Qadının enerji və güc mərkəzləri

Qadın gücünün ilk mənbəyi sakral qadın mərkəzi bölgəsində — uşaqlığında (Svadhishthana adlanan çakrada) yerləşir. Qadınların seksual enerji mənbəyi buradadır. Bu mənbə açıq olanda qadının həyat eşqi, həyat gücü və gözəlliyi işıq saçır, o, inanılmaz dərəcədə cəzbedici və heyranedici görünür.

O, özünü sevir, hörmət edir, özünə inanır, öz məziyyətlərini görür, öz ləyaqətini hiss edir və özünü təzə açmış çiçək kimi qoruyur. O, başqa insanları sevir və hörmət edir. O, həyatın hər anından zövq almağı bacarır. Belə qadınların enerjisi kişiləri həmişə özünə çəkir.

Bu mərkəzdə pozuntular qadınların bir çox komplekslərinin olmasına gətirib çıxarır: o, incikdir, hər şeydən şübhələnir, menstruasiya və reproduktiv orqanlarda problemlər yaranır, kişiləri qəbul etmir, seksdən həzz almır, enerji toplaya və onu qoruya bilmir, özünü hər an yorğun və tükənmiş hiss edir, özünə qulluq etmir, öz bədənini qəbul etmir və s.
Davamı →

Aldadılan qadınların intiqamı

Aladadılan qadın mütləq intiqam alır...

Qadınlar ilk olaraq xəyanətin qoxusunu hiss edirlər. Daha sonra şübhələrin arxasınca gedirlər. Aldatıldığından şübhələnən qadını durdurmaq mükün deyil. 

Kişilər niyə xəyanət edir? Bütün kişilər xəyanət edirmi? Xəyanət edən kişi vicdan əzabı çəkirmi?

Bu kimi sualları başqa bir vaxta saxlayıb aldadılan qadınların nə etdiklərindən danışacağıq.
Kişilər xəyanət etdikləri zaman bunu sevdiyi qadından gizli qalacağını düşünsələr də, xəyanətləri bir gün ortaya çıxır. Qadınlar əvvəlcə şübhələnir və daha sonra başlarına gələn ən pis şeyin izinə çıxırlar. Qadınları şübhəyə salan məqam kişinin davranışındakı dəyişiklikdir. 

Ona olan diqqətini itiribsə, dalğın, gərgin və stresslidirsə, deməli, nəsə var… Heç bir səbəb olmadan əsəbi davranır, hətta mənasız davalar belə çıxara bilir. Bundan başqa huzursuz olur və cinsi istəkləri də azalır. Evə gəldikdə isə mobil telefonunu yanından ayırmır və gələn zənglərə ehtiyatla yanaşır. Ya da evə gəldikdən sonra telefonu səssiz rejimə qoyur. Bəziləri isə telefonu söndürür. Məşhur bir psixoloqun yanına gələn qadınlardan biri isə “Telefonu alt paltarında gizlətdiyini gördüyüm zaman məni aldatdığını anlamışdım”  deyib. Qısası, qadınlar bunu yaxşı hiss edirlər. 
Ardı →