Gecə işləməyin fəsadları

Gündəlik qayğıları nəzərə alsaq bir çox insan gecə saatlarında işləməyə üstünlük verir. Amma araşdırmalara görə, gecə işləmək həm psixoloji həm də fiziki cəhətdən təhlükəlidir. Amerikalı psixoloqlara görə, gecə işləmək yorğunluq, depressiya, tükənmişlik sindromu yaradır. Uzunmüddətli davam edəcəyi təqdirdə istənilməyən nəticələr baş verə bilə. Kanadanın Monreal Universitetinin alimləri müəyyən ediblər ki, gecə işləyən qadınlarda süd vəzi xərçənginin aşkarlanması riski artır. 


Davamı →

"Fransız Bordeli" sindromu

İlk dəfə bu barədə tədqiqatçı alim Marta Makklinton demişdir. Tələbəlik illərində laboratoriya dərslərinin birində “Niyə dişi siçanların ovulyasiya dövrlərində sinxronlaşma gedir” kimi mövzular müzakirə olunurdu. Və o, birdən: Bəs siz bilirsinizmi qadınlarda da bu belədir deyir. Lakin ona heç kim inanmır. O isə bunu araşdırmağa başlayır.


Davamı →

Ada Lavleys (Ledi Bayron)

Avqusta Ada Kinq (qrafinya Lavleys) qısaca olaraq Ada Lavleys (10 dekabr 1815-ci il London 27 noyabr 1852 London) ingilis riyaziyyatçısıdır.
Hər şeydən əvvəl Çarlz Bebbic tərəfindən hazırlanmış layihə əsasında hesablama maşının ilk dəfə təsvirini verən şəxs kimi tanınmışdır.
10 dekabr 1815-ci ildə doğulub, Avqusta ingilis şairi Corc Qordon Bayron və onun arvadı Anna İzabella Bayronun (Anabella) yeganə qanuni övladı idi. Anna İzabella Bayron riyaziyyatla məşğul olduğu üçün əri tərəfindən ona «Paraleloqramlar şəhzadəsi» ləqəbi verilmişdir. İlk və son dəfə Bayron qızını dünyaya göz açmasından 1 ay sonra 21 aprel 1816-cı ildə görür və rəsmi boşanma kağızı ilə arvadından boşanır və ömrünün sonunadək İngiltərəni tərk edir.

Davamı →

İlk hökmdar qadın Tomiris

Heredotun kitabında yer alan əfsanəvi hadisələrdən biri də İran şahı Kirin b.e.ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Kir müasir Azərbaycan ərazisində, Araz çayından şimalda yerləşən Massaket çarlığına
( bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər) yürüşü zamanı öldürülmüşdü.
Bu rəvayətin qəhrəmanı massaketlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir.
Heredot yazır: «Massaketlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar.

Davamı →

Qadınlar | Mənalı və gözəl qadın şeiri

 

Həyatda hər zaman əziyyət çəkir,
Bir çox çətinliyə dözür qadınlar.
Bəzən günəş kimi gülür gözləri,
Bəzən də göz yaşı tökür qadınlar.

 

Evləri qadınsız düşünün görək,
Qadınlar zinətdir dəyərin bilək.
Hərəsi bir evə verilən mələk,
Cənnətə aparan yoldur qadınlar.

 


Davamı →

Dünyaca məşhur qadınlardan mənalı sitatlar

Sahip olduqlarına görə minnətdar ol və onda daha çoxu səni tapacaq. Əgər səndə olmayan şeylərə diqqət yetirsən, onlar da qeyri-kafi olmağa başlayacaq.

Opra Uinfri (ing. Oprah Winfrey)

 

  • Həyat özü qatara bənzəyir, madmazel. O heç nəyə məhəl qoymadan davam edir. Və bu, çox yaxşıdır.
    -Aqata Kristi (ing. Agatha Christie)

  • Bağışlamaq cəsarəti göstəricisidir.
    -İndira Qandi (ing. İndira Gandhi)

  • Hər gün sizi qorxudan bir şey edin.
    -Eleanor Ruzvelt (ing. Eleanor Roosevelt)


Davamı →

Qadınlar haqqında dəyərli sözlər

  1. Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. – Avreli Avqustin

  2. Sevən qadının fədakarlığı ölçüyə gəlmir. – Alfons Dode

  3. Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır. – Emil Krepelin.

  4. Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür. Birincisi bərbəzək, ikincisi isə xəzinədir. – Napoleon Bonapart

  5. Qadın uşaqları kişidən daha yaxş başa düşür, amma kişilərdə uşaqlıq hissi qadınlardan daha çoxdur. – Fridrix Nitsşe

  6. Gözəl qadınlar üçün ləl-cəvahirat nə isə, qabiliyyət üçün də yüksəklik odur. –  Fransua de Laroşfuko.


Davamı →

Qadınlar haqqında maraqlı 20 məlumat

Maraqlı məlumatlar sisiləsinin budəfəki mövzusu Yaradanın sirli və və gözəl varlıqları qadınlardır. O qadınlar ki, əsrlər boyu ədəbiyyat və incəsənətə yön vermiş, onun əsas mövsuzu və ilham mənbəyi olmuşdur. 

  1. Qadınların ürəyi kişilərdən daha sürətli döyünür.

  2. Dünyada qadınların orta ömrü kişilərlə müqayisədə3-10 il daha çoxdur.

  3. Qadınlar kişilərə nisbətən daha çox göz qırpırlar.

  4. Qadınların dilində kişilərə nisbətən daha çox dad reseptorları var.

  5. Qadınların immun sistemi kişilələ müqayisədə daha güclüdür.

  6. Qadınlar onları qucaqlayan insanlara daha çox güvənirlər.

  7. Qadınların dərisi kişilərdən daha nazikdir. Buna görə də onların dərisi daha erkən yaşda qırışır.


Davamı →

Qadınlar kişilərdən güclü olsaydı…

  • Qadın
Son günlər Bakının mərkəzi küçələri etirazçıların nümayişinə səhnə olmaqdadır. İstər müxalifətin təşkil etdiyi aksiya, istər qadınların fəallığı ilə baş tutan “qadına şiddətə son” yürüyüşü “sabitliyi” pozaraq, yatmış şəhəri az da olsa silkələdi (oktyabr, noyabr 2019-cu il qeydləri). Keyləşmiş, süstləşmiş şəhər anlıq da olsa yuxudan oyandı. Belə sabitlik özü-özlüyündə havasızlıq və disfunksionallıq göstəricisi olduğu üçün, onun aradan qalxması da asan deyil. Bütün hallarda müsbət niyyətə köklənən hər növ hərəkətlilik, hərəkətsizlikdən yaxşıdır.

Davamı →

Qadınlar alış-verişi niyə sevir?

Artıq bir çox ölkələrdə alış-verişin cinsiyyətə görə fərqli bir fəaliyyətə çevrildiyini görə bilərik. Belə ki, alış-veriş daha çox qadınların işinə çevrilib və onlar alış-veriş fəaliyyətinə kişilərdən daha müsbət münasibət bəsləyirlər. Araşdırmalar qadınların kişilərə nisbətən daha aktiv alış-veriş etdiklərini, daha çox vitrin gəzdiklərini və məhsul axtardıqlarını göstərir. Kişilərdən fərqli olaraq, bir çox qadınlar alış-verişi istirahət fəaliyyəti olaraq da görür.
Psixoloqların sözlərinə görə, alış-veriş sevgisinin altında bir sıra psixoloji məqamlar dayanır:

Davamı →