İdeal qadın

Həyatda ideal adam yoxdur. Xarakterlərində bir çox müsbət keyfiyyəti daşıyan yaxşı adamların da mütləq hansısa mənfi xüsusiyyətləri olur. İdeallıq bir az ilahi, kosmik səviyyədir. Bir şeyin ən gözəl, ən mükəmməl nümunəsinə ideal deyilir.

Yeniyetməlik vaxtlarımızdan qarşı cinslə bağlı beynimizdə onun “ideal”ını qurub, formalaşdırırıq. “Mənim bəyənib, seçdiyim qadın(kişi) belə olmalıdır” deyib, həyatda qabağımıza çıxan partnyoru (partnyorları) həmin “ideal” xüsusiyyətlərə yaxınlığı ilə müəyyənləşdirməyə, seçməyə çalışırıq.

Hər bir qadının özünəməxsus, məhz qadın üçün “ideal kişi” keyfiyyətlərini özündə cəmləşdirən xəyalı var.

Bəs ideal qadın necə olmalıdır?

Burda, ümumiyyətlə, universal resept, mükəmməl model anlayışından söhbət gedə bilməz. Çünki biz, hər birimiz ayrı fərdik və hərəmizin fərqli-fərqli zövqü var. Buna baxmayaraq, qadınlarda elə universal keyfiyyətlər olur ki, bunu bir çox kişi, onlarda, yəni qadınlarda görmək istəyir.
Davamı →

Gözəl qadın

Gözəllik… Çox gözəl  sözdür, amma hazırda “seksual” sözü qədər çox işlənmir. Əslində “gözəl” sözü seksual olmayan qadınlara demək üçün istifadə edilir. Qadınları təsvir etmək üçün yüzlərlə söz istifadə etmək olar, amma “gözəl” qədər təsirlisi ola bilməz. Gözəl qadın bəlkə də ilk görüşdə sizin diqqətinizi cəlb edən qadın deyil, çünki onun əsl gözəlliyi zamanla ortaya çıxır və sizi ciddi mənada məst edir. Belə qadınlar həqiqətən çox dəyərlidir və onlarla birlikdəsinizsə, özünüzü şanslı hiss etməlisiniz.

Qadını “seksual” olmaqdan savayı, həm də gözəl edən 10 təməl xüsusiyyət:
Davamı →

Qadın tipləri

Vampir qadın
Bu tip qadınlar kişiləri cəzb etsə də, heç bir kişini həqiqətən sevmir. Vampir qadın ona vurulan kişilərin əzablarına baxmaqdan zövq alır. Belə qadın tiplərinə tarixi şəxsiyyətlərdən Kleopatranı misal göstərmək olar. Bəzi məlumatlara görə, Kleopatra onunla bir gün olsa belə, sevgi yaşamaq istəyən kişilərdən həyatını qurban verməyi tələb edirdi.
Qeyd edək ki, kişilərin əksəriyyəti nədənsə belə tip qadınların toruna asanlıqla düşür. Kişilər vampir qadınlarla münasibətin pis nəticələnəcəyini anlasalar da, sevgilərindən geri dönmürlər.
Vampir qadınlar heç də həmişə gözəlliyi ilə seçilmir. Lakin o, hər zaman cəzb edir.

İlham pərisi
Uzaqda yaranan xəyallarmələyini heç cür tutmaq olmur. Belə qadınlar kişiləri ilhamlandırır. Xüsusilə də belə qadınlar yaradıcı insanları maraqlandırır. Belə qadının diqqətinə, sevgisinə asanlıqla nail olmaq olsa da, onlar sirli qalmağı bacarır. İlham pərisi tipinə aid olan qadınların sanki bir hissəsi başqa dünyada, çox uzaqlarda uçur və bu uzaqda yaranan xəyallar mələyini heç cür tutmaq olmur. Elə bu cəhət də bir çox rəssamları, şairləri cəzb edir.
Onlar bu harasa uçub gedən gözəlliyi tutmaq istəyir, amma bu çox qısa müddət ərzində mümkün olur. Və ilham pərisi yenə də mələk kimi uçaraq reallıqdan uzaqlaşır. Bu qadın tipinə misal olaraq rəssam Salvador Dalinin həyat yoldaşı və ilham pərisi olan Qalanı göstərmək olar.
Kişilərə elə gəlir ki, onlar belə qadınla ailə həyatı qursalar çox xoşbəxt olacaqlar.

Gözəl xanım
Sadalanan qadın tiplərindən fərqli olaraq bu qadınlar gözəl olur və öz gözəlliyini dərk edirlər. Bu qadınlar məhz gözəl olduqlarını bildikləri üçün sakit və təmkinli olur. Kişilərə elə gəlir ki, onlar belə qadınla ailə həyatı qursalar, çox xoşbəxt olacaqlar. Adətən gözəl xanımlara müxtəlif kişilər maraq göstərir. Əksər hallarda kişilər belə qadınlarla ailə həyatı qurmağı arzulayırlar.

Romantik qadın
Sirli qalan bu qadınlar gözəl və ya sadəcə baxımlı ola bilərlər. Bu tipə aid olan qadınlar gözəl olsalar belə öz gözəlliyini anlamırlar. Məhz bu cəhət də onları maraqlı edir. Belə ki, kişilər hiss edir ki, belə qadınlar özlərinə əmin deyillər və onlara nə qədər gözəl olduqlarını sübut etmək istəyirlər.

Şıltaq qız
Bu tip xanımlar yeniyetmələr kimi özünü aparır. Onlar yeniyetmələr kimi geyinməyə də üstünlük verir. Bu xanımlar şıltaq və sadəlövh olurlar. Şıltaq qız tipinə aid olan qadınlar üçün hər şey maraqlı gəlir. Onlar sanki hər şeyi özləri üçün yeni kəşf edirlər. Şəxsi münasibətlər zamanı belə qadınlar oynamağı, şıltaq olmağı, yeniliklər etməyi sevirlər. Bu qadınlar üçün kişi ilə münasibət oyundur. Amma onlar vampir qadınlar kimi qəddar və zülmkar deyillər. Kişilər belə qadınlarla münasibət qurmağa can atır. Belə ki, belə qadınlar onlara cavanlıq illərində yaşadıqları hissləri yenidən yaşadır. Şıltaq qızlarla kişi özünü problemlərdən uzaq və məsuliyyətsiz hiss edir.

Yüngül təbiətli qadın
Belə qadınların əksər hallarda bütün kişilər xoşlarına gəlir. Bu səbəbdən də bu tipə aid olan qadınlar heç kimə yox demir və bütün kişilərlə mehriban davranır. Onlar üçün çoxlu kişilərlə münasibət qurmaq həyat tərzidir. Belə qadınlar adətən başqalarının qınaq obyektinə çevrilir. Onlara kişilərdən yalnız məhəbbət lazımdır. Belə qadınlarla kişilər xoşbəxt olsalar da, bu uzun sürmür.

Sakit və diqqəti çəkməyən qadın
Sakit və diqqəti çəkməyən qadın. Onlar sakit və utancaq olurlar. Diqqəti çəkməyi sevməyən bu qadınlar kütlə içındə seçilmirlər. İşdə, müxtəlif ictimai fəaliyyət zamanı da onlar özlərini çox sakit aparırlar. Belə qadınlar öz gizli arzularını birüzə verməyə qorxur və maraqsız həyatlarını xəyallar qurmaqla doldururlar. Xəyallarda özlərini olduğundan fərqli görür və başqa cür davranırlar. Onların daxili aləmi fantaziyalarında canlanır. Adətən çoxlu komplekslərdən əziyyət çəkirlər. Komplekslərin əksəriyyəti isə əsassız olur. Lakin onlar sadiq həyat yoldaşı və yaxşı dost olurlar. Onların xarici görünüşü də davranışları kimi diqqəti çəkmir. Çox vaxt makiyaj etməyən bu qadınların baxışları aşağı yönəlir, bədənləri isə hərəkətsiz qalır, belləri bir qədər də olsa bükülü formada olur.

Aylin Kamilova
Davamı →

Dodaq boyasının rəngi nədən xəbər verir?

Diqqət çəkən qırmızı və ya göz qamaşdıran çəhrayı...
dodaq boyalarıDodaqlarında fərqli rəngləri təcrübədən keçirməyi xoşlayan qadınlar var. Lakin qadınların kişilər üçün də bəzəndiyini unutmaq lazım deyil. Bunu nəzərə alıb kişilərin sevdiyi pomada rəngləri öyrənək.

Taylor Swiftin klassik qırmızı pomadası  – Bu, “Mənə baxın rəngidir”. Bütün diqqətləri üzərimdə hiss etmək istəyirəm deməkdir. Rəfiqələrinizlə bir yerdə oturub və kimləsə tanış olmaq istəyirsinizsə, əsl qırmızı axtardığınız rəngdir. 

Blake Livelynin odlu çəhrayı pomadası – Bu rəng klassik və romantik çəhrayı tonlarına daxil deyil. Bu rəngdə daha çox punk, rok ulduzu və məcara axtaran insanların ruhu var. Bu sizin fərqli olmaqdan qorxmadığınızı əks edən rəngdir. Bu rəng pomada çəkən qızlar yaxşı musiqi dinləyir və romantik şahzadə deyil.

Ronney Maranın tünd bənövşəyi pomadası – Bu riskli olmaqdan qorxmuran deyən cəsur qadınların rəngdir. Bir az fərq yaradan qadınlardan olduğunu göstərir. Qaranlıq və ikinci mənası yoxdur. Sadəcə fərqliliyi sevənlər üçün idealdır. 

Jennifer Lopezin təbii dodaq boyaları – Dəri ilə eyni rəngdə pomada çəksəniz, uzun müddət soyuq yerdə qalmış bir adama ya da cəsədə bənzəyəcəksiniz. Bu rəng çox sıxıcıdır. Neytral rəngli dodaqlar qadınları gözəl göstərmir. 

Kristen Dunstın açıq narıncıı pomadası – Bu, “Fanta istəyirsən?”  sualını xatırladır. Yəni, bu rəngdə pomada çəkən qızların fərqli və əyləncəli xarakterə malik olduğu anlaşılır. Həmçinin özünə güvənin də yüksək olduğu düşünülür. Yeni şeyləri təcrübədən keçirməyi xoşlayaırlar. 

Lady Gaganın metalik pomadası  – Bu gənc qızlara aid pomadadır. Yəni, yetkin yaşda və ciddi həyatı olan bir qadının bu pomadadan istifadə etməsi düzgün deyil və onları bəsit göstərir.
Davamı →