Qadınların həyatında vacib olan 6 hormon
Onların orqanizmə olan təsirini anlamaq və onların təbii yolla idarə olma mexanizmini bilməklə, hər bir qadın öz cavanlığını və ruhi hormoniyasını əldə edə bilər.Beləliklə bu siyahını sizə təqdim edirik:
Endorfin hormonu
Böyük sevinc, şadlanma hissi və xoşbəxtliyi tam ürəklə hiss etməyə kömək edən məhz — endorfin hormonudur. Onun orqanizmə təsiri həqiqətən əvəzolunmazdır, belə ki, o, hətta ağrı hissini də keyləşdirə bilir.
İdarə etmə üsulu:
Özünüz üçün aromaterapiya seansı təşkil edin, belə ki, ətirli nanənin efir yağını nəfəsinizə alaraq, siz nəinki sakitləşirsiniz, həm də sevinc hissi yaşaya bilirsiniz. Bunun səbəbi odur ki, nəfəs aldığınız zaman nanə efiri burunun sinir reseptorlarını stimullaşdıraraq, beyinə endorfinin sekresiyasının yüksəlməsi haqda siqnalı göndərir. Bununla əhval ruhiyyə yüksəlir, həyat tonusu güc yığır.
Ədviyyatlar istifadə edin. Acı yeməklər yediyiniz zaman, dilin ucunda olan sinir sonluqları qıcıqlanaraq, «sevinc hormonunun» istehsalını çoxaldır. Buna görə az da olsa, əsasən qış aylarında acı yeməklər yemək lazımdır. Təbii ki sağlamlıqla bağlı əks göstərişləri unutmamaq şərtilə!
Ardı →