Qadın enerjisində ən önəmli məqam

Ailədə maliyyə məsələlərinə görə cavabdehlik kişinin üzərinə düşür. Kişilik ailəsinin rifahını yaxşılaşdırmaq bacarığı ilə özünü göstərir. Lakin o, qadın sevgisinin axınını hiss etmirsə, pul qazanmaq yolları bağlanmağa başlayır. Kişinin onu sevən qadına həmişə ehtiyacı var: öyrətməsin, tərbiyə etməsin, sadəcə olduğu kimi qəbul etsin.

Qadınlığın açarı hadisələri qəbul etməyi bacarmaqdır. Qadın onun qərarlarını, reaksiyaları və bütünlüklə varlığını qəbul etməyi öyrənməlidir. Bir qadının öz ərini mühakimə etmədən qəbul etməsi kişinin bütün gücünü qadınlara yönləndirmək qabiliyyətini inkişaf etdirir. Qadının sevgisi kişini qəbul etməkdən ibarətdir.

Sevgisi ilə emosional enerjini yaxalamaq bacarığı qadını xeyirxahlar sırasına daxil edir. Əgər qadın bu enerjiyə sahibdirsə, onda kişi səxavətli olur və onun ətrafında qoruyucu bir enerji şarı meydana gəlir:
Davamı →

Radxa Qiri Matacinin qadınlara verdiyi məsləhətlər

Qadın sevgidən toxunmuşdur
Niyə qadınlar kişi xarakterinə sahib olaraq həm öz şəxsi həyatını, həm də sağlamlığını risk altına salır?
Qadın enerjisi sevgidən, yaratmaq, qəbul etmək və öyrətmək qabiliyyətlərindən toxunur. Əgər qadın özündə bu keyfiyyətləri inkişaf etdirir və onlarla razılıq əsasında yaşayırsa, o, hər şeyin ölçüsünü bilir, dərin sükut və özünəinam hissinə malikdir ki, bu da onun gözəlliyinə, sağlamlığına birbaşa təsir edir, hormonlar, sinir və endrokin sistemi balanslı şəkildə çalışır.

Qadın həyatın bütün sahələrinə nəzarət etməyə çalışdığı zaman dinclik vəziyyətindən çıxır, qəzəblənməyə başlayır. Bu isə hormonlarda kəskin dəyişikliyə, kişi enerjisinin qapanmasına, özünün də zəifləməsinə gətirib çıxarır. Nəticə etibarı ilə öz-özünə yenilənən çay yerinə qurumuş mənbəyə çevrilir. Kainat qanunlarına əsasən, qadın hətta özü üçün dayazlaşmağa başlayır, seçilmiş partnyoruna ahəngdar enerji və güc ötürülməsi haqqında danışmağa ümumiyyətlə dəyməz. Cütlüyün münasibətlərində başlayan enerji çatışmazlığı aqressiya, mübahisələr, xəstəliklər və maddi çətinliklər ilə davam edir.
Davamı →

Qadın bədəninin ən əhəmiyyətli hissəsi

  • Qadın
Qarın bir çox dildən tərcümədə həyat deməkdir və həqiqətən, hər birimiz üçün həyat anamızın qarnından başlayıb. Bir qadın üçün qarın sadəcə bədənin bir üzvü deyil, bu, həm də həyatın başlancığı sayılan xeyir və enerji mənbəyidir. Qadın enerjisi məhz qarında (bağırsaq altında, uşaqlıq və reproduktiv orqanların yerləşdiyi nahiyə) toplanır, onun əsas qüvvəsi orada yerləşir. Energetik baxımdan qadın damar kimi təşkil edilib, enerjinin təməli torpaqdan gəlir və qarında yığılır. Qarında toplanmış enerji isə bütün bədəni təchiz edərək onu qadın kimi daha güclü və hədsiz cazibədar edir.

Əgər enerji ehtiyatı qarında kifayət qədərdirsə və o, düzgün axırsa, onda qadın aşağıdakı xüsusiyyətlərə sahib olur:

— zərif, yumşaq, elastik;
— seksual, cazibədar;
— asan hamilə qalır və hamiləlik dövrü asan keçir;
— doğuş rahat keçir (travmalarsız və doğuşdan sonra qarında heç bir çat izi qalmır);
Davamı →

Qadının enerji və güc mərkəzləri

Qadın gücünün ilk mənbəyi sakral qadın mərkəzi bölgəsində — uşaqlığında (Svadhishthana adlanan çakrada) yerləşir. Qadınların seksual enerji mənbəyi buradadır. Bu mənbə açıq olanda qadının həyat eşqi, həyat gücü və gözəlliyi işıq saçır, o, inanılmaz dərəcədə cəzbedici və heyranedici görünür.

O, özünü sevir, hörmət edir, özünə inanır, öz məziyyətlərini görür, öz ləyaqətini hiss edir və özünü təzə açmış çiçək kimi qoruyur. O, başqa insanları sevir və hörmət edir. O, həyatın hər anından zövq almağı bacarır. Belə qadınların enerjisi kişiləri həmişə özünə çəkir.

Bu mərkəzdə pozuntular qadınların bir çox komplekslərinin olmasına gətirib çıxarır: o, incikdir, hər şeydən şübhələnir, menstruasiya və reproduktiv orqanlarda problemlər yaranır, kişiləri qəbul etmir, seksdən həzz almır, enerji toplaya və onu qoruya bilmir, özünü hər an yorğun və tükənmiş hiss edir, özünə qulluq etmir, öz bədənini qəbul etmir və s.
Davamı →

Güclü energetikaya sahib olan qadınların 7 əlaməti

  • Qadın
Məşhur psixoloq, ekspert və bir neçə bestseller kitabların müəllifi Larisa Renar güclü energetikaya sahib olan qadınların 7 əlamətini açıqlayıb. Larisa Renar qadınlara öz seksuallığının enerjisini tanımağı və onu aktivləşdirməyin yollarını izah edib. 

1. Hər kəs sizi istəyir
Nə qədər qorxulu səslənsə də, bu belədir. Qadın və kişinin energetikası yüksək olarsa, onlar demək olar ki, hər kəs üçün inanılmaz dərəcədə cəlbedici və arzuolunan sayılır. İnsanlar sizi özünə maqnit kimi çəkməyə başlayır. Kənar kişilər küçədə yaxınlaşıb tanışlıq təklif edir, tanımadığımız adamlar sizi qəhvəyə qonaq edir və ya sadəcə gül bağışlayırlar. Görüşə dəvət və komplimentlər haqqında danışmağa dəyməz...

2. Fürsətləri özünüzə çəkirsiniz
Söhbət ümumilikdə yalnız kişilər haqqında deyil, həm də iş və digər imkanlar haqqında gedir. Belə təsəvvür yaranır ki, sizin üçün bütün yollar açıqdır, işləriniz çox rahatlıqla həll olunur. Sizi müxtəlif layihələrə dəvət edir, müxtəlif təkliflər irəli sürürlər. Yeni ideyalar sizi ilhamlandırır və siz onların həyata keçirilməsi yollarını tez görürsünüz.
Davamı →