Qadın xəyanət edə bilərmi?

Biz hər zaman kişi 'xəyanət edər' deyərik. Halbuki, əksər qadınlar da xəyanət edə bilirlər. Hansı şərtlərdə? Nə vaxt? Necə?

 

Ümumiyyətlə, ruh boşluğu olduğu halda xəyanət edir (eynilə kişilərdə olduğu kimi). Ərindən sevgi, şəfqət, yaxınlıq; oxşama, öpmə, tərif görmədiyi zaman; ruhi, romantik ünsiyyət görmədikdə və ya ərini sevmirsə; ondan xoşlanmırsa, toxunmasından nifrət edirsə; əri onu anlamır, dinləmir, ruhuna xitab etmir və ya heç nə ilə razılaşa bilmirsə, qadın xəyanətə yönələr. Qadınlar yuxarıda saydığımız vəziyyətlərdə, insan olaraq boşluqlarını doldurmaq üçün müxtəlif müdafiə etmə mexanizmlərindən istifadə edərlər. Amma xəyanət mexanizmini, çox nadir olaraq ruhlarını təmin etmək üçün seçirlər. Çox vaxt mümkün olmayacaq insanlara aşiq olurlar. Ərlərində əskik olan şeyləri axtarırlar (entelektüalizm, yaraşıqlılıq, gülər yüzlülük, pul və s.).


Davamı →

Qadın xəyanətinin ən acı nümunəsi

  • Esse
Gərək sevəndə eləsini sevəsən ki, sonra o səmimi hislərə görə başına döyməyəsən. Düzdür, doğrudur və tamamilə zaddır. Zaddır, yəni ki, bu sevgidir, riyaziyyat deyil. Düstura, qaydaya, şərtlərə tabe olmur.

Deməli, “gərək sevəndə…” məsələsi dünyagörmüş nənələrin “yaxşı oğlana ərə getmək” nağıllarından qəti fərqlənmir. Hardan bilmək olar axı? O qədər acı nümunələr var göz önündə… Məsələn, SSRİ-nin romantik vaxtlarında sevgiylə ailə quran, qoşa göyərçinlər kimi növbəyə durub mənzil alan, problemsiz-qayğısız ailə həyatı yaşayıb gözəl-göyçək qız övladı dünyaya gətirən iki nəfərin xoşbəxtliyinə kişinin bir qəzadan sonra şikəst qalması qənim kəsildi. Kişinin ayağı kəsilmədi, sadəcə əsayla gəzməli oldu.
Davamı →

Qadınların xəyanətini göstərən 8 əlamət

  • Qadın
Heç kim aldadılmağa layiq deyil. Cütlük arasında aldatma tərəf müqabillərindən birinin digərindən kifayət qədər məmnun olmadığı və münasibətin sona çatdığını düşündükdə baş verir. Türkiyəli psixoloq Mehmet Özge ərlərini aldadan qadınlar haqqında maraqlı fikirlər söyləyib.

1. Münasibətdə hörmət, sevgi və yaxınlıq azalır
Evdə iki yad adam və ya eyni evdə yaşayan kirayənişin kimi olursunuz. Əvvəllər həyat yoldaşınızla bəlkə hər hansı şeyləri paylaşırdınız. Lakin birdən-birə qadının sizdən uzaqlaşdığını hiss edirsiniz. Xüsusi mövzular danışmaq üçün nə zaman cəhd etsəniz, o, danışmaqdan açır. Bu, onun sizdən ruhən və mənən uzaqlaşdığı mənasını verir. Həyat yoldaşınız birdən-birə sizə qarşı çox soyuq olur və sizinlə birlikdə heç nə etmək istəmir.

2. Sirli hal və davranışlar
Qəfil özünə qapanır, susqunlaşdığını müşahidə edirsiniz. Qadınınız artıq sizinlə gündəlik həyata dair heç nəyi paylaşmır. Dialoqa girməkdən çəkinir. Belə bir vəziyyətdə əlbəttə ki, dərhal həyəcana qapılmayın. Həyat yoldaşınızdan hər hansı bir problem olub-olmadığını soruşun və son zamanlar bir az fərqli davrandığını deyin. Əvvəlcə onu anlamağa çalışın.
Davamı →

Hansı xəyanət daha pisdir?

Duyğusalmı, ya cinsi xəyanət daha pisdir? 
Kişilər və qadınlar hər mövzuda fərqli düşündüyü kimi bu barədə də fərqli düşünür. Qadınlar duyğusal xəyanəti bağışlaya bilməzkən, kişilər də başqası ilə birlikdə olan qadını bağışlaya bilmir. 

Aparılan araşdırmalarda göstərilir ki, qadınlar həyat yoldaşını uşaqlarını birlikdə böyüdüb boya-başa çatdırcağı şəklində seçir. Lakin duyğusal olaraq xəyanət onların bu arzusunu öldürür və güvənlərini sarsıdır.

Kişilər isə həyat yoldaşlarının başqa bir ilə cinsi olaraq xəyanət etməsini bağışlaya bilmir. əgər uşaqları varsa, onları şübhə bütün həyatları boyu didib-dağıda bilər. Beləki, uşağın kimdən olması sualı onları heç vaxt rahat buraxmayacaq. 

Kişilər cinsi xəyanətdən qadınlar isə  duyğusal xəyanətdən olduqca peşman olur və vicdan əzabı çəkir. Aralarında inam olan qadın və kişilər münasibətlərini azad şəkildə yaşamalarına baxmayaraq, bir az qadağalar problem yarada bilmir. Çünki onlar münasibətlərini birlikdə qərar veriblər. buna görə də aralarında tam güvən olan sevgililərin xəyanət etməsi və aldatması olduqca aşağı səviyyədədir. 

Buna görə də duyğusal xəyanət hər iki tərəfə olduqca təsir edir.  Lakin aralarında güvən olmayan cütlüklərdə cinsi xəyanət daha böyük hadisəyə səbəb ola bilər.
Davamı →