Cənnət anaların ayaqları altındadir yoxsa?!

Heç kəsin gələcəyin prezidentini, baş nazirini, deputatını, prokurorunu, hakimini 13-15 yaşında məktəbdən çıxarıb ərə verməyə, bununla da onun həyatının çox önəmli ola biləcək bir səhifəsini qapamağa ixtiyarı yoxdur!..

Uşaqlar öz arzuları ilə doğulmurlar. Ona görə də onların öz valideynləri qarşısında heç bir öhdəliyi yoxdur, o cümlədən də, öz gələcək həyatlarını valideynlərin diqtəsi ilə qurmaq məsələsində. Valideynin köləsi, ərin köləsi olan qadın isə azad cəmiyyət qura bilməz. Kölə qadın azad fərdi tərbiyə edə bilməz.

Niyə kişilər öz uşaqlarını dünyaya gətirməyi, tərbiyə etməyi, evlərini, ailə qayğılarını qadına etibar edirlər, amma cəmiyyətdə fəallığı onlara yaraşdırmır, dövlətdə, biznes həyatında idarəetməni onlara etibar etmək istəmirlər? Axı bu ölkədə qadınlar kölə olmaq üçün doğulmayıblar. Onlar uşaqdoğan aqreqat, paltaryuyan maşın, mətbəx kombaynı deyillər.
Ardı →

Qadınların siqnallarını nece tutmalı?

Kişilərin diqqəti bu yazıya!
Kişilər, adətən, xoşlandıqları qadına bunu birbaşa deməyi üstünlük verirlər.
Ancaq qadınlarda belə deyil. Onlar müxtəlif simvolik davranışlarla siqnal ötürürlər.
Hər kişi də bu siqnalları tuta bilmir.

Ardı →

Qadınların ilk 10 fantaziyası

  • Qadın
Kişimi qadınmı daha çox fantaziya qurur? Cavabını hələ dəqiq bilmirik, ancaq bildiyimiz şey budur ki, qadınların fantaziya dünyası ən az kişilərinki qədər zəngindir !

1.Xəyallarımdakı əcnəbi
Bir çox qadın tanımadıqları bir xariciylə ehtiraslı bir cinsi əlaqədə olmağın xəyallarını qurur

2. Paylaşılmamaq

Bir çox qadın ona eyni zamanda çoxlu kişinin aşiq olmasını xəyal edər. Bu kişilər heç cür onu paylaşa bilməz və dəlicəsinə rəqabət yaşanar.

3. Müdir mənəm

Qadınlar bir kişinin ona yalvardığını və ona hökm etdiyini xəyal edər. Bu cür fantaziyalar, ümumiyyətlə, təəssüf ki, gerçəkdə belə olmayan qadınların xəyalıdır.
Ardı →

Qadınlarin kişilərdə xoşlamadığı mənfi cəhətlər

  • Qadın
Ən müxtəlif araşdırmalar zərif cinsdə antirəğbət oyadan bir neçə əlaməti müəyyənləşdirməyə imkan verib.Məsələn:

Ağ şalvarlılar — Çox xüsusi bir kostyum olmadıqca ağ şalvar geyinməkdən çəkinin. Ağ kostyuma əsla pul verməyin. Xüsusilə yazda geyilən ağ kətan şalvarlar, 80-ci illərin «Miami Vice»-ın vaxtından qalmadır. Ağ şalvar geyənləri qadınlar ilk baxışda rədd edir.

«Yumurta” dikdaban — Aranızda “yumurta” (oval) dikdaban ayaqqabı geyən varmı? Əgər varsa, o ayaqqabıları dərhal məscidlərin birinin həyətində unudun. Boyunuz sizə görə qısadırsa “buraxın, dağınıq qalsın”. Olduğunuz kimi görünün, özünüzə görə yoldaşlar seçin. Amma əsla dikdaban ayaqqabı geyməyin!
Ardı →

Qadınlar qadınlara görə bəzənir

  • Qadın
Haqqında danışacaqlarımız əlbətdəki bütün qadınlara aid edilə bilməz ancaq müasir dövrün reallıqları göstərir ki, bir qisim qadınlar elə məhz bunu qadınlar üçün edirlər. Başqa sözlə desək müasir qadınlar qarşı cinsin nümayəndələrinin diqqətini çəkmək üçün yox, bir-birləri ilə rəqabət aparmaqdan ötrü makiyaj edirlər. Alimlər belə hesab edir və apardıqları araşdırmaların nəticəsidir.

Ardı →

Televiziya qarşısında vaxt keçirmək

Cahiliyyə cəmiyyətində evdar qadınların həyatlarının bir hissəsi televiziya qarşısında keçir. Bu qadınların çoxunda özünü bir alüdəçilik daha sadə dilsə desək seriallara olan vərdişə gətirib çıxardır.  Ancaq əlbəttə bu yalnız qadınlara xas vərdiş deyil. Eyni şəkildə yoldaşlarının və uşaqlarının da qoşulduğu bu saatlar, cahiliyyə cəmiyyətinin ən xüsusi zövqlərindən və ən əhəmiyyətli məşğələlərindəndir. Nə izlədikləri isə çox vaxt o qədər də əhəmiyyətli deyil. Əsas əhəmiyyətli olan əylənmək və yaşadıqları çətin mühitdən öz fikirlərinə görə bir az olsun uzaqlaşa bilməkdir. Gün ərzində hər nə etsələr etsinlər televizor həmişə açıq olur. Lakin xüsusilə də «romantik seriallar» adı verilən gündəlik  seriallar  başladığı zaman az qala  televiziya ekranına «bağlanırlar». Bu seriallarda yaşanan romantizm onlara ayrı bir həzz verir. 
Ardı →

Rəfiqələrlə görüş

  • Qadın
Cahiliyyə cəmiyyətində evdar qadınların imtina edə bilmədikləri ən böyük vərdişlərdən biri də öz aralarında görüşmələridir. Əlbəttə bir insanın sevdiyi dostlarıyla, yoldaşlarıyla  toplanması, görüşməsi gözəl bir nemətdir. Ancaq bu görüşlərin sevgi və hörmətin ifadə ediləcəyi, dostluqların bərkiyəcəyi, Allahın adının xatırlanacağı gözəl əxlaqa əsaslanan görüşlər  olması son dərəcə əhəmiyyətlidir. Ancaq cahiliyyə cəmiyyətində ümumiyyətlə bu görüşlər  tamamilə fərqli olur.Ümumiyyətlə belə görüşlərdə, cahiliyyə əxlaqındakı qadınların bişirdikləri keks üçün təriflənmələri onların xoşbəxt olması üçün bəs edərkən, əgər həyat yoldaşları icazə vermədiyi üçün bu yığıncaqlardan birinə gedə bilməyibsə  bu da həftələrlə davam edən narahatlıq və bədbinliyə  səbəb olur.
Ardı →

Tənha qadın

Tənha qadın — tez-tez bu sözü eşidirik.  Dəli şairlərin, çılğın yazarların romantikalarının qəhrəmanları. Ən həzin musiqilərin həsr obyekti. Bununla yanaşı bir çox faciələrin qurbanı olan  tənha qadınlar. İntiharlar, uçurumlar, məhv olmuş həyatlar, çarəsizlər, yorulmuşlar- Tənha qadınlar. Daimi payızlar, sərin göz yaşları, yanan ürəklər-  Tənha qadınlar.  Bütün bunlar səbəbsiz deyil. Bəs səbəblər nədir? Tənhalıq hissi necə yaranır?  Necə qurtulmaq olar bu hissdən?  Elə biz də bu səbəbləri öyrənmək üçün psixoloq Könül Telmanqızı ilə görüşdük.  Könül xanım bizə bu haqqda ətraflı məlumat verdi.
Ardı →

Qadın məntiqinin əsas 3 qanunu

1.KÜRƏŞƏKİLLİ İLDIRIM


Bu qanun nə isə qaydasında olmayanda yaxud havalar pis keçəndə incimək,ya kiminsə üstünə düşmək lazım gələndə qüvvəyə minir.Özü də qəzəbə düçar olan şəxsin bu qəzəbin səbəbinə heç bir dəxli olmaya da bilər.


Ardı →