Beynəlxalq qadınlar gününün mənşəyi

Klara Setkin

Artıq yarım əsrdən çoxdur ki, qeyd etdiyimiz beynəlxalq qadınlar gününün mənşəyinə qısa bir nəzər salaq.
8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.
Beynəlxalq qadınlar günü kimi məhz 8 mart tarixinin seçilməsi qərarı bir qədər müəmmalı görünür. Ən azı ona görə ki, qadın zəhmətkeşliyi, mübarizliyi ilə bağlı heç bir qabarıq və ya məşhur hadisə, heç bir tanınmış qadının ad və ya doğum günü martın 8-nə təsadüf etmirdi. Bəs niyə məhz 8 Mart?


Davamı →

Hamilə qadınların və anaların hüquqları

Hamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür. İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2–3 saatdan bir körpənin yanında olmaq lazım gəlir.

Bu çətinlikləri aradan qaldırmaq üçün dövlətlər analara bəzi güzəştlər tətbiq edir, onlara xüsusi hüquqlar verirlər. Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır.

Lakin təəssüf ki, bəzən anaların öz hüquqları ilə bağlı məlumatları olmur və bəzi iş yerlərində onların bu hüquqları çox tez–tez pozulur. Bunları nəzərə alaraq, biz Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların və süd verən anaların hüquqları ilə bağlı bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq. 

Təbii ki, ilk növbədə, bütün anaları hamiləlik və doğuşa görə verilən məzuniyyətlər maraqlandırır. Körpələrini ana südü ilə qidalandıran analar gün ərzində bir neçə dəfə uşaqlarının yanında olmalıdırlar. Bununla əlaqədar olaraq Əmək Məcəlləsində məzuniyyət dövrü iki hissəyə bölünür: doğuşdan əvvəl və doğuşdan sonra.


Davamı →

Qadınların düşməni qadınlardır

Ötən il məlum aksiyada “Kimə istəsəm verərəm” məzmunlu plakat qaldırmaqla feministlər özlərinə çox ağır zərbə vurdular. Feministlər o məşhur və məşum plakatla özlərinə elə bir zərbə vurdular ki, heç yüz min adam bir yerə yığışıb, sözü bir yerə qoysaydılar, onlara elə ağır zərbə vura bilməzdilər. O plakat xeyli adamda ikrah hissi oyatdı, xeyli adamı qorxutdu, xeyli adamı diksindirdi. Xeyli adamda müəyyən mənada haqlı olaraq (təbii ki, onların pəncərəsindən baxanda) belə bir fikir, belə bir təəssürat yarandı: bir dəstə əxlaqsız, tərbiyəsiz adam bizim ailə dəyərlərimizi dağıtmaq, qızlarımızı pis, pozğun yola çəkmək istəyir.

Davamı →

Nifrətsiz feminist

  • Qadın
Sevda Sultanova ilə “büsthalterin qadınların həyatındakı rolu”ndan bəhs edən söhbət videomuzdan sonra xeyli adamın qəzəbinə tuş gəldik. Açığı, biz lap əvvəldən linçlənmə riskimizi nəzərə almışdıq, lakin bu qəzəbin LGBT icmasının üzvləri və dəstəkçiləri tərəfindən olacağını ağlımıza gətirməmişdik.
Videodan sonra tanıdığım bir neçə LGBT aktivisti tərəfindən qınanıldım, maraqlısı budur ki, bu şəxslərin xeyli hissəsi feministdir. Həmçinin öz qəzəblərini bizi “TERF” (trans-exclusionary radical feminist) adlandırmaqla göstərdilər. Mənası trans qadınların qadın olmadığını düşünən radikal transfobik feminist deməkdir. Etiraf edim ki, mən bu abbreviaturaya birinci dəfə idi rast gəlirdim və ilk dəfə kimlərsə mənə radikal feminist deyirdi. Bu mövzu ətrafında düşündüm, özümə, tərəfdaşı olduğum ideologiyaya çoxlu suallarım yarandı.

Davamı →

Gender bərabərliyi uğrunda mübarizə

İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu heç də o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirmişdir. XX əsrin sonunda «gender» anlayışı formalaşmışdır ki, bunu da «sosial cins» kimi səciyyələndirmək olar. Qadın və kişilər arasında sosial bərabərlik «gender bərabərliyi» kimi qəbul edilir.

Davamı →