Qanda oksigeni tutan zülallar: hemoqlobinlər

Qanı həyatın ən mühüm hissəsi edən xüsusiyyətlərindən biri tərkibindəki zülallardır. Həmin zülalların öz funksiyalarını ən ideal şəkildə yerinə yetirə biləcəkləri yer qandır. Çünki qan orqanizmin hər yerinə gedə bilən damar sistemi daxilində daşıdığı bu xüsusi zülalları orqanizmdə ehtiyac olan yerə çatdırır. Məsələn,

Davamı →

Qanazlığı olan şəxslər necə qidalanmalıdır?

Budəfəki maarifləndirici mövzu isə qanazlığının profilaktikasında qidalanmanın rolu haqqındadır.
Qanazlığı, yəni anemiyanın müxtəlif mənşəli səbəbləri ola bilər. Anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması səbəbindən meydana gəlir. Qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmama, orqanizmdə dəmir və digər vitamin çatışmazlığı qanazlığının yaranmasına yol açan faktorlardandır.

Davamı →

Qanazlığı olan uşaqlar üçün qidalar

Qanazlığı uşaqlarda ən ciddi sağlamlıq problemlərindən biridir. Əksər uşaqlar qan azlığından əziyyət çəkir.
Bəs valideynlər uşaqda rast gəlinən qan azlığının aradan qaldırılması üçün nələrə diqqət etməlidir? Əsasən hansı yaş aralığında uşaqlarda qan azlığı daha çox müşahidə edilir? Mövzu ilə bağlı pediatr Aytən İsmayılzadənin fikirlərini diqqətinizə çatdırır.
Davamı →

Qanazlığında qidalanma

Qanazlığı, anemiya, dəmir defisitli anemiya xəstədə diaqnoz olunduqdan sonra uyğun qidalanma rejiminə keçmək lazımdır. Bəzən menyunu həkim tərtib edir, bəzənsə bu iş xəstənin öhdəsində qalır.
Qanazlığında faydalı, lazımlı qidaların, qadağan olunmalı ərzaqların siyahısını və real menyu nümunəsini təqdim edir. Bunu uşaqıar və böyüklər üçün tətbiq edə bilərsiz.
Davamı →

Dəmir azlığının əlamətləri

Dəmir azlığı gələcəkdə bir çox problemlərə yol aça bilən bir qan çatışmazlığı növüdür. Gələcəkdə yaşana biləcək anemiya xəstəliyinin xəbərçisidir. Dünya Səhiyyə Təşkilatının statistikalarına görə hemoqlobinin kişilərdə 14 qr/dl, qadınlarda isə 12 qr/dl-dan aşağı olması anemiya təhlükəsinə səbəb olur.

Dəmir əskikliyi nədən yaranır?
B12 vitamini, folik asid və dəmirin əskik olması nəticəsində dəmir azlığı yaranır. Səhv pəhrizin saxlanılması, yetəri qədər sağlıqlı və vaxtında qidalanmama kimi səbəblər də bu xəstəliyin səbəblərindəndir.
Xüsusən hamiləlik və süd vermə periodunda bədəndəki vitamin balansını qorumaq önəmlidir.
Davamı →

Əllər və ayaqlar niyə üşüyür?

Soyuq və küləkli havada üşümək adi haldır. Amma temperatur normal olduğu zaman əlləriniz və ayaqlarınız üşüyürsə, bunun səbəbləri üzərində düşünməyə dəyər.

İnfeksiya xəstəlikləri
Xüsusilə qış aylarında tez-tez üzləşdiyimiz soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlamətləri üşümə, titrəmə və hərarətin artmasıdır.

Qanazlığı
Bəzi insanların üşüməsinin əsas səbəbi qanazlığı kimi tanınan anemiya xəstəliyidir. Bu xəstəliyə əsasən qadınlar arasında daha çox rast gəlinir. Bunun səbəbi yetərsiz qidalanma, ağır pəhriz və həddindən artıq qan itirmə (məsələn, menstruasiya müddətinin uzun olması) və ya həzm sistemindəki problemlər ola bilər.
Davamı →

Qan azlığını aradan qaldıran qarışım

Qanazlığı çox yayılmış pozulmadır. Xüsusilə qanazlığına uşaq və qadınlar arasında tez-tez rast gəlinir. Qanazlığı zamanı orqanizm lazım olan miqdarda oksigeni almır ki, bu da müxtəlif pozulmaların inkişafına təkan verir — immuniteti, ürəyi zəifədir, uşaqlarda inkişafın ləngiməsinə gətirib çıxardır və s.

Sizdə qanazlığı aşkar olunubsa, həkim təyin etdiyi müalicə ilə yanaşı təbii vasitələrdən də istifadə edə bilərsiniz. Bu müalicəninin effektliyini daha da artıracaq. Qan üçün vacib olan müxtəlif minerallarla zəngin olan fındıq qanazlığı zamanı çox faydalıdır.
Davamı →

Anemiya nədir?

Anemiya qanda qırmızı qan hüceyrələrinin (eritrositlər) və ya hemoqlobinin çatışmazlığı ilə müşahidə edilən ciddi xəstəlikdir. Hemoqlobin beyinə, əzələlərə, digər orqanlara oksigeni çatdıran maddədir. Dəmir hemoqlobinin yaradılması üçün zəruridir. 

Anemiyanın səbəbi nədir?

Qanın aşağıdakı səbəblərə görə itirilməsi:
• parazitlər ( xüsusilə də qansoran parazitlər)
• bağırsaq qurdları
• menstruasiya zamanı həddindən artıq qan itirmə
• mədə yarası və ya vərəm kimi xroniki xəstəliklər
• qidada dəmirin çatışmazlığı
• orqanizm tərəfindən qidada olan dəmirin mənimsənilməməsi
Davamı →

Qanazlığı zamanı çox faydalı resept

Qanazlığının yüngül formalarında pəhrizə müəyyən dəyişikliklər etməklə bu pozulmanı asanlıqla müalicə etmək mümkündür.

İlk növbədə qidalanmada dəmirlə zəngin olan qidaların miqdarını artırmaq lazımdır. Söhbət əsasən ət məhsullarından gedir.

Bundan əlavə qanın tərkibini yaxşılaşdırmaq üçün pəhrizinizə qoz-fındıq, bal, albalı, alma, çuğundur, qarabaşaq, xurma kimi məhsulları tez-tez daxil edin.
Davamı →

Hemoqlobini artıran məhsullar

İlk öncə hemoqlobinin nə olduğunu aydınlaşdıraq...
Hemoqlobin — qanın tərkibində, daha dəqiq desək eritrositlərin tərkibində olan, oksigenin ağ ciyərdən orqanizmin bütün hüceyrələrinə keçirməsini təmin edən çətin dəmirtərkibli zülaldır.

Qadınların hemoqlobin norması 120-150 q/l, uşaqlarda isə yaş dövründən asılı olaraq dəyişə bilir. Yeni doğulmuş körpələrdə hemoqlobin ilk 3 ayda maximal dərəcəyə çataraq, 145-225 q/l təşkil edir, 3-6 -cı aylar ərəfəsində minimum dərəcəsinə enərək 95-135 q/l olaraq, sonradan isə 1 yaşdan 18 yaşadək hemoqlobinin qanda səviyyəsi tədricən yüksəlməyə başlayır.

Bir çox qadınlar üçün aşağı hemoqlobin diaqnozu tanışdır, belə ki buna səbəb hamiləlik, süd vermə, çox sürən aybaşı, yaz avitaminozu və s. ola bilər. Nəticədə qadın anemiyadan əziyyət çəkir. Başgicəllənmə, özündən getmə halları, halsızlıq hemoqlobinin aşağı olmasının ilk əlamətləridir. Buna səbəb isə orqanizmin, ilk növbədə isə baş beyinin oksigenlə təmin olunmamasıdır.
Ardı →