Qadın yataqda nə istər?

Qadınlar düşüncələrin əksinə olaraq, «həyatımda seks olmasa da olar» deyəcək qədər seksdən uzaq deyillər.
Əhəmiyyətli olan kişinin qadınına necə yaxınlaşdığı, seksi necə tələb etməyidir. Həssaslıqdan tamamilə uzaq bir seks  heç bir qadını təmin etməz. Qadınlar əvvəl bir az həssaslıqla başlayan sevişmələrdən xoşlanır. Amma bu romantikliyin dərəcəsini yaxşı nizamlamaq lazımdır. Sevgi kəpənəyi kimi gəzən kişi də heç cazibədar deyil!

qadınlar da seks istəyirÜnsiyyət qurmaq istər
Qadınlar yalnız normal həyatlarında deyil, seks əsnasında da daim tərəf müqabili ilə ünsiyyətdə olmağı istəyərlər. Əksər qadınlar sevişmə zamanı danışmaqdan xoşlanırlar. Xeyr, təbii ki bu gün günorta yeməyində nə yediyi haqqında deyil, seks arzusunu dilə gətirən dialoqlardan...

Sevişmədən sonra maraq istər
Qadınlar sevişmədən dərhal sonra, sanki qısa müddət əvvəl sevişmək üçün can atan, həyəcanlı və cəld davranan o deyilmiş kimi, dərhal geyinib evdən çıxan, televiziya izləməyə qaldığı yerdən davam edən ya da dərhal yuxuya gedən kişilərə əsəbləşir. Sevişmə sonrası asan yuxuya getmək kişilər üçün hormonal bir zərurət ola bilər amma ya digərləri… Qadınlar sevişmədən sonra da özlərinə göstərilən marağın davam etməsini istəyirlər.

Zövq nöqtələrini bilən kişi istər
Qadınlar yataqda özlərini təmin edə bilən kişi istəyir. Qadın bədənini tanıyan, qadın bədəninin zövq nöqtələrinə hakim olan kişilər şanslıdırlar.
Davamı →

Dünən gecə (Bütün Qadınlar Üçün)

  • Qadın
Adamın biri xəstələnir. O gün canı işə getmək istəmir. İçindən Allaha belə bir dua edəcəyi tutur:
— «Allahım, hər gün işə gedib 8 uzun saat boyunca evim və yoldaşımın rahatı üçün çalışıram, yoldaşım isə yalnız oturur. Nə olar, bir gün mənim yerimə keçib, nə qədər çətin bir həyat yaşadığımı görməsini təmin et.»
Birdən-birə adamın diləyi yerinə gəlir. Ertəsi səhər, arvadının bədənində oyanır. Dərhal yataqdan atılır, yoldaşının yeməyini hazırlayır, uşaqlarını oyandırır. Paltarlarını hazırlayır, onların da yeməyini yedizdirir. Bəslənmə çantalarını hazırlayır, uşaqları məktəbə aparır.
Ardı →

Qadınlar 1 ilini nəyə xərcləyir?

İngiltərədə edilən bir araşdırma, qadınların, həyatlarının təxminən bir ilini nə geyəcəklərinə qərar verməyə xərclədiyini göstərdi.
İngilis Daily Telegraph qəzetinin xəbərində, yaşları 16 elə 60 olan 2491 qadının iştirakıyla edilən araşdırmada, qadınların ortalama olaraq həyatlarının 287 gününü, işə, axşam yeməklərinə, dəvətlərə, tətilə, idmana və digər fəaliyyətlərə nə geyəcəklərini seçə bilmək üçün qarderoblarını qarışdıraraq keçirdiyini ortaya qoyduğu bildirildi.Bu müddətin böyük hissəsinin, cümə və ya şənbə axşamları ilə tətil üçün uyğun paltar seçkisinə ayrıldığı ifadə edildi.
Ardı →

Dahilərin qadınlar haqqında dediklərindən

Kişilər qadınlar haqqında çox söz deyib. Bu siyahıya daha bir neçə insanın fikirlərini də qataq:
* Plutharkos: işıqlar söndüyü zaman bütün qadınlar gözəldir.
* Talleyrand: qadınlar, fürsətdən tez faydalanmağa qalxan kişisni bağışlayarlar amma fürsəti qaçıranı bağışlamazlar.
* Mere: gözəllik təbiətin qadınlara ilk verdiyi və ilk geri aldığı hədiyyədir.
* İsmayıl Həbib Sevük: gücü kişiyə, gözəlliyi qadına vermişik. hər şeyi məğlub edən güc, tək gözəlliyə məğlub olacaq.
* Shakespeare: qadın sözü, zəiflik sözü ilə eyni mənanı verər.
Ardı →

Kişilərin xoşu gəlmədiyi xüsusiyyətlər

Kişi və qadın olmasından asılı olmayaraq heç bir insan ideal deyil. Bəzi hallarda insan, xüsusilə kişi və qadın arasındakı münasibətlərdə, özündən asılı olmayaraq başqalarını öz hərəkət və davranışları ilə qıcıqlandıra bilər. Bu məqalədə kişiləri qadınların davranışında qıcıqlandıran bəzi faktorlarla tanış olacağıq.

Beləliklə başlayaq :)

Punktuallığın olmaması. Qadınların naz-qəmzəsi nə qədər görməyə alışdığımız şeylər olsa da, onlara görüş yerinə gecikmək də xasdır. Bəli bu sadəcə 10 dəqiqə də ola bilər. Xırda, hətta əhəmiyyətsiz bir şey kimi görənsə də, əmin olun bu kişiləri çox qıcıqlandıra bilər :) Bəli, çoxlarınız deyəcəksiniz, indiyə qədər sevgilinizlə görüşə heç vaxt gecikməmisiniz :) bəziləriniz isə iddia edəcək ki, gecikməklə sevdiyiniz insanları yoxlamaq imkanı qazanırsınız. Üçüncü bir qisminiz isə, kişilərin onsuz da sizə elə bir yardımının toxunmadığını bildirməklə, onlardan qisas aldığınızı deyəcəksiniz :)
Ardı →

Güclü qadınlar

Güclü qadınlar bizim aramızdadır. Onlar da səhərlər qəhvə və ya çay içir, kitab oxuyur, vergi ödəyirlər, müqavilələr imzalayırlar, ev işləri ilə məşğul olurlar, səhərlər balaca balalarını bağçaya qoyduqdan sonra işə qaçırlar, işdən sonra tez evə qaçaraq həyat yoldaşları üçün yemək bişirilər...Bəs niyə sadəcə «onlar»? Hər bir qadın-Güclü qadındır… Böyük şəhərlərdərki baş gicəlləndirici həyat tərzi qadınları güclü olmağa məcbur edir.İş günü, təhsil, işgüzar görüşlər başa çatdıqdan evə gəlib rahat şəkildə dincəlmək,ağır iş gününün yorğunluğunu çıxarmaq üçün getdikcə daha az vaxt qalır. Bunun əvəzinə qadınlar evə çox vaxt hava qaralandan sonra gəlir, birtəhər evdə səliqə səhman yaradır, yemək bişirirlər...və başqa bir şey etməyə nə güc, nə də həvəs qalır, sadəcə yatmaq..Yenidən səhər tezdən qalxmaq. Və dünənki hadisələr yenidən təkrarlanır…


Ardı →

Qadınların psixologiyası

  1. Qadınlar istəsə, lap qabları da yuyarlar, amma istəmirlər.
  2. Biz axmaq şeylər danışanda Qadınlar susurlar.
  3. Biz ağıllı sözlər deyəndə də Qadınlar susurlar.Qadınlar bir gün (heç olmasa bir dəqiqəlik) anlayacaq ki, bizdən yaxşısı yoxdu.
  4. Qadınların prinsipləri var, bəzilərini heç qəbul eləyə bilməsək də.
  5. Qadınlar bizdən hündürdü, yuxarı rəfdən kitabı çox rahatlıqla götürürlər.
  6. Qadınlar bizə «Səni sevirəm» deyəndə başa düşürsən ki, sən də varsan.
  7. Qadınlar kompüteri və texnikanı daha yaxşı söküb-yığırlar. Bəzən yığa bilmirlər.

Davamı →

Qadınların yaxşı ev xanımı olmasını qiymətləndirmək üçün test


Qadınların yaxşı evdar xanım olmasını qiymətləndirmək üçün Bolqarıstanda tədbiq olunmuş test sualları.Əziz xanımlar bu testdən keçmək istəyirsinizsə seçdiyiniz variantlara uyğun xalları toplayın.


 1-Tutaq ki, evdə zəruri əşyların çoxu yoxdur və siz yalnız bir əşya ala bilərsiz. Hansını seçərdiz?

a) soyuducu (30 xal)
b) televizor (5 xal)
c) paltaryuyan maşın (20 xal)
d) palto (10 xal)



Ardı →

Qadınlar...

Allah qadını yaratmaq üçün 6 gün gecə gündüz çalışırdı. Bir gün mələklərdən biri soruşur: " Sən nə üçün onun üzərində bu qədər işləyirsən?"
Allah cavab verdi:- Bəs sən onu yaradacağım parametrləri görmüsən?  " O gərək yuyucu olsun, amma plastmasdan yaradılmasın, 200-ə yaxın hərəkət edici hissələrdən ibarət olmalıdır və onların hər biri əvəzedilməz olmalıdırlar, o gərək bütün yeməklərdə işləməlidir, bir neçə uşağı qucaqlaya bilməlidir və bununla da bütün yaraları — diz ağrısından tutmuş ürək ağrısına qədər sağaltmalıdır. Bütün bunları isə o yalnız iki əli ilə bacarır..."

Ardı →

Quranda qadın


BİZ SƏNƏ KÖVSƏR ƏTA ETDİK

Bağışlayan və mehriban Allahın adı ilə.


1. Həqiqətən, biz sənə Kövsər (Fatimə (s.ə)) bəxş etdik.


2. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!


3. Həqiqətən, sənin düşməninin özü sonsuzdur!


(Kövsər surəsi)




Ardı →