Qadının yaradılışı və müasir cəmiyyətdə rolu

Qadın yaxşı bir ana, yaxşı bir yoldaş, mərhəmət timsali, şəfqət abidəsi və hamısından əhəmiyyətlisi ‘‘Allahın insanlığa rəhməti’’ dir. Bu ucalıqlara sahib olan belə bir varlığı yenidən oxumaq və İslamın ona verdiyi uca dəyərləri yenidən canlandırmaq üçün, ən son din olan İslam dininin uca dəyərlərini araşdırmamız lazımdır.

Bu məqalədə Allahın insan olaraq yaratdığı varlıqlar içərisində iştirak edən qadının şəxsiyyəti və ucalığını ələ alaraq ona İslamın verdiyi gerçək dəyəri ələ almağa çalışacağıq.

Uca Allah hər şeyi cütüylə yaratmışdır. Kainata baxdığımızda gördüyümüz hər şeyin bir cütünü də bərabərində görərik. Bu yaradılışın qanunu, Allahın qurduğu bir sistemdir. Xüsusilə canlılar aləmində hər şeyin bir cütü olduğu kimi hər şeyin dişisi də mövcuddur. Bu yaradılış sisteminin ən yaxşı şəkildə işləməsini təmin edən təməl ünsürlərdən biridir. Allah hər şeyi bir nizam və ölçü içərisində yaratmışdır. “Rəbbimiz! Sən bunu boşuna yaratmadın.”(Ali İmran sürəsi 191).

“Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!”.(Nəhl sürəsi 79)

Uca Allah göydə uçan quşlara, yerdə gəzən qarışqalara baxıb ibrətlər götürməmizi və dərslər çıxarmamızı tövsiyə edir. Allahın yaratdığı hər şeydə düşünən və ağılını işlədən insanlar üçün bir dərs və ibrət vardır. Eyni şəkildə bizləri yaradan Allah öz yaradılışımızda da nə qədər ibrət və dərslərin olduğunu və bunları düşünməmizi nəsihət etməkdədir. Əgər düşünsək əsla qadının özünü “niyə qadın olaraq yaradıldım?” deyərək alçaltmasının əsla doğru və islami bir davranış olmadığını görərik.
Ardı →