Yaradıcılığı tale, taleyi də yaradıcılıq olanlar

Ədəbiyyata kişilər qədər qadınlar da həmişə töhfələr verib. Onların arasında Nobel və digər nüfuzlu ədəbi mükafatları alanlar da az olmayıb. Elə Azərbaycan ədəbiyyatının yükü də kişilərlə bərabər, qadınların da çiyninə düşüb. Çağdaş ədəbiyyatımızda da sevilən və tanınan imzalar az deyil. «Müzakirə”mizdə qadınların ədəbiyyatdakı fəaliyyətinə toxunduq.

Davamı →

Virciniya Vulf - Ədəbiyyatda feminist inqilabı edən qadın

Feminizm və ədəbiyyatda fikir axını texnikası deyiləndə ağla ilk gələnlərdən biri Virciniya Vulf olur.
25 yanvar 1882-ci ildə Londonda dünyaya gələn yazıçı daha çox “Özünə aid bir otaq”, “Mayaka doğru”, “Dalğalar”, “Missis Dallouey” əsərləri ilə tanınır.

Adi bir fikirlə başlayıb bir neçə dəqiqə sonra insanı tamamilə başqa mövzuda düşündürməyə başlayan fdüşüncə zənciri – fikir axını Vircinya Vulfun əsərlərində istifadə etdiyi əsas texnika idi. Məh bu vasitə ilə o, yaratdığı obrazların daxili monoloqlarını bütün çılpaqlığı ilə oxucuya çatdıra bilirdi. Bununla da yazıçı qaydalardan və qəliblərdən kənara çıxıb ədəbiyyatda modernist hərəkatın əsas nümayəndələrindən oldu.
Davamı →

Fantastika janrının böyük qadın yazarı Andre Norton

Андрэ НортонFantastika janrının böyük qadın yazarı, 20-dən çox mükafatın laureatçısı Andre Norton 1912-ci il fevralın 17-də Klivlenddə, ştat Oqayoda anadan olub. O, məktəbdə tez-tez kitabxanalara baş çəkib, çox oxuyub, məktəbdə divar qəzetinin redaktoru kimi çalışıb və bu qəzet üçün özünün birinci nağıllarını yazıb.

Andre Norton 1930-1932-ci illərdə Vestern universitetində təhsil alıb, 20 il Klivlend ictimai kitabxanasında işləyib. O, 1950-1956-cı illərdə Cırtdanpress nəşriyyatının redaktoru kimi fəaliyyət göstərib.

A.Norton birinci kitabını hərbi roman janrında 1934-cü ildə yazıb və “Şahzadənin əmri” adı ilə çap edib. O, 1947-ci ildə əsərlərini fantastik janrda yazmağa başlayıb. Nortonun yaradıcılığında fantastik janrda yazılmış romanları içərisində ən məşhurları bunlardır: Kraterin insanları, Ulduzlar qapısı, Günəş kraliçası, Cadügərlik dünyası.
Davamı →

Banin

Əsədullayeva Ümm-Əl-Banu Mirzə qızı (Banin) — Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı olub. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin yanvar ayında anadan olub.

Sonralar o öz taleyi haqqında yazırdı: “Mən doğma anamı tanımırdım. Çünki, gözünü açanda o artıq dünyasını dəyişmişdi”. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər atasını həbs edirlər, babalarının var-yoxu əllərindən alınır. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir.

O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir… Sonradan Banu fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.
Davamı →

Əzablı ömür yaşamış yazıçı

Şarlotta BronteFaciəli həyatı və «Ceyn Eyr» alı romanı ilə tanınan ingilis yazıçısı Şarlotta Bronte 1816-cı il aprelin 21-də İngiltərədə «Tronton» məzarlığına baxan keşiş ailəsində doğulub.

Rahib atası və içki aludəçisi olan qardaşıyla yanaşı, dörd istedadlı bacıları olan Şarlotta şəhərin qaynar həyatından kənarda yaşamışdır. İrlandiyadan İngiltərəyə köç edən ailə daima yoxsulluq içərisində olmuşdu. Atası Patrix Brönte rahib idi. Anası Meri cavan yaşlarında xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra, ailənin bütün çətinlikləri Şarlottanın böyük bacısı Mariyanın çiyinlərinə düşür.

Atası 1824-cü ildə çətin dolanışıq ucbatından onları Koun-Bricdə yetimlər üçün ponsionata verir.
Bir müddət sonra oxuduqları məktəbdə yayılan vərəm xəstəliyinə yoluxan, Şarlottanın və o biri uşaqların qayğısına qalan böyük bacı Mariya, ardınca isə Elizabet rəhmətə gedirlər.
Davamı →

Şarlotta Bronte və onun şah əsəri “Ceyn Eyr”

İngilis yazıçısı Şarlotta Bronte 1816-cı ildə Yorkşirdə anadan olub. Bronte bacıları — Şarlotta Bronte, Anna Bronte, Emili Bronte XIX əsr ingilis ədəbiyyatında tənqidi realizmin banilərindəndir. 
Şarlotta pansiyonda ödənişli təhsil alıb. Emili və Anna isə ev təhsili alıb. Məktəb haqqında Şarlottanın yaddaşında qalan acı xatirələr onun “Ceyn Eyr” əsərində özünü göstərir.

Pansiyonu bitirdikdən sonra orada o, müəllimə kimi işləməyə başlayır. 1837-ci ildə o öz şeirlərini dövrün məşhur şairi Robert Santa göndərir. Ancaq cavab olaraq Robert Sant yazır ki, ömrünü tam olaraq şeirə həsr etmək qadın işi deyil. 

1846-cı ildə 3 bacı öz şeirlərindən ibarət toplu nəşr etdirir. Kitabın adını «Bell» qoyurlar. Amma onlar kişi təxəllüsündən istifadə edirlər. Şarlotta — Karres, Emili — Ellis, Anna — Ekton. 1847-ci ildə eyni təxəllüslərlə öz şeirlərini Londona göndərirlər. Emilinin «Tufanlı aşırım », Annanın «Aqres Qrey» əsəri qəbul olunur. Şarlottanın «Müəllim» əsəri isə rədd edilir.
Davamı →

Azad ruhlu uşaqların yazarı - Astrid Lindgren

XX əsrin əvvəllərində İsveç uşaq ədəbiyyatı
Astrid Lindgren 1907-ci ildə anadan olmuşdu. İsveçdə uşaq ədəbiyyatının onun adı ilə başlandığı hesab olunur. Ancaq bu doğru deyil: Lindgren anadan olanda İsveçdə artıq görkəmli uşaq yazıçıları və gözəl uşaq ədəbiyyatı var idi. Məsələn, Selma Lagerlöf-un “Nilsin vəhşi qazlarla möhtəşəm səyahəti” əsərini göstərmək olar. Bu pedaqoji roman uşaq ədəbiyyatının klassikasıdı: O, yazıçıların niyə uşaqlar üçün xüsusi əsərlər yaratmağa başladıqlarını parlaq şəkildə əks etdirir. Bu, ilk növbədə böyüklərə lazım idi – uşağa çox vacib məsələləri anlatmaqdan ötrü vəsait qismində.

Selma Lagerlöf müəllimə idi və məhz, öz işi gərəyi maraqlı mətnlər uydururdu. Yuxarıda adı çəkilən nağılı da sadəcə ölkə coğrafiyasını uşaqlara əyləncəli şəkildə izah eləməkdən ötrü yazmışdı. Qazlar bir məkandan digərinə uçduqca həmin məkanda hansı şəhərlərin yerləşdiyindən, flora və faunasından danışmaq mümkün idi. Tədris ideyası ilə yanaşı bu kitab həm də tərbiyəvi əhəmiyyət daşıyırdı. Əsərin əvvəlindəki və sonundakı Nils – iki fərqli oğlandı. Selma Lagerlöf deyir ki, insanın elə-belə, durduğu yerdə dəyişməsi mümkün deyil. Yalnız nə isə yaşayandan, müəyyən sınaqlardan keçəndən sonra dəyişmək olar. Yalnız şəxsi təcrübə insana dəyişmək imkanı verir.
Davamı →

Ədəbiyyatın pis qadınları

Ədəbiyyatın “pis uşaqları” deyəndə ağlımıza kimlər gəlir? Martin Amis, Salman Rüştü, Conatan Franzen, Ernest Heminquey.
Bəs qadınlardan yazarlardan kimləri “pis qadın” adlandıra bilrəik? “Flavorwire” saytı hazırladığı ədəbiyyatın “ədəbsiz” qızlarını müəyyənləşdirməyə çalışır. 

 Sapfo (e.ə. 630-570; Qədim Yunan şairəsi)
O Yunanstanın ən məşhur lirik şairlərindən sayılırdı. Lesbos adasında dünyaya gələn Sapfo altı yaşında yetim qalanda qohumları onu orada olan hetera məktəbinə (gənc fahişələrə incəsənəti, rəqs və bədii qiraət, sevişmə qaydalarını öyrədən məktəb) verirlər. Burada onun şairlik qabiliyyəti üzə çıxır və tezliklə Sapfo kübar cəmiyyətin bəzəyinə çevrilir.


Ardı →