Stilim.az online shopping

Stilim.az size dünya şöhrətli brendlərin istehsalı olan qadın və kişi çantalarının, kəmərlərinin, işgüzar çantalrın,qadın ayaqqabılarının və digər kişi və qadın aksessuarlarının assortimentini təklif edir. Təklif olunan bütün mallarin keyfiyyətinə tam zəmanət verir.  
http://www.facebook.com/stilim.az
İstədiyiniz modeli online sifariş edə bilər və ünvanınıza çatdırılmasını təmin edə bilərsiniz, sifarişləriniz 1 gün ərzində ünvanınıza pulsuz olaraq çatdırılır, məmnun qalmadıqda aldığınız modeli dəyişdirə və hətta geri qaytara bilərsiniz, əgər seçim etməkdə çətinlik çəkirsinizsə bir neçə model sifariş edib birini yaxud da bir neçəsini seçib ala bilərsiniz. Çatdıdılma tamamilə pulsuzdur. Baki və Bakı ətrafı qəsəbələrə və həmçinin Sumqayit şəhərinə 1 (bir) gün ərzində çatdırılır. Həmçinin də regionlara da çatdırılma mümkündür, Azərbaycanın istənilə regionuna 2-3 gün ərzində çatdırılma həyata keçirilir və həmçinin rayonlara da çatdırılma pulsuzdur.

Ardı →

Çantalar

İstəyirsiniz özünüzə qadın çantası alasınız, amma bilmirsiniz hansını seçəsiniz? Gəlin birlikdə dünya modasına nəzər salaq. Çantalardan hansıları orijinaldır? Hansı modeli seçmək lazımdır ki, dəbdən düşümüş olmasın? Qadın çantası qadın aksessuarları arasında əsas yer tutur və hər zaman dəbdə olur. Qırmızı, moruq, vişnə rəngi çantalar hər zaman diqqət cəlb edən çantalar olur və demək olar ki, çox vaxt dəbdə olur.

qırmızı çanta

Gəlin, razılaşaq ki, qırmızı rəng hər zaman qadınlara bir başqa cazibədarlıq gətirir. Eləcə də bunu çantalar haqqında da demək olar. Qırımızı rəng kimi qara rəng də hər zaman dəbdə olan və dəbdən düşməyən çanta rəngidir. Amma qara və qırmızı rənglərə nisbətən yaşıl, mavi, sarı və bu kimi daha çox açıq rəngli çantalar o qədər də istifadə edilən rənglər deyil. Amma bəzən bu rənglərdə olan çantalar əsasən yay aylarında geyimlərə uyğunlaşdırılaraq istifadə edilir. 


Ardı →