanıstanda qadınların vəziyyəti bütölüklə yunan tarixinin müxtəlif mərhələləri ilə bağlıdır. Yunan tarixini beş pərdəli dram ilə müqayisə etmək olar. Birinci pərdə – egey mədəniyyətidir, bu, b.e qədər III-II minilliyi əhatə edir. İkinci akt – yunan şəhər dövlətlərinin Afinanın və Spartanın ümumi yüksəlişi ilə əlamətdar olmuş və b.e.-a qədər 480-ci ilə kimi davam etmişdir. Üçüncü pərdə – qızıl (Perikl) dövrüdür. Dördüncü pərdə azadlığın itirilməsi, tənəzzül dövrü idi. (e.ə. 399-322-ci illər) Axırıncı – beşinci pərdə – Böyük İsgəndərin ölümündən sonra ellinizm dövri idi. Bu – möhtəşəm «xarici» çiçəklənmə dövri idi, bu dövrün təsiri bütün dünyaya idi. Böyük İsgəndərin qələbəlik yürüşlərinin əsl nəticəsi və buradan başlayan «ellin baharı» bütün dünya tarixində tufan qoparmışdı, bu tufan bütün köhnəliyi, öz dövrünü keçirmiş hər nə vardısa, hamısını süpürüb atdı və müxtəlif qitələrdə yaşayan xalqları, mədəniyyətləri birbirinə bağladı. Bunun müqabilində fikirlərin, dinlərin bütün sahələrində yeni baxışlar özünə yol tapdı; bu həm də qadının ictimai vəziyyətinə də təsir etdi.
Ardı →

Qadın karyerası

«Qadın karyerası» bir ideya kimi mahiyyəti etibarilə qadına ənənəvi «mətbəx, məişət qayğıları» sxemi üzrə baxmağa ziddir. Cəmiyyətdə baş verən yenidənqurma işlərinə və feminist hərəkatlara baxmayaraq, həqiqətən, qadın karyerası bir-birinə zidd fikirlər doğurur.
Burada bir neçə sual meydana çıxır ki, gəlin onlara cavab tapaq. Birincisi, qadın da kişinin etdiyi işləri görə bilərmi və intellekt bazarında, məqsədə çatmaqda və pul qazanmaqda kişilərlə eyni hüquqlara malikdirmi?
İkincisi, karyera ilə ənənəvi qadın vəzifəsini — uşaq böyütməyi necə uyğunlaşdırmaq olar, belə ki, uşaq tərbiyə edib böyütmək çoxlu vaxt və qüvvə tələb edir.
Ardı →