Qadınlar nəyi istəyir?
Qadın beyni kişi beynindən tamamən fərqli çalışan bir sistemə malikdir. Bir qadın dəyərləndirilməyi və xüsusi olduğunu hiss etməyi həmişə şiddətlə istəyir. Bu istək hərədə bir cür ortaya qoyulur. Kimisi özəl hədiyyələr, kimisi xüsusi sözlər, kimisi özəl bir baxışla bunu hiss etməyi istər. Amma böyük ehtimallarda özəl sözün yerini bir qadın üçün heç nə dəyişmir. Hər qadın tərifi haqq edir. Hansı məshəbə, hansı cəmiyyətə, hansı əxlaqa malik olmasından asılı olaraq, Hər qadının daxilindəki uşaq özəl olduğu bir dünyanın arzusu ilə böyüyür. Amma kimisi bu arzunu gerçəkləşdirir, kimisi qarşısındakı sədləri keçə bilmir. Buna görə heç bir qadını heç vaxt həyatına görə günahlandıra bilmirəm. İstənilən halda ana olmağı dadan qadının daxilində o standart hiss ortalığa çıxır. Qoruyuculuq duyğusu. Buna görə də analar başımızın tacıdır.
Davamı →