Qan ağlayan ağac

Pterocarpus angolensis – tik ağacı növündən olan bu ağac daha çox Afrikanın cənubunda bitir.

Bu ağacı çox vaxt “qanı axan” ağac adlandırırlar. Ağaca bu ad heç də boş yerə verilməmişdir. Bu ağacı yaralayarkən, hər hansı bir budağını qırarkən və ya kəsmək istəyərkən, ağac qatı tünd qırmızı rəngli (eyni ilə qana bənzər) şirə ifraz edir, sanki, qanı axır.

Bu ağacin iri bir budağı və ya gövdəsi mişarlanarkən bir dəqiqənin içərisində ağac “al qana” boyanır. Sanki bir canlının bədəninin hansısa bir hissəsi kəsilib və canlının damarlarından qan axır. Bu səbəbdən də Pterocarpus angolensis ağacına “qanı axan” adı verilmişdir.

Ağacın ifraz etdiyi tünd qırmızı şirəni Afrikada təbii rəngləyici maddə kimi də istifadə edirlər. Bu təbii rənglərdən istənilən sahədə istifadə edilir. Çünki keyfiyyət baxımından çox yaxşı təbii boya hesab edilir. Hətta bayram günlərində yerli əhali ağacın ifraz etdiyi “rəng”lə bədənlərini də boyayırlar.

Ağacın ifraz etdiyi tünd qırmızı şirədən təkcə boyaq maddəsi kimi deyil, şəfaverici bir maye kimi də istifadə edilir. Deyilənə görə bu şirəni heyvan yağı ilə qarışdırıb bədənə sürtməklə bir çox xəstəlikləri müalicə etmək mümkündür. Belə ki, heyvan yağı ilə qarışdırılmış ağacın şirəsini bədənə sürməklə; qan xəstəliklərini, malyariya, qızılca, qızdırma, gözlə bağlı problemləri, mədəni, oynaq ağrıları və bədənin istənilən yerində olan kəskin ağrıları yox etmək, müalicə etmək mümkündür.
Ardı →