Münasibətdə anlaşılmamazlıqlar

  • Sevgi
Necə düşünürsünüz, qarşılıqlı münasibət zamanı qadın və kişi tərəfdən tam “açıq”lıq vacibdirmi?!… Münasibətlərdə “açıqlıq” deyəndə, gündəlik qayğı və problemlərin bölüşülməsi nəzərdə tutulur.
Gəlin baxaq: Münasibətlərin möhkəm və davamlı olması üçün tərəflər arasında inam və güvən olmalıdır. Bunlarsız xoşbəxt münasibətdən söhbət gedə bilməz… Əgər inam və güvən varsa, bu halda qadının kişi qarşısında tam “açıq” olmamasına heç bir səbəb yoxdur. Çünki, kişi bunu davranışı və rəftarı ilə qazanıb, həqq edib. Bəs, kişi necə?! Həmişə qadına qarşı tam “açıq” olub, hər şeyi onunla bölüşməlidirmi?!

Davamı →

Sağlam münasibətin əlamətləri

  • Sevgi
Xoşbəxt cütlük görəndə ətrafdakı insanlar ürəklərində həmin an deyirlər: “Necə də xoşbəxtdirlər”! Əslində hər bir münasibətdəki əlaqələr gözəl ola bilər. Bunun üçün sizinlə sağlam münasibət üçün gərəkli olan hiyləgərlikləri paylaşırıq.
1. Onunla güvəndə olduğuna əmin ola bilərsən və o sənə nə mənəvi, nə də ki, fiziki olaraq dəhşətli nəsə bir şey etməz. «Pis oğlanlar» yalnız kinoda yaxşıdır.
2. Sən yəqin bilirsən ki, onun sənə münasibəti necədir. Bir insan öz hərəkətləri və davranışları ilə sənə eyham vurur ki, səni sevir və sənə də çobanyastığıda cavab axtarmaq gərəyi qalmır ( sevir-sevmir).
Davamı →

Qadınlar ən çox nəyə fikir verirlər

  • Sevgi
Yeni araşdırmalar göstərir ki, hətta bir kişinin çox yaxşı xarakteri olsa belə, xanımlar axtardıqları partnerin ən azından xoş görünüşlü biri olmasına önəm verirlər. Araşdırmaçılar 15-29 yaş aralığında olan gənc xanımlara potensial partnerlərini seçmək üçün bir sıra şəkillər və xarakteristikalar (açıqlamalar) təklif etmiş, bu müddətdə onların 37-61 yaş aralığındakı analarına da eyni informasiyadan istifadə edərək qızları üçün potensial partner seçmələri xaiş edilmişdir.

Davamı →

Qadın və kişinin fərqli xüsusiyyəti

1) Tərbiyə baxımından
Nəyə görə kişi, adətən qadından fərqli olaraq, bir ünvanı tapmaq üçün bir kimsədən soruşmaq əvəzinə, bütün ətrafı dövrə vurur?
Nəyə görə kişi, qadından fərqli olaraq, öz hisslərini gizlədir?
Nəyə görə qadın kişidən daha səliqəli və çalışqan olur?
Çünki uşaqlıqdan hər iki cins tərbiyə olunarkən, oğlana “Sən qız deyilsən, ağlama”, qıza isə “Sən oğlan deyilsən, qız səliqəli olmalıdır” deyilir.
Valideynlər oğlanı tərbiyə edərkən onda məsuliyyətliliyi, inadkarlığı, əminliyi və hisslərini cilovlamaq kimi xüsusiyyətləri inkişaf etdirməyə çalışırlar. Lakin qızlarda tamam başqa xüssiyyətləri və keyfiyyətləri inkişaf etdirirlər.
Davamı →

Münasibətlərə zərər verən 5 davranış

  • Sevgi
Uşaqlıq illərindən etibarən aşiq ola və birini sevə bilərik. Həyatımızın hər mərhələsində özümüzə daha yaxın hiss etdiyimiz dostlarımız mütləq olur.

Qurduğumuz münasibətlər problemsiz davam etmir və bu səbəblə çəkişmələr, küskünlüklər, ayrılıqlar yaşaya bilirik. Sadəcə qarşı cinslə olan eşq münasibətlərimizdə deyil, həyatımıza girən hər insanla bir münasibət qurmuş oluruq və bəzən bu münasibətləri davam etdirə bilmirik. Xüsusilə uzun müddətli münasibətlərdə və evlilik mərhələsinə çatan münasibətlərdə daha çox problemlər yaşayırıq. Münasibətə bəzən özümüz öz əlimizlə zərər vermiş oluruq. Bəs münasibətimizə zərər verən davranışlar hansıdır?
Davamı →

Kişi-qadın münasibətlərinin 10 sirri

1. Münasibətlərdə hər kəs özünə qarşı diqqət axtarır.
Əgər tərəflərdən hər hansı biri kifayət qədər diqqət görmürsə, belə münasibətlərin aqibəti uğursuzluğa məhkumdur. Heç nə münasibətləri biganəlik və etinasızlıq qədər riskə atmır. Pis hərəkətlər, pis xarakter və ya zərərli vərdişlər, bununla müqayisədə əhəmiyyətsizdir.

Diqqətin iki növü var: kişi və qadın. Qadından gözlənilir ki, o, həmsöhbətinə qulaq assın. Qadın diqqət forması — müqavimət göstərmir və etiraz etmir, o, kişinin təklifləri ilə tam razılaşır. Kişi qadında məhz bu tip diqqəti axtarır. Ona lazımdır ki, qadını dediklərinə və ya təkliflərinə həmişə diqqətlə, anlayışla qulaq assın və hər şeyə maraqla yanaşsın, eləcə də cinsəl istəklərinə qarşılıq versin.
Davamı →

Qadınları kişilərdən soyudan davranışlar

Kişilər, diqqət! Bu səhvləri edirsinizsə, xanımınız sizdən soyuya bilər.

Baxımsızlıq
Kişi çox içki içir və siqaret çəkirsə, ətrafa pis qoxu yayırsa, gigiyenik təmizliyə əvvəlki qədər önəm vermirsə, qadın bundan narahat olub ona toxunmaq və sekslə məşğul olmaq istəməz.

Çox qısqanclıq
Qadınlara qarşı çox qısqanclıq və çox sahiblənmək davranışı əvvəl-əvvəl yaxşı təsir yarada bilər. Ancaq bu davranışlar şiddətə dönüşübsə, qadında mənfi təsir oyadar.

Davamı →