
E.ə. 215-ci ildə Hanniballa müharibənin kəskin dövründə tribun Oppianın naminə «Oppian qanunu» qəbul edilmişdi, bu qanuna görə, qadına yalnız unsiyanın (pul vahidi) yarısı miqdarında qızıla malik olmaq ixtiyarı vardı, qadın arabada Romanın küçələrində gəzməməli və parlaq paltarlar geyməməlidir.
Belə qanun indi mənasız görünsə də, qədim Romada bu II Dünya müharibəsi zamanı Avrlopada qəbul edilmiş geyim normaları haqda qanuna ekvivalent idi. Qadın üçün qızıl, qolbaqlar və sırğalar şəklində mövcud idisə, ordu üçün bu həyati əhəmiyyətli bir metal idi. Arabalar verilən pulu hərbi işlərə sərf etmək daha düzgün olardı. Göy, qırmızı, çəhrayı, ametist, bənövşəyi rənglər – ümumi «purpur» adı altında tanınmış bu rənglər, Aralıq dənizinin şərqində yerləşən Tir şəhərindən gətirildiyindən, baha başa gəlirdi. Digər sonrakı qanunlar kimi, Oppian qanunu – yeganə yolla vətəndaşların gəlirini və xərcini tənzim edərək, qanuni yolla lazım olmayan xərclərin məhdudlaşmasına cəhd edirdi. Bu qanun qadınlara qarşı ona görə yönəldilməmişdi ki, kişilər daima əmin olublar ki, bədxərclik yalnız qadınlara məxsusdur, həm də ona görə ki, kişilərin bədxərcliyi digər müxtəlif formalarda özünü biruzə verirdi. Onlar pullarını şəraba, yağa, kəhrəbaya, şüşəyə, kətana, papirusa, heykəllərə, ədəviyyata – yəni elə mallara pul xərcləyirdilər ki, bu malların alınmasını ticarəti məhdudlaşdırmaqla, müvəffəqiyyətlə üzərində nəzarəti artırmaq olardı. Beləliklə, bu qanundan qadınlar əziyyət çəkirdilər, nəticədə iqtisadi səmərə əldə edilməsi əvəzinə, onlarda psixoloji çaşqınlıq yaranırdı.
Ardı →