Ürəyin işemik xəstəliyi

Ürəyin işemik xəstəliyinə-qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.
Döş anginası və yaxud stenokardiya tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda baş verir.Əsas əlaməti ürək və ya döşarxası nahiyələrdə tutmaşəkilli ağrı və onun sol qola kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata davam etməsidir.( yarımsaatdan sonra miokard infarktına keçir)
Ardı →

Ürək və qan damarları

Ürək-əzələdən təşkil olunmuş, içi boş orqandır. Ürəyin daxili hissəsi 2 qulaqcığa və 2 mədəciyə ayrılır. Qan qulaqcıqdan mədəciyə xüsusi axar vasitəsilə tökülür. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar vardır ki, bu da mədəciyə tökülən qanın qulaqcığa geri qayıtmasına mane olur. Ürəyin sol hissəsində 2 ədəd, sağ hissəsində 3 ədəd qapaq olur.
Ürəyin sol mədəciyindən çıxan aorta və sağ mədəciyindən çıxan ağ ciyər arteriyası arasında isə aypara qapaqları olur. Aypara qapaqları mədəciklərdən çıxan qanın geri axmasının qarşısını alır. Ürək qapaqcıqları qanın qulaqcıqdan mədəciyə, mədəcikdən isə aorta və arteriyaya birtərəfli axmasını təmin edir.
Ürəyin yuxarı genişlənmiş hissəsi əsası, nisbətən daralmış aşağı hissəsi isə təpəsi adlanır. İnsan ürəyinin kütləsi təqribən 250-360q arasında dəyişir.


Ardı →