Qadınların daha çox seçdiyi və seçildiyi 10 peşə

Qadınların üstünlük verdiyi iş yerləri aşağıdakılardır(Harris Interactive jurnalının araşdırmasına görə):


10-Hava yolları


Təxminən 25-32 yaşlarında qadınlar bu sahəyə daha çox maraq göstərir. Bu gün hava yolu sahəsində işləyənlərin 80%-ni qadınlar təşkil edir. Hava yolu firmalarının gözəl görünüşlü qadınlara əhəmiyyət verməsi də bu sahənin siyahıda yer tutmasına gətirib çıxarır.


Ardı →

Qadınlar və ali təhsil

Ali təhsil alanlar arasında qızlar oğlanlardan çox olsa da, bu üstünlük sonradan görünmür. Əksinə, iş yerlərində yüksək vəzifə tutanlar arasında kişilər üstünlük təşkil edir.

Böyük Britaniyada ötən həftə qeyri-bərabərlik haqqında hesabat açıqlanıb. Həmin hesabatda göstərilir ki, orta məktəbdə qızlar oğlanlardan daha yaxşı oxuyurlar, ali məktəblərə qızlar daha çox qəbul olunur və burda da daha yaxşı nəticə göstərirlər. 44 yaşına qədər bütün yaş qruplarında hazırda ali təhsilli qadınlar ali təhsilli kişilərdən çoxdur.
Ardı →

Qadın karyerası

«Qadın karyerası» bir ideya kimi mahiyyəti etibarilə qadına ənənəvi «mətbəx, məişət qayğıları» sxemi üzrə baxmağa ziddir. Cəmiyyətdə baş verən yenidənqurma işlərinə və feminist hərəkatlara baxmayaraq, həqiqətən, qadın karyerası bir-birinə zidd fikirlər doğurur.
Burada bir neçə sual meydana çıxır ki, gəlin onlara cavab tapaq. Birincisi, qadın da kişinin etdiyi işləri görə bilərmi və intellekt bazarında, məqsədə çatmaqda və pul qazanmaqda kişilərlə eyni hüquqlara malikdirmi?
İkincisi, karyera ilə ənənəvi qadın vəzifəsini — uşaq böyütməyi necə uyğunlaşdırmaq olar, belə ki, uşaq tərbiyə edib böyütmək çoxlu vaxt və qüvvə tələb edir.
Ardı →