Qadın xəyanətinin ən acı nümunəsi

  • Esse
Gərək sevəndə eləsini sevəsən ki, sonra o səmimi hislərə görə başına döyməyəsən. Düzdür, doğrudur və tamamilə zaddır. Zaddır, yəni ki, bu sevgidir, riyaziyyat deyil. Düstura, qaydaya, şərtlərə tabe olmur.

Deməli, “gərək sevəndə…” məsələsi dünyagörmüş nənələrin “yaxşı oğlana ərə getmək” nağıllarından qəti fərqlənmir. Hardan bilmək olar axı? O qədər acı nümunələr var göz önündə… Məsələn, SSRİ-nin romantik vaxtlarında sevgiylə ailə quran, qoşa göyərçinlər kimi növbəyə durub mənzil alan, problemsiz-qayğısız ailə həyatı yaşayıb gözəl-göyçək qız övladı dünyaya gətirən iki nəfərin xoşbəxtliyinə kişinin bir qəzadan sonra şikəst qalması qənim kəsildi. Kişinin ayağı kəsilmədi, sadəcə əsayla gəzməli oldu.
Davamı →

Ağıllı qadınlardan 10 mühüm məsləhət

Hər şeyi öz axarına buraxın
Artıq baş vermiş hadisənin qarşısını almağın üsulları barədə fikirləşməyin. Hadisə onsuz da baş verib, hər şeyi olduğu kimi qəbul etməyi öyrənin. Hadisənin baş vermə səbəblərini anlamağa və ondan düzgün nəticə çıxarmağa çalışın. Bu, uğur qazanmağın ən vacib qaydalarından biridir.

Sızıldanmayın və taledən şikayətlənməyin
Əgər işləriniz istədiyiniz kimi getmirsə, bu, o demək deyil ki, hər şey pisdir. Həyatda çətinliklər həmişə olur. Müxtəlif vəziyyətlərdə onların öhdəsindən layiqincə gəlməyi öyrənin. Bilin ki, problemləriniz heç kimə lazım deyil, inilti və şikayətlərin sizə kömək etməyəcəyi dəqiqdir. Daha yaxşı olmaq üçün zərərli vərdişlərin qurbanı olmayın.

Baxımlı olun
Makiyajsız da yaxşı görünmək mümkündür. Saçlarınızın, dərinizin qeydinə qalın, sağlam qidalanın və manikür edin. Geyiminiz isə hər zaman səliqli olmalıdır.
Davamı →

Xoşbəxt qadın

ABŞ-dakı «Huffington Post» saytı şəxsi və iş həyatında xoşbəxt olmaq istəyən qadınların etməməsi lazım olan 16 hərəkəti qeyd edib. Saytın araşdırmalarına görə, xoşbəxt olmaq istəyən qadınlar bunları etməməlidir:

1. Tez-tez üzr istəmək.

2. Hər kəsə ''Bəli'' demək.

3.
Qidanı düşmən kimi görmək.

4. Öz vücudunu pisləmək.

5.
Hər gün hündürdaban ayyaqabı geyinmək.

6. Başqa qadınların intim həyatını müzakirə etmək.

7. Super görünməyə can atmaq.

8. Hər şeyin, hətta xəstəliklərin belə cavabını internetdə axtarmaq.

9. Tənha qalmaqdan qorxmaq.

10. Darıxdırıcı dostluqlara davam etmək.
Davamı →

Qadın xoşbəxtliyi

Ailə həyatı qurularkən hər bir qadın istəyir ki, həyat yoldaşı onu daim ön planda qoysun və hər şeydən üstün saysın. Hər an və hər zaman onu xatırlasın, hər şeydə ona üstünlük versin, hətta ər onun istəklərinə görə öz istəklərindən də imtina etsin. Çünki qadın bütün ömrünü onunla keçirməyə razılıq verib, öz ata evindən köçüb ərin evinə gəlib və tam varlığı ilə ərinə tabe olubdur. Qadın həyat yoldaşından ən isti və ülvi sevgini gözləyir, bir bədəndə iki şəxsin yerləşməsi kimi yaxın olmaq istəyir, mənzildə qoyulmuş mebel və ya bir əşya kimi evdə oturmağı diləmir. Bütün bunları arzulayarkən, ər evinə gələr-gəlməz qısa bir müddət keçən kimi sanki bütün xəyallarının puç olduğunu düşünür.
Ardı →