Yüksək xolesterinin 7 simptomu

Xolesterin insan orqanizminin normal fəaliyyəti üçün ən vacib olan maddələrdəndir. Xolesterin bütün hüceyrələrin membranlarına daxildir, xolesterin hormonların sintezində və mübadilə proseslərində iştirak edir, sinir toxumalarını əhatə edən qoruyucu qatı (miyelin qişası) əmələ gətirir və s. 

Lakin orqanizmdə normadan artıq miqdarda olduqda xolesterin insanın qatı düşməninə çevrilir. Artıq xolesterin damarlarda yığılmağa balşayır ki, bu da damarların daralmasına, zəifləməsinə, tıxanmasına gətirib çıxardır. Bütün bunlar isə öz növbəsində ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbləridir.
Davamı →

Hipertoniya və onun növləri


Arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması arterial hipertenziya hesab edilir. Əgər arterial təzyiqin yüksəlməsi birincili olarsa, yəni digər patoloji proseslərlə əlaqədar deyilsə, ona hipertoniya xəstəliyi deyilir. Arterial təzyiqin yüksəlməsi digər xəstəliklərin əlaməti kimi meydana çıxarsa, bu, ikincili və ya simptomatik arterial hipertenziya adlanır. Sumqayıt şəhərindəki 4 nömrəli poliklinikanın həkim-kardioloqu İlhamə Zülfüqarlı deyib: «Xəstəliyin əmələ gəlməsi bir neçə əlverişsiz faktorun birgə təsiri ilə əlaqədardır ki, bunlara stress, abdominal piylənmə (bel dairəsinin qadınlarda 88, kişilərdə 102 santimetrdən çox olması), xörək duzundan həddindən artıq istifadə edilməsi və irsi meyillik aiddir.

Əlavə risk faktorları- azhərəkətli həyat tərzi, qlükozaya tolerantlığın pozulması, fibrinogenin miqdarının artması arterial hipertenziyası olanlarda ürək-damar xəstəlikləri, ürək, böyrək, beyin və göz kimi hədəf orqanlarının zədələnmə riskini artırır. Hipertoniya xəstəliyi üçün baş ağrıları, başgicəllənməsi, tez yorulma, narahat yuxu, daxili gərginlik, ürək nahiyəsində ağrı, fiziki iş zamanı təngnəfəslik və ürək bulanma xarakterikdir. Xəstə gözlərində torabənzər kölgə və səyriyən ləkələrin olmasından şikayətlənir. Bəzən xəstələrin qulağında uğultu və küy olur.
Davamı →

Anemiya nədir?

Anemiya qanda qırmızı qan hüceyrələrinin (eritrositlər) və ya hemoqlobinin çatışmazlığı ilə müşahidə edilən ciddi xəstəlikdir. Hemoqlobin beyinə, əzələlərə, digər orqanlara oksigeni çatdıran maddədir. Dəmir hemoqlobinin yaradılması üçün zəruridir. 

Anemiyanın səbəbi nədir?

Qanın aşağıdakı səbəblərə görə itirilməsi:
• parazitlər ( xüsusilə də qansoran parazitlər)
• bağırsaq qurdları
• menstruasiya zamanı həddindən artıq qan itirmə
• mədə yarası və ya vərəm kimi xroniki xəstəliklər
• qidada dəmirin çatışmazlığı
• orqanizm tərəfindən qidada olan dəmirin mənimsənilməməsi
Davamı →

Bürqer xəstəliyi

Bürqer xəstəliyi zamanı orta və kiçik arteriya və damarlarda iltihab yaranır, damarlar sıxılır, qan dövranı kəskin pozulur.

Xəstəlik əksər hallarda ayaqlar və qollar damarlarında inkişaf edir. Xəstəliyin inkişaf etmə səbəbi məlum deyil. Lakin məlumdur ki, Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir. Bu səbəbdən xəstəliyin əsas risk faktoru siqaret çəkmək sayılır. Həmçinin siqaret çəkməyin davam etməsi Bürqer xəstəliyi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır.

Xəstəlik əksər hallarda 20-40 yaşlar arası siqaret çəkən kişilərdə inkişaf edir. Nadir hallarda bu xəstəliyə qadınlarda da rast gəlinir. Bu siqaret çəkmək kimi pis vərdişin qadınlar arasında yayılması ilə izah olunur.
Davamı →