Qadınlar üçün afrodiziaklar

Hər iki cinsin nümayəndələrində cinsi həvəsi artıran qida məhsullarının və bitkilərin mövcudluğu dövrü qədimdən məlumdur.

Qədimdə bu bilgilər yalnız kahin, hökmdar və zadəgan ailələrinə məlum idi və qorunaraq gələcək nəslə ötürülürdü. Müasir dövrdə isə afrodiziak qidalar barədə məlumatı istənilən hər kəs əldə edə bilər.

Afrodiziaklar cinsi həvəsi artıran maddələrdir və bu ad yunan mifologiyasında məhəbbət və gözəllik ilahəsi sayılan Afroditanın şərəfinə verilib. Orta əsrlərdə afrodiziaklar “sevgi eliksiri” adı ilə tanınır və geniş istifadə edilirdi.

Qadında cinsi həvəsin zəifləməsinə səbəb olan ilkin faktor qanda testesteron səviyyəsinin aşağı düşməsidir. Kişi cinsi hormonu hesab olunsa da, testesteron qadın orqanizmi üçün də olduqca vacibdir, çünki o həm hormonal balansı normada saxlayır, həm də cinsi həvəsi təmin edir. İkinci vacib faktor kimi qəbul edilən stress və natamam yuxu sinir sisteminin gücünün tükənməsinə, xroniki yorğunluğa və həvəsin azalmasına səbəb olur. Siqaret çəkən qadınlarda da cinsi istək daha zəif olur.
Davamı →

Evdar qadın olmağın mənfi tərəfləri

Alimlər evdarlığın qadın orqanizminə pis təsir etdiyinin söyləyirlər. Bəzi qadınlar var ki, onlar öz həyatlarını ev işlərinə, uşaqlarının tərbiyəsinə, mətbəxə həsr etsələr, həyatlarının daha yaxşı olacağını düşünürlər.

Onarın fikrincə qadın işləyərsə, uşaqların təhsil və tərbiyəsi geri qalar, ev isə natəmizlikdən batar. İngiltərə alimləri uzun müddət qadınların kişilərdən daha çox nevroz və depressiyadan əziyyət çəkdikləri barədə araşdırmalar aparmışlar.

Uzun müddətli araşdırmalar evdar xanımların əsəb sisteminin daha tez korlandığını qeyd etmişlər. Belə ki, bütün gününü evinə həsr edən xanımlar əsəb xətləliklərindən əziyyət çəkmələri ilə yanaşı onlarda azhərəkətliliyə görə piylənməyə meyl olur.

Evdar qadınların piylənməsi və depressiyaya düşməsi arasında bir əlaqə olduğunu qeyd edən alimlər, problemi aradan qaldırmaq üçün qadınların iş həyatına qarışmasını tövsiyə edirlər. İşə getsəm “ev və uşaqlar batar” düşüncəsi ilə yaşayan qadınların əslində səhv düşündüklərini söyləyən alimlər, qadınların işlədikləri zaman depressiyadan çıxacaqlarını qeyd edirlər. Çünki cəmiyyətə qarışmaq, işləyib öz qazancını xərcləmək, insana öz güvən hissini aşılayır.
Davamı →

Qadın sağlamlığına mənfi təsir edən amillər

Sağlamlığı qocalığa kimi saxlamaq mümkündür. Həkimlər daim təkrar edir ki, insan orqanizmi çox davamlıdır və müəyyən qaydalara əməl etdikdə sağlamlığı ahıl yaşlara kimi qoruyub saxlamaq mümkündür. Bəzən adi gündə etdiyimiz hərəkətlər, gödüyümüz işlər bizim sağlamlığımızı korlayır və sonra biz təəccüblə həkimlərdən soruşuruq — bu xəstəlik məndə niyə əmələ gəldi? mən nəyi düz etmədim?

Burada biz qadın sağlamlığına mənfi təsir edən bəzi amilləri sadalamaq istəyirik.
Davamı →

Kişilərin cavab tapmadığı sual: qadın nə istəyir?

Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda güclü və dözümlü. Bəs nəyə görə kişilər qadınların çətin xaraketli olduğunu və nə istədiklərini bilmədiklərini düşünürlər? Ziqmund Freydin belə bir deyimi var: “30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”

Maraqlıdır, kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək doğrudanmı bu qədər çətindir?! Qadın həyatda elə bir kişi arzulayır ki, hər bir frekansda onunla bərabər ola bilsin. Bu, bir qayda deyil, amma şüuraltı əsasən gözəl qadınlar məhz bu tip kişiləri arzulayırlar. Bununla belə, qadınlar güvən verməyən kişilərə təəccüblü olsa da, nifrətlə yanaşırlar. «Bir qadının kişiyə qarşı diqqətini nə çəkə bilər?» sualına belə bir cavab verə bilərik. Kişinin özgüvənli olması, özünə hörmət və nəzarət etmək bacarığı qadının diqqətini çəkir. Əksər kişilər qadınlar haqqında «nə istədiklərini bilmirlər» sözünü tez-tez deyirlər. Amma gəlin baxaq. İstənilən qadına bu sual verilsə, “burda çətin nə var ki?!” cavabını almaq olar.

Kişi sərbəst və özünə inamlı olmalıdır. Hətta qürurlu, güclü xanımlar özgüvənli kişinin yanında özlərini sevilən qadın kimi görmək istəyirlər.
Davamı →

Qadınların xəyanətini göstərən 8 əlamət

  • Qadın
Heç kim aldadılmağa layiq deyil. Cütlük arasında aldatma tərəf müqabillərindən birinin digərindən kifayət qədər məmnun olmadığı və münasibətin sona çatdığını düşündükdə baş verir. Türkiyəli psixoloq Mehmet Özge ərlərini aldadan qadınlar haqqında maraqlı fikirlər söyləyib.

1. Münasibətdə hörmət, sevgi və yaxınlıq azalır
Evdə iki yad adam və ya eyni evdə yaşayan kirayənişin kimi olursunuz. Əvvəllər həyat yoldaşınızla bəlkə hər hansı şeyləri paylaşırdınız. Lakin birdən-birə qadının sizdən uzaqlaşdığını hiss edirsiniz. Xüsusi mövzular danışmaq üçün nə zaman cəhd etsəniz, o, danışmaqdan açır. Bu, onun sizdən ruhən və mənən uzaqlaşdığı mənasını verir. Həyat yoldaşınız birdən-birə sizə qarşı çox soyuq olur və sizinlə birlikdə heç nə etmək istəmir.

2. Sirli hal və davranışlar
Qəfil özünə qapanır, susqunlaşdığını müşahidə edirsiniz. Qadınınız artıq sizinlə gündəlik həyata dair heç nəyi paylaşmır. Dialoqa girməkdən çəkinir. Belə bir vəziyyətdə əlbəttə ki, dərhal həyəcana qapılmayın. Həyat yoldaşınızdan hər hansı bir problem olub-olmadığını soruşun və son zamanlar bir az fərqli davrandığını deyin. Əvvəlcə onu anlamağa çalışın.
Davamı →

Qadınların evlilikdən qorxmasının səbəbi

  • Qadın
Bağlanmaq qorxusu münasibətdə qadın və kişini narahat edən əsas məsələlərdəndir. Bunu uzun münasibət, yaxud da evlənmək qorxusu da adlandıra bilərik. Psixoloq Larissa Varol bağlanmaq qorxusunun səbələrini aşağıdakı kimi sıralayıb:

1. Tərəflərin azadlıqlarını itirəcəklərindən qorxmaları.
2. Tək güllə bahar olmaz prinsipi. Başqa dillə desək, yalnız bir nəfərlə münasibətdə olmaqdan, cinsi həyatın monotonlaşmasından qorxmaq.
3. Böyük bir yükün altına girməkdən çəkinmək.

Psixoloqun sözlərinə görə, insan həm qarşısındakının onun azadlığını məhdudlaşdıracağını düşündüyü, həm də münasibət bitdiyi zaman bu vəziyyətin onu incidəcəyini fikirləşdiyi üçün sevməkdən qorxur.
Davamı →

"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi

  • Qadın
Cəmiyyətdə “təhlükəli qadın” adlandırılan xüsusi qadınlar var. Bəs onların belə adlandırılmasının səbəbi nədir? Təhlükəli olmalarının arxasında hansı səbəblər yatır? Gəlin, bu mükəmməl qadınların ən vacib 10 xüsusiyyətini birlikdə nəzərdən keçirək.

1. Ürəkləri istədiyi kimi geyinirlər
Onların qarderobları müxtəliflik üzərində qurulub. Hiss etdikləri kimi geyinməyi sevirlər və ətrafdakıların fikirlərindən zərrə qədər də narahat olmurlar. Özlərinə olan inamları ətraflarını da sanki sehrə salır və başqalarında xor görüləcək hər şey bu qadınlar üçün adi hal kimi görülür. Çünki onların fikirlərinə və seçimlərinə qarşı çıxmaq hər adamın bacaracağı iş deyil.
Davamı →

Ana olduqdan sonra işə çıxan xanımlara məsləhətlər

  • Qadın
Ana olduqdan sonra yenidən işə dönmək bəzən qorxunc görünür. Bu möhtəşəm kiçik varlıq artıq həyatınıza daxil olub və siz ona heç kimə olmadığı qədər bağlısınız. Üstəlik, az müddətdir birlikdə vaxt keçirmisiniz və artıq işə dönmək məcburiyyətində olduğunuz üçün ayrı qalacaqsınız.

1. Mümkünsə iş saatlarınızı azaltmağa çalışın
Əvvəlki kimi çox və gərgin işləmək yerinə, daha az çalışın. Hətta mümkündürsə, iş saatlarınızı və günlərinizi azalda bilərsiniz. Bir digər variant isə təkrar işə çıxmazdan əvvəl periodik olaraq uşaqdan ayrı vaxt keçirin. Bu halda onu və özünüzü bu ayrılığa alışdırmış olarsınız.

2. Zəng edin və nə etdiyini öyrənin
Əgər gün ərzində nə etdiyi ilə bağlı narahatlıq keçiririsinizsə, hətta bu narahatlıq size işləməyə qoymursa zəng edib onunla maraqlana bilərsiniz. Bunda səhv heç bir şey yoxdur. Onunla kim maraqlanır maraqlansın, sizing bu addım pis yozulmaz, çünki siz bir anasınız.
Davamı →

Hamilə qadınların və anaların hüquqları

Hamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür. İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2–3 saatdan bir körpənin yanında olmaq lazım gəlir.

Bu çətinlikləri aradan qaldırmaq üçün dövlətlər analara bəzi güzəştlər tətbiq edir, onlara xüsusi hüquqlar verirlər. Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır.

Lakin təəssüf ki, bəzən anaların öz hüquqları ilə bağlı məlumatları olmur və bəzi iş yerlərində onların bu hüquqları çox tez–tez pozulur. Bunları nəzərə alaraq, biz Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların və süd verən anaların hüquqları ilə bağlı bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq.
Davamı →

Analara uyğun geyim qaydaları

Əksər qadınlar hamiləlik geyiminə tədarük görürlər, amma əmizdirmə dövrünü diqqətdən qaçırırlar. Nəzərə almaq lazımdır ki, hamiləlikdə qadının bədəni yalnız sonuncu 2 trimestri yəni 6ay dəyişikliklərə uyğayır, lakin əmizidirmə tövsiyyə olunan 2 il müddətində davam edir.

Bu səbəbdən ana əmizdirmə dövrü üçün xüsusi hazırlıq görməyi daha səmərəlidir. Analara hətta körpəsi kiçik olan vaxtlarda da səliqəli və sanballı görünmək üçün bir sıra qaydalar vardır. Ana və körpənin rahatlığı üçün geyimin ümümi qaydaları və tövsiyyələr aşağıdakılardır:

Süd və körpənin ağız suyu ləkələrinin gözə çarpmadığı rəng və çalarlı geyim əmizdirən anaya daha uyğundur.
Davamı →