Tarixdə qadın imzası

  • Qadın

15. ENIAC
Kay McNulty, Marlyn Wescoff, Fran Bilas, Ruth Lichterman, Adele Goldstinedən (və Betty Snyder) ibarət olan bu qrup, Moore School of Engineeringdə ENIAC (Elektron nömrə inteqralı hesablayıcısı) üzərində çalışırdı. Bu gördüyünüz qadınlar, atəş etmə və bombalama orbitlərini hesablamaqdan məsul idilər.


Davamı →

"Fransız Bordeli" sindromu

İlk dəfə bu barədə tədqiqatçı alim Marta Makklinton demişdir. Tələbəlik illərində laboratoriya dərslərinin birində “Niyə dişi siçanların ovulyasiya dövrlərində sinxronlaşma gedir” kimi mövzular müzakirə olunurdu. Və o, birdən: Bəs siz bilirsinizmi qadınlarda da bu belədir deyir. Lakin ona heç kim inanmır. O isə bunu araşdırmağa başlayır.


Davamı →

Baltalı Hano kim olub?

  • Qadın
Osmanlı dövründə insanları qorxuya salan bir qadın var idi. Baltalı Hano adlı bu qorxulu qadın, İstanbulun kənar məhəllələrində yaşayırdı.
Hələ Baltalı Hano adını almazdan əvvəl, gəlin baxaq Baltalı Hano yəni əsl adı Hanzadə olan bu qadın kim olub.
1800-cü illərdə yaşadığı təxmin edilən, kasıb ailədə doğulan sakit bir qız olaraq bilinən Hanzadə adlı bu xanım varlı bir kişinin ona elçi düşməsiylə daha yaxşı həyata qovuşur. Amma həyat onu hələ çox sınağa çəkəcəkdi.
Oğlunun 6 yaşı olanda, Hanzadənin həyat yoldaşı dünyasını dəyişir. Və onun bütün malı-dövləti qalır Hanzadəyə.
Varlı, tək uşaqlı və dul bir qadınla evlənmək istəyənlər gündən-günə artırdı. Hanzadəyə elçi düşənlərin əksəriyyəti qoçular olur və o da seçimini Solçu Liqor (Solak Ligor) adlı bir qoçudan yana edir.
Hanzadə bu qoçuyla uzun illər birgə yaşadı və zamanla özü də qoçuluq etməyə başladı.
Bəs bir qadın necə amansız qatilə çevrilə bilər ? 

Davamı →

Erkən nikaha daxil olan qadınlar və onların dünyaya gətirdiyi körpələrin psixofizioloji xəritəsi

Uşaq evlilikləri, on səkkiz yaşından əvvəl, uşaqların evlənmək və uşaq sahibi olmaq üçün fiziki və psixoloji məsuliyyət daşımağa hazır olmadan əvvəl baş verən evliliklərdir. İnkişaf etməkdə olan ölkələrdə olduqca geniş yayılmış olan uşaq evlilikləri, Azərbaycanda da əhəmiyyətli bir problem olaraq qalmağa davam edir. Bu araşdırmanın məqsədi qız uşaqlarının evlənməsinin yayılması, səbəbləri və ən əsası bunun psixoloji nəticələrini araşdırmaqdır. Erkən yaşda ailə quran qızlar bir çox fiziki və psixoloji problemlərlə üzləşirlər. Evliliyində fiziki və cinsi zorakılığa məruz qalır və onu narahat edən bir çox mövzuda fikir bildirməsinə icazə verilmir. Bu vəziyyətin qadınların cəmiyyətdəki qeyri -bərabər mövqelərini gücləndirdiyi və qadınları baxımsızlıq və sui-istifadə halına saldığı düşünülür.


Davamı →

Münasibət və münaqişələr

Hər gün aktual olan bu mövzuya bir qədər fərqli prizmadan yanaşaraq, bu günün aktuallıqlarına daha real qiymət vermək olar. Amma nə qədər istəsək, səy göstərsək də, münasibətlərdən, münaqişələrdən uzaq qaça bilmərik.

«Dil ünsiyyət vasitəsidir» — deyilsə də, hətta lallar, karlar belə ünsiyyətdə, münasibətdə olurlar, onların da mübahisə etdikləri, hətta münaqişəyə belə düşdükləri hallar yəqin ki, hamımıza məlumdur.

Elə isə sual yaranır, ünsiyyət və münasibətlərdə, hansı mövqe bizə mübahisələrdən uzaq dayanmağa, münaqişəsiz ötüşməyə kömək edə bilər?


Davamı →

Hamiləlik psixologiyası

  • Qadın
Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, bunada hamiləlik psixologiyası deyilir.
Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərin yanında bir də psixoloji dəyişikliklər yaranır. Bütün duyğuları eyni anda yaşayan ana namizədi, özünə dəstək axtarır. Bu dövrdə bütün duyğuların bir arada yaşanması son dərəcə normaldır. Çünki, ana həm hamiləliyi, həm də özünü kəşf etməyə başlamışdır. Özünü fərqli və dəyişkən bir bədəndə gözləyərkən, hamiləliyin gətirdiyi fiziki problemlər yaşarkən, bir tərəfdən də uşaqla bağlı ağlında yaranan bir çox suallarla da mübarizə etməyə çalışır. Bu vəziyyətdə ananın etməli olduğu bir tək şey hamiləlik vəziyyətini qəbul etməsi, bütün yaşanan duyğuların hamiləlik dövrünə xas olduğunu düşünməsidir. Həm də ana, uşağın öz bətnində yaşadığını hiss etməli və bu vəziyyətin keyfini çıxarmalıdır. İnsanlar bilmədikləri mövzudan daha çox narahatlanaraq tələsiklik edirlər və bu baxımdan problemlər yaşayırlar. Bu səbəbdən

Davamı →

Süni mayalanmadan öncə diaqnoz

"Əməliyyatdan öncə genetik diaqnoz" ( Preimplatation Genetic Diagnosis) süni mayalanmanın tətbiqi əsasında embrionun ana rəhminə yerləşdirilməzdən əvvəl (implantasyon əvvəli) genetik olaraq bəzi xəstəliklərin varlığını araşdırmaq lazımdır. Süni mayalanmanın tətbiqində döllənmə ilə embrion əldə edildikdən 2 gün sonra bu embriondan bir və ya iki hüceyrə alınır və genetik -xromosom araşdırması aparılır.

Davamı →

Hicab

Hicab nəyə lazımdır?
Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).

Davamı →

İlk qadın redaktorumuz

İlk qadın məcmuəsinin naşiri

XX əsrin əvvəllərində azərbaycanlı qadınların savad əldə etməsi ziyalıların qarşısında duran vacib məsələlərdən idi. Qadın hüquqları uğrunda fəal mübarizəyə qoşulanlardan biri də Xədicə Əlibəyova olub.
Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub. Atası Tiflisin hörmətli ziyalılarından idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu. Xədicə Tiflis Qızlar gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır. Hüquqşünas, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edir. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olur.


Davamı →